Dünya koronavirusdan sonra BELƏ OLACAQ - ŞOK PROQNOZLAR

Dünya koronavirusdan sonra BELƏ OLACAQ - ŞOK PROQNOZLARKoronavirus pandemiyası dünya gündəmini əməlli-başlı zəbt edib və belə görünür ki, uzun müddətə. Virus təhlükəsi artıq əksər ölkələri özünə qapadıb. Milli sərhədlər bağlanıb, gediş-gəliş, iqtisadi-ticari əlaqələr minimuma enib. Qlobal iqtisadiyyat, dünya maliyyə sistemi qəfil böhran təhlükəsi ilə üz-üzə gəlib. Müasir təbabət, tibb elmi, hətta insanlar arasında münasibətlər və ənənəvi dəyərlər sistemi belə, ciddi sınağa çəkilib. Torpaq sanki insanların ayağının altından qaçır. Ən əsası, pandemiyanın dünyadakı duruma neqativ təsiri hələ pik nöqtəsinə çatmayıb.

Bəşəriyyətin başı üzərindən aylardır "Domokl qılıncı" kimi asılan Covid19 bəlası yəqin ki, nə vaxtsa çəkilib gedəcək. Bəs ondan sonra dünyanın, bəşəriyyətin halı necə olacaq, qlobal iqtisadi-maliyyə sistemi, nəhayət, dövlətlərarası münasibətlər necə təsəvvür edilir?

ABŞ-ın nüfuzlu "Foreign Policy" nəşri məsələ ilə bağlı müxtəlif ölkələrdən olan fikir adamlarının rəyini öyrənib. Musavat.com aktuallığı nəzərə alaraq, həmin fikir və rəyləri təqdim edir.

DÜNYA DAHA QAPALI, LAKİN ÇİÇƏKLƏNƏN VƏ AZAD

Stiven Uolt – Harvard Universitetinin beynəlxalq əlaqələr üzrə professoru:

Pandemiya dövlət hakimiyyətini möhkəmləndirəcək və millətçiliyi gücləndirəcək. Əksər dövlətlər böhrandan sonra da öz yeni səlahiyyətlərindən imtina etməyəcək. Xarakteri etibarilə konfliktli olan dünya siyasəti dəyişməz qalacaq. Əvvəlki epidemiyalar böyük dövlətlər arasında rəqabətin dayanmasına gətirmədi və qlobal əməkdaşlığın yeni epoxasına nədən olmadı. Covid-19-dan sonra da olmayacaq. Biz hiper-qloballaşmadan geri çəkilmənin davam etməsini şahidi olacağıq, ona görə ki, vətəndaşlar ümid edirlər ki, onları milli hökumətlər müdafiə edəcək. Qısacası, Covid-19-dan sonra dünyanı daha qapalı, lakin çiçəklənən və daha azad olacaq.

QLOBALLAŞMANIN SONU

Robin Hiblert – "Chatem House"nin direktoru:

Koronavirus pandemiyası iqtisadi qloballaşma dəvəsinin belini qıran saman çöpü rolunu oynayacaq. Covid-19 dövlətləri, şirkətləri məcbur edir ki, davamlı özünütəcrid şəraitində mövcudluqlarını saxlamaq potensiallarını gücləndirsinlər. Belə vəziyyətdə dünya çətin ki, qarşılıqlı sərfəli qloballaşma ideyasına qayıtsın. Siyasi liderlərə nəhəng özünüintizam lazım olacaq ki, beynəlxalq əməkdaşlığı saxlasınlar və geosiyasi rəqabət bataqlığına yuvarlanmasınlar. Öz vətəndaşlarına Covid-19 böhranını dəf eləmək bacarığını sübut edən liderlər müəyyən siyasi kapital əldə edəcəklər.

DEMOKRATİYA ÖZ "QABIĞI"NDAN ÇIXACAQ

Con Aykenberri – Prinston Universitetində siyasət və beynəlxalq əlaqələr üzrə professor:

İqtisadi zərər və ictimai kollaps nəzərə alınmaqla, biz yəqin ki, millətçilik yönündə hərəkətliliyin, böyük dövlətlər arasında rəqabətin, strateji aralanmaların və s. şahidi olacağıq. Ancaq 1930-40-cı illərdə olduğu kimi, indi də tədricən qarşılıqlı cərəyan, hansısa sağlam və inadkar beynəlmiləlçilik ortaya çıxa bilər. Necə ki, 2-ci Dünya müharibəsindən öncə və müharibə zamanı Franklin Ruzvelt (ABŞ-ın ovaxtkı prezidenti –red.) və digər dövlət xadimləri bunu formalaşdırmağa və təbliğ eləməyə başlamışdılar. 1930-cu illərdə dünya iqtisadiyyatının çöküşü müasir beynəlxalq birliyin nə dərəcədə qarşılıqlı bağlı və Ruzveltin adlandırdığı zəncirvari reaksiyaya necə həssas olduğunu göstərdi. Reaksiya əvvəlcə milliyyətçilik şəklində ola bilər, ancaq zaman ötdükcə demokratiya praqmatik və yeni tip proteksionist beynəlmiləlçiliyi tapmaq üçün öz qabığından çıxacaq.

