Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il 30 mart - 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb.
DİM-dən "Report"a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, daha öncə təxirə salınan 11-ci sinif buraxılış (qəbul) imtahanları, həmçinin martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Dövlət İmtahan Mərkəzi vətəndaşları Nazirlər Kabineti tərəfindən müəyyən edilən özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum təmasda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud qabaqlayıcı tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırır.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 3233 Tarix: 26 mart 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Arıqlamaq istəyənlər bu xəbəri oxusun!
Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl
10 iyun 2020Heydər Əliyev Fondu koronavirusla bağlı sosial layihəyə başlayıb - Fotolar
Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb.. . Sonxeber.az "AzərTac"a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsus
25 mart 2020Koronavirusla qan təzyiqi arasında əlaqə müəyyən edildi
Alimlər koronavirus və hipertoniya (qan təzyiqinin davamlı yüksək olması) arasında əlaqəni müəyyən ediblər.. . Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.. . Çinli alimlər Uhanda yaşlı xəstələrin ölüm hallarına təsir edən COVID-19-un klinik gedişatı və risk amilləri ilə əlaqədar geniş araşdırm
25 mart 2020ABŞ-da koronavirusa yoluxanların sayı 60 min nəfəri ötdü
ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 60 min nəfərdən çoxdur.. . "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin federal və yerli məlumatları əsasında hesablamalar aparan Cons Hopkins universiteti bildirib.. . Universiteti
25 mart 2020Çində koronavirusla necə mübarizə aparılır? - ŞƏRH
Son günlər COVID-19 epidemiyasının zəifləməyə başladığı Çindən yaxşı xəbərlər gəlir. Ölkədə hakimiyyət martın 25-dən Hubey əyalətinə giriş-çıxış məhdudiyyətlərini ləğv edir. Aprelin 8-dən etibarən isə COVID-19-un yayılma ocağına çevrilən Uhan şəhəri ilə nəqliyyat əlaqələrində məhdudiyyətlər aradan qaldırılacaq.
25 mart 2020Neftçilər vətəndaşlara "Evdə qal" çağırışı etdilər - VİDEO
Azərbaycanın bir qrup neftçisi koronavirus epidemiyası ilə bağlı vətəndaşlara "Evdə qal" çağırışı ilə müraciət edib.. . "Report" xəbər verir ki, SOCAR tərəfindən hazırlanan videoçarxda neftçilər vətəndaşlara özlərinin və ətrafdakıların sağlamlığı üçün evdə qalmağı tövsiyə ediblər.
25 mart 2020Bəzi məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRAR
Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.. . Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.. . Qərara əsasən pambıq (vata), keçə və y
25 mart 2020Nazirlər Kabinetindən tibbi spirt və maska ilə bağlı AÇIQLAMA
Ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir. Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də, tələbi ödəməkdə çətinlik çəkirlər. Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 mi
25 mart 2020