"Koronavirusla mübarizə büdcə"si 1,1 milyard manatı ötür

"Koronavirusla mübarizə büdcə"si 1,1 milyard manatı ötür"Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur".

Sonxeber.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzininin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradılanda ilk dəfə 10 milyon manat vəsait ayrılıb:

"Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanılıb. Eyni zamanda Prezident İlham Əliyevin Sərəncamı əsasında pandemiyanın iqtisadiyyata təsirləri ilə mübarizə məqsədilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Azərbaycan ÜST-ə də qlobal səviyyədə pandemiya ilə mübarizə məqsədilə 5 milyon ABŞ dollar vəsait köçürüb".

V. Qasımlı qeyd edib ki, Azərbaycanda 1,1 milyard manatdan çox olan "korona böhran büdcəsi"nin getdikcə böyüməsi gözlənilir.

"Hazırda koronavirus əleyhinə mobilizasiya olunan 1,1 milyard manat vəsait qeyri-neft ÜDM-in 2,2 faizinə çatır.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun dövlət, biznes və əhali tərəfindən dəstəklənməsi Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına uyğun olaraq sosial həmrəylik və milli birliyə gözəl nümunədir.

Azərbaycan koronavirusla mübarizədə müstəqil hərəkət etdiyi halda, dünyanın 80-dən artıq ölkəsi Beynəlxalq Valyuta Fonduna koronavirusla mübarizədə maliyyə yardımı üçün müraciət edib. Eyni zamanda BVF və Dünya Bankı "Böyük 20-liy"ə müraciət edərək adambaşına milli gəliri 1175 dollardan az olan 76 ölkənin borclarına güzəşt etməyə çağırıb. Bu yolla əldə olunan vəsait kasıb ölkələrdə koronavirusla mübarizəyə sərf edilə bilər. İnkişaf etmiş böyük ölkələrin Mərkəzi Banklarının monetar yumşalmaya getmək "rahatlığı", inkişaf etməkdə olan ölkələrdə yoxdur. Üstəlik də investorlar korona böhran başlayandan bəri inkişaf etməkdə olan ölkələrdən 83 milyard dollar sərmayəni geri çəkməklə onları böhranla mübarizədə daha çətin duruma salıblar. İnkişaf etməkdə olan ölkələrə SDR yardımı (Xüsusi borcalma hüququ) planlaşdırılır və svop xətlərin açılması ilə likvidlik dəstəyi verilir. Qlobal iqtisadiyyatın resessiyaya girdiyi və inkişaf etməkdə olan ölkələrin korona böhranla təklikdə mübarizədə çətinlik çəkdiyi bir şəraitdə Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir.

Azərbaycanda səfərbər olunan "koronavirus büdcəsi" üç istiqamətdə xərcləri əhatə edir: zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək; sosial proqramlar; pandemiya ilə mübarizəyə çəkilən xərclər", - deyə o vurğulayıb.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 1008   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər bu xəbəri oxusun!

Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl

10 iyun

İtkin düşən 3 nəfər tapıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də 17 cinayətin üstü açılıb. . . Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Sonxeber.az-a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.. . Qəsdən sağlamlığa ağır zərə

26 mart

"İçərişəhər"in bütün küçələri xüsusi məhlulla yuyulur - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "İçərişəhər" DTMQ ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan əraz

26 mart

ŞAD XƏBƏR- Bu şəxslərin maaşları artırıldı

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçilərinin əməkhaqlarına müddətli əlavənin məbləği müəyyən edilib.. . Sonxeber.az "Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərini

26 mart

Bu məmulatlar gömrük rüsumlarından azad edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.. . Sonxeber.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.. . Qərara əsasə

26 mart

Milli Məclisin spikeri sərəncam imzaladı - İclasların vaxtı dəyişdi

Milli Məclisin plenar iclaslarının keçirilmə saatlarına dəyişiklik edilib.. . Sonxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova sərəncam imzalayıb.. . Sərəncamla Milli Məclisin iclasları saat 11:00-dan 17:00-dək keçiriləcək.. . Fasilə vaxtı isə saat 13:00-15:00-dək olacaq.

26 mart

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il 30 mart - 27 aprel tarixlərində aparılması nəzərd

26 mart

Heydər Əliyev Fondu koronavirusla bağlı sosial layihəyə başlayıb - Fotolar

Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb.. . Sonxeber.az "AzərTac"a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsus

25 mart

Koronavirusla qan təzyiqi arasında əlaqə müəyyən edildi

Alimlər koronavirus və hipertoniya (qan təzyiqinin davamlı yüksək olması) arasında əlaqəni müəyyən ediblər.. . Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.. . Çinli alimlər Uhanda yaşlı xəstələrin ölüm hallarına təsir edən COVID-19-un klinik gedişatı və risk amilləri ilə əlaqədar geniş araşdırm

25 mart