Koronavirusa ilk yoluxan şəxs tapıldı

Koronavirusa ilk yoluxan şəxs tapıldıKoronavirusa yoluxan ilk şəxsin kimliyi artıq müəyyən olunub.

Bu barədə "RİA Novosti" Çin mətbuatına istinadla xəbər yayıb.

Bildirilir ki, Vey soyadı olan qadın Uhan şəhərində "Hunan" bazarında canlı xərçəng satıcısı işləyib. 2019-cu ilin dekabrın 11-də naməlum səbəbdən onun temperaturu yüksəlib və o, klinikaya müraciət edib.

Satıcının sözlərinə görə, adətən, soyuqdəymə zamanı o, xəstəxanaya müraciət edir, orada ona iynə vurulur, səhəri isə onun vəziyyəti düzəlirdi.

Lakin həmin vaxt hətta iki iynə belə ona kömək etməyib. Dekabrın 16-da Vey Xuaçjun Elm və Texnologiyalar Universitetinin "Sehe" xəstəxanasına müraciət edib.

Sonradan məlum olub ki, o, "Hunan" bazarında koronavirusa yoluxduğu təsdiqlənmiş ilk şəxsdir. Ehtimal edilir ki, məhz bu bazar infeksiyanın yayılmasının mənbəyi olub. Lakin mütəxəssislər hələ də müəyyən edə bilməyib ki, virus necə və hansı vəziyyətdə daşıyıcı heyvandan insana keçə bilib.

Dekabrın 31-də Uhan Səhiyyə Komitəsi ilk yoluxma qrupunda 27 nəfərin olduğunu bəyan edib. Jurnalistlər həmin şəxslərin siyahısını araşdırarkən onlardan 24-nün "Hunan" bazarı ilə əlaqəli olduğunu öyrəniblər.

Çin KİV, eyni zamanda, "Hunan"la əlaqəsi olmadığı halda yoluxan ilk şəxsi müəyyən edib. Məlum olub ki, ötən ilin dekabr ayının 16-da Çen soyadlı kişinin temperaturu yüksəlib və o, Uhan yaxınlığında xəstəxanaya müraciət edib. O vurğulayıb ki, ailə üzvləri, həmçinin, onu xəstəxanaya aparan şəxs sağlamdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 5452   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin

16 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021
.

72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb. Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir. Lakin bloqqer onun bu yaşda hamil

16 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021