Bakıda təxirə salınan turnirin yeni vaxtı müəyyənləşəcək

Bakıda təxirə salınan turnirin yeni vaxtı müəyyənləşəcəkMəlum olduğu kimi, Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları 2021-ci ilə təxirə salınıb.

Oxu.Az xəbər verir ki, Milli Paralimpiya Komitəsi tərəfindən komandaların üzvlərinin sağlamlıqlarının qorunması və təhlükəsizliyi, idmançıların hazırlıq formalarının yüksək səviyyədə saxlanılması, maddi-texniki bazanın gücləndirilməsi, ölkədaxili tədbir və yarışların vaxtının dəyişdirilməsi, idman növləri üzrə təlim-məşq toplanışlarının təşkili və Komitənin ümumi fəaliyyəti ilə bağlı əvvəlki tədbirlər planına dəyişikliklər edilib və bu barədə Komitə prezidenti İlqar Rəhimov tərəfindən müvafiq əmr imzalanıb.

Tədbirlər planınına əsasən:

1. 2021-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarına qalan müddətdə yenilənmiş fəaliyyət planına uyğun olaraq işlər davam etdirilməli;

2. Milli komandanın bütün üzvləri karantin müddəti ərzində fiziki formada qalmaları üçün baş və şəxsi məşqçilərin tövsiyələrinə uyğun olaraq məşqləri evdə davam etdirməli;

3. Paralimpiya Oyunlarına hazırlıqların səmərəli keçirilməsi və yeni idman növlərinin inkişafı üçün tələb olunan idman ləvazimatı və avadanlıqlarla təmin olunması məqsədilə maddi-texniki baza gücləndirilməli;

4. Karantin müddətində idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplanışları davam etdirilməli;

5. Karantin müddəti bitdikdən sonra ölkə daxilində idman növləri üzrə təlim-məşq toplanışları təşkil edilməli, baş məşqçilərə, xüsusən Paralimpiya Oyunlarında iştirakı ehtimal olunan idman növləri üzrə baş məşqçilərə yeni təlim-məşq toplanışlarının proqramı hazırlanmalı;

6. Mövcud vəziyyətlə əlaqədar olaraq 12-13 may 2020-ci il tarixlərində keçirilməsi təxirə salınan "IBSA JUDO GRAND PRIX BAKU 2020" və ölkədaxili digər yarışların yeni tarixləri müəyyən edilməli;

7. Yaponiyanın Sika şəhərində 10-18 avqust 2020-ci il tarixlərində Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançılar üçün təlim-məşq toplanışının yeni tarixləri müəyyən edilməli;

8. Yeni tədbirlər planına uyğun olaraq maliyyə proqramı dəqiqləşdirilməli;

9. Beynəlxalq Paralimpiya Komitəsi və müvafiq beynəlxalq idman federasiyaları ilə işlər əlaqələndirilməli, qurulmuş beynəlxalq əlaqələr saxlanılmalı və yeni əlaqələr qurulmadır.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov isə bunları bildirib: "Paralimpiyaçıların bir araya gəlməsi və bu çətin vaxtda bir-birinə dəstək olmaları çox vacibdir. Onlar ruhdan düşməməli və daha da ciddi hazırlaşmalıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiyanın ölkəmizdə tezliklə səngiməsi barədə verdiyi tapşırıqlara əsasən, hökumət bütün lazımi tədbirləri görür. Bizim işimiz isə Paralimpiya Komitəsi olaraq işimizi davam etdirmək, Oyunlara hazırlıq imkanlarını artırmaq və Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1278   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəl

22 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22 aprel
.

Sabah yağış yağacaq, külək əsəcək

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərind

22 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Vaqif Sadıqov Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Vaqif Əmirxan oğlu Sadıqov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

22 aprel
.

"Azərbaycan-Ermənistan arasında aparılan iktərəfli danışıqlar sülh müqaviləsinin imzalanma prosesini tezləşdirə bilər" - DEPUTAT

"Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması Ermənistanı silahlandırmaqla iki ölkə arasında yenidən müharibə qığılcımlarını yaratmaq istəyən qüvvələrin növbəti xain planını iflasa uğratdı". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, bir güllə belə atmadan Qazaxı

22 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Nazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib. "Azərbaycan müəllimi" xəbər verir ki, bu vəzifəyə İlqar Bayramlı təyinat alıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənm

22 aprel