DÜNYA DAHA KASIB VƏ QƏZƏBLİ OLACAQ

Şivşankar Menon – Brukinqs İnstitutunun (hind bölümü) əməkdar elmi işçisi, Hindistan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri:

Hələlik nəticələr haqda mühakimə yürütmək tezdir. Amma üç şey aydındır: birincisi, koronovirus pandemiyası bizim həm daxili, həm də xarici siyasətimizi dəyişəcək. Hətta liberal cəmiyyətlər dövlət hakimiyyətinə müraciət edəcək. Dövlətlərin pandemiyanı və iqtisadi neqativləri önləməkdə uğurları və ya uğursuzluqları təhlükəsizlik məsələlərinə və cəmiyyət daxilində qütbləşməyə təsir edəcək. Təcrübə göstərir ki, diktatorlar və populistlər epidemiyanın öhdəsindən başqalarından heç də yaxşı gəlmirlər. Pandemiyanın özü isə bizim qarşılıqlı asılılığımızın sübutu oldu. Ancaq bütün dövlətlərdə artıq öz daxilinə baxmaq, müstəqillik axtarışı prosesi, öz taleyini sərbəst şəkildə həll eləmək cəhdləri başlayıb. Gələcəkdə dünya daha kasıb, daha qəzəbli olacaq.

COVİD-19-un TARİXİNİ QALİBLƏR YAZACAQ

Con Allen – Brukinqs Universitetinin direktoru:

Həmişə belə olub, yenə də belə olacaq. Tarixi Covid-19 pandemiyasına qalib gələnlər yazacaq. Hər bir ölkə, indi isə həm də hər bir insan bu xəstəliyin cəmiyyətə təsirinin ağır yükünü öz üzərində daha güclü şəkildə hiss edir. O ölkələr ki, özünün siyasi və iqtisadi üstünlükləri, habelə özünün səhiyyə sistemi hesabına israr göstərəcək və duruş gətirəcək, uğura iddiaçılar da onlar olacaq. Kimlər üçünsə bu, demokratiyanın, çoxtərəfli əlaqələrin və ümummilli səhiyyənin böyük və geridönməz qələbəsi, kimlər üçünsə qətiyyətli avtoritar hakimiyyətin "üstünlükləri"nin nümayişi olacaq. İstənilən halda bu böhran beynəlxalq hakimiyyətin strukturunu bizim təsəvvür edə bilməyəcəyimiz şəkildə təzədən format edəcək. Covid-19 iqtisadi fəallığı aşağı salacaq və dövlətlər arasında gərginliyi artıracaq. Uzaq perspektivdə bu pandemiya qlobal iqtisadiyyatın istehsal potensialını xeyli zəiflədə bilər – xüsusın də əgər şirkətlər və iş yerləri bağlanarsa. İqtisadi gərginliklər xüsusən də inkişaf eləməkdə olan ölkələri və sosial müdafiəsi zəif işçilərə malik iqtisadiyyatları gözləyir. Öz növbəsində beynəlxalq sistem güclü yüklənməyə məruz qalacaq ki, bu da sabitsizlik yaradacaq və çoxsaylı daxili və beynəlxalq konfliktlərə gətirəcək.

BANKROT VƏ UĞURSUZ ÖLKƏLƏRİN SAYI ARTACAQ

Riçard Xaas – ABŞ-dakı Beynəlxalq Əlaqələr Şurasının prezidenti:

Fikrimcə, koronavirusa görə ölkələrin əksəriyyəti ən azı bir neçə il özlərinə qapılacaq, öz sərhədləri daxilində və onlardan xaricdə baş verənlərə diqqət yönəldəcək. Mən tədarük zəncirinin həssaslığı səbəbindən öz ehtiyaclarını ödəməyin selektivliyi yönündə daha aktiv addımların atılacağını gözləyirəm. Miqyaslı immiqrasiyaya (gəlmələrə) qarşı daha sərt müqavimət olacaq. Ölkələrin regional və qlobal problemlərlə, o cümlədən iqlim dəyişiklikləri ilə bağlı problemlərlə məşğul olmaq həvəsi və hazırlığı azalacaq. Nədən ki, onlar öz iqtisadiyyatlarını bərpa etmək, böhranın iqtisadi nəticələrini aradan qaldırmaq üçün daim resurs tapmaq ehtiyacı hiss edəcəklər. Gözləyirəm ki, bir çox ölkələrin böhrandan sonra bərpası çətin olacaq. Bir çoxunda dövlət hakimiyyəti zəifləyəcək, uğursuz dövlətlərin sayı artacaq. Böhran yəqin ki, ABŞ-Çin əlaqələrinin pisləşməsinə və Avropa inteqrasiyasının zəifləməsinə gətirəcək.

BEYNƏLXALQ SİSTEMİ DƏYİŞƏCƏK SEYSMİK TƏKAN

Nikolas Börns – Harvard Universiteti İdarəçilik Məktəbinin direktoru, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə sabiq müavini:

Covid 19 pandemiyası bizim yüzilliyin ən böyük qlobal böhranıdır. Onun dərinliyi və miqyası nəhəngdir. İctimai təbabətin böhranı Yerdə yaşayan 7,8 milyard insanın hər birini hədələyir. Maliyyə-iqtisadi böhran öz nəticələrinə görə 2008-2009-cu illərin böyük geriləməsini kölgədə qoymaq gücündədir. Hər bir böhran ayrı-ayrılıqda beynəlxalq sistemi və bizə məlum olan qüvvələr nisbətini həmişəlik dəyişmək üçün seysmik təkan ola bilər. Əgər ABŞ və Çin kimi dünyanın ən güclü dövlətləri söz savaşından, yəni böhrana görə kim məsuliyyət daşıyır və kim daha effektli idarə edə bilər kimi söz müharibəsindən imtina eləməsə, o zaman onların dünyadakı nüfuzu ciddi şəkildə zədələnə bilər. Əgər Avropa Birliyi özünün 500 milyonluq əhalisinə daha məqsədyönlü kömək göstərə bilməsə, milli hökumətlər gələcəkdə Brüsseldən bir çox səlahiyyətlərini geri alacaq. ABŞ üçün isə olduqca vacibdir ki, federal hökumət böhranı cilovlamaq üçün effektli tədbirlər görsün. Bununla belə, hər bir ölkədə insan ruhunun nə qədər güclü olmasına dair çoxsaylı nümunələr var. Həkimlər, tibb bacıları, siyasi rəhbərlər və sadə vətəndaşlar iradə, faydalılıq və lider keyfiyyətləri nümayiş etdirirlər. Bu da ümid etməyə imkan verir ki, dünya insanları bu fövqəladə təhdidə cavab olaraq birləşəcək və üstünlük əldə edəcəklər. (musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 21033   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18 aprel
.

Britaniyada 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edildi

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib. xarici mediaya istinadən xəbər verir ki, "siqaretsiz nəsil" yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib. Çərşənbə axşamı təsdiqlənə

17 aprel
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18 aprel
.

Dəhşət! Ata fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq...

Fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq 4 il ərzində cinsi təcavüz etdiyi məlum olub. xarici mediaya istinadən xəbər verir ki, atanın şübhəli qızını izləmək üçün hamam və tualetə kamera yerləşdirdiyi məlum olub. Fiziki qüsuru səbəbilə axsayaraq yeriyən qız 2022-ci ildə anası və bacısını

19 aprel
.

Dəhşət! Qadını meşəyə aparın təcavüz edib,videoya çekdilər

2018-ci ildə avtomobil ilə meşə ərazisinə aparılıb təcavüzə məruz qalan qadın hər şeyi etiraf edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Bellə ki, 5 il əvvəl meşəyə aparılıb, təcavüzə məruz qalan qadın illər boyu susub. Qadın hər şeyi etiraf etmək qərarına gəlib. O dostunu

18 aprel
.

Əyləncə parkında dəhşətli anlar: Uşaq yerə çırpıldı - VİDEO

Uşaq əyləncə parkında yelləncəkdən yıxılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyəninn İstanbul şəhərində baş verib. Ailəsi ilə birlikdə İstanbulun Avcılardakı əyləncə parkına gedərək uşaq yelləncəkinə minib. Yelləncəyin kəməri açılıb. Dəqiqələrlə ətrafa atılan uşaq yerə yıxılıb. Uşağı

18 aprel
.

Nişada bıçaqlı dava düşdü: 4 nəfər yaralanıb

Mişan mərasimində dava düşüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Bədənlərinin müxtəlif nahiyələrindən bıçaqlanan 4 nəfər xəstəxanaya yerləşdirilib. Nişan mərasimində yallı zamanı dava düşüb. Nəticədə 4 nəfər bıçaqlanıb. Həmin şəxslər xəstəxanaya aparılıb. Polis hadis

17 aprel
.

"Miss-2024"ün finalçısı itkin düşdü

Rusiyanın Buryatiya Respublikası üzrə İstintaq Komitəsi "Miss Buryatiya 2024" müsabiqəsinin finalçısı Seseg Buinovanın qəribə şəraitdə yoxa çıxması ilə bağlı cinayət işi açıb. -a istinadla bildirir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Buinova aprelin 12-nə keçən gecə iş zamanı yoxa çıxıb

18 aprel
.

18 yaşlı oğurluq şübhəlisinin 94 il həbs cəzası olduğu məlum olub: O əvvəllər də ...

Türkiyənin İzmir şəhərində avtomobil oğurluğundan şübhəli bilinən18 yaşında gənc polis tərəfindən saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, polisin araşdırması nəticəsində 18 yaşlı gəncin 94 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə axtarışda olduğu öyrənilib. Gəncin 7 müxtəlif cinayət

19 aprel