Məşhurlar xalqa çağırış etdilər: "Evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun!"

Məşhurlar xalqa çağırış etdilər: "Evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun!"Ümumdünya Səhiyyə Təşkilatının başlatdığı "evdə qal, həyatları xilas et" aksiyasına artıq cəmiyyətin bütün təbəqələri, o cümlədən mədəniyyət xadimləri də qoşulub. Onlar hər kəsi hökumətin koronavirus infeksiyasına qarşı qabaqlayıcı və təxirəsalınmaz tədbