"Virusla mübarizə bitdikdən sonra Çinə qarşı ciddi ittihamlar irəli sürüləcək"-RƏY

"Virusla mübarizə bitdikdən sonra Çinə qarşı ciddi ittihamlar irəli sürüləcək"-RƏYAntarktida istisna olmaqla dünyanın demək olar ki, bütün bölgələrində və ölkələrində koronavirus yayılıb. Virusun mənbəyi Çin idi. Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp xəstəliyi "koronavirus" deyil, "Çin virusu" adlandırıb. Jurnalistlər Ağ Ev sahibindən xəstəliyi niyə belə adlandırdığını soruşduqda Trampın cavabı sadə olub: "Çünki virus Çindən yayılıb". Bu ifadənin arxasında siyasi məna var.

Mövzu ilə bağlı Sonxeber.az-a "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Çində xəstəlik 7 dekabr 2019-cu ildə qeydə alınıb. Ancaq Çin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) sirli sətəlcəm xəstəsi olan vətəndaşları haqqında məlumatı yalnız 31 dekabrda göndərib:

"Yəni, vacib olan 14 gün itirilib. Sürətlə yayılan koronavirusla mübarizədə 14 gün çox böyük müddətdir. Yanvar ayı boyunca xəstəliyin miqyası xeyli artıb. Buna baxmayaraq, yanvarın 18-də xəstəliyin yayıldığı Uhan şəhərində möhtəşəm ziyafət təşkil edilib, təşkilatçılar tədbirdə hazırldıqları yeməklərlə dünya rekordunu qırmağa çalışıblar. Ziyafətdə təxminən 40 min nəfər iştirak edib. Halbuki, həmin ərəfədə bölgədə nəinki zifayət keçirmək, həyəcan təbili çalmaq lazım idi. Məsələ burasındadır ki, çinlilər dünyada ən çox səyahət edən millətlərdəndir. Onlar dünyanın bütün ölkələrinə səyahət edirlər. Misal üçün, virusun baş qaldırdığı yanvar ayında Hubey əyalətində və Uhanda yaşayan 7 milyon çinli müxtəlif dövlətlərə, o cümlədən Amerika Birləşmiş Ştatlarına və Avropa dövlətlərinə səyahət ediblər. Halbuki, Çinin mərkəzi hakimiyyəti virusu müəyyənləşdirən həkimləri cəzalandırmaq əvəzinə dünyanı virus haqqında xəbərdar etsəydi, həm vəziyyəti nəzarət altına almaq olardı, həm də vaxt itirmədən qarşılıqlı səfərlərə qadağa qoyulardı.
Tədqiqatçıların hesablamalarına görə, dünya ölkələrinə virusu məhz səyahət edən 7 milyon çinli yayıb. Fevralın 3-də Çinin lideri Si Tszinpin Kommunist Partiyasının tədbirində nitq söyləyib. Həmin nitqdə virus barədə heç bir cümlə olmayıb. Həmin partiya tədbirində çıxış edən Hubey vilayətinin rəhbəri də virus barədə fikir söyləməyib. Halbuki, həmin rəhbərin mövcud vəziyyət barədə artıq məlumatlı idi. Yəni hadisələrin inkişafı göstərir ki, Çinin vilayət rəhbəri virusun yayıldığı ilk günlərdə prosesi gizli saxlamağa çalışıb. Çinin mərkəzi hakimiyyəti isə bir müddət prosesə ciddi yanaşmayıb. Yalnız ölənlərin sayı artdıqda və bunu gizlətmək mümkün olmadıqda Çin həyəcan təbili çalıb. Ancaq artıq gec idi. Çünki, virus yayılana qədər Uhanda yaşayan çinlilər dünyanın bütün ölkələrini gəziblər, başqa ölkələrin insanları da eyni zamanda həmin şəhərdə olublar. Bunların hamısı virus daşıyıcılarına çevriliblər.

Virusun dünyaya yayılmasında Çinin məsuliyyətsizliyi haqqında informasiyalar çoxdur. Bu haqda dünya mətbuatı müxtəlif yazılar yayınlayırlar. Hələ ki, dünya dövlətlərinin rəsmiləri bu mövzunu xüsusi qabartmırlar. Yalnız Donald Tramp əsəbi şəkildə xəstəliyi "Çin virusu"adlandırır. Tramp artıq indidən ona işarə edir ki, virusla mübarizə bitdikdən sonra Çinə qarşı ciddi ittihamlar irəli sürüləcək. Bəziləri hətta Çinə qarşı maddi təzminat məsələsini gündəmə gətirirlər. Həqiqətən dövlətlər həm vətəndaşlarını itirirlər, həm də iqtisadiyyatları dağılır. Müxtəlif iqtisadi mexanizmləri bərpa etmək üçün dövlətlərə trilyonlarla dollar vəsait lazım gələcək. Kimsə kimsəyə kömək etməyəcək, çünki hamının köməyə ehtiyacı var.
Çin hakimiyyəti hələ ki, baş verənlərə görə özünün müqəssir saymır. Əksinə virusun yayılma miqyasını azaldan Çin normal həyata qayıdır. Çin normal həyata qayıdarkən, Qərb ölkələrinin itkiləri artmaqda davam edir, virusun yayılma sürəti hələ pik nöqtəsinə çatmayıb. Misal üçün 1 milyard 300 milyon əhalisi olan Çində koronavirusdan təxminən 3 min insan vəfat etdisə, 60 milyon əhalisi olan İtaliyada ölənlərin sayı Çindəkindən iki dəfə artıqdır və ağır proses hələ davam edir. İspaniyada da durum ağırdır. Amerika vurisun növbəti mərkəzinə çevrilir.
Çinin qonşuluğunda da vəziyyət ürək açan deyil. Hindistanda da karantin elan edilib. Əhalisi 1 milyarddan çox olan Hindistan virusdan qorunmaq məcburiyyətindədir. Pakistanda da virusa yoluxanları sayı artır. Pakistanın səhiyyəsi artan virusla mübarizə aparmaqda çətinlik çəkir. Pakistanın kasıb bölgələrindən olan Pəncabda və bir hissəsinə nəzarət etdiyi Kəşmirdə virusdan ölənlər haqqında müxtəlif məlumatlar var, əyalətlər arasında yollar bağlanıb, bu da insanlarda narazılıq yaradır. Pakistanda vəziyyət nəzarətdən çıxarsa, İslamabad yardım üçün başqa dövlətlərə və maliyyə təşkilatlarına müraciət edə bilər. Pakistandan fərqli olaraq Cənubi Koreya virusla mübarizə aparmaq gücündədir. İlk başda virus Çindən sonra Cənubi Koreyaya yayıldı. Ancaq Cənubi Koreyanın müasir xəstəxanaları və tibbi ləvazimatları virusla mübarizə aparmağa imkan verdi. Asiya ölkələrindən Yaponiyada da durum nəzarət altındadır".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2454   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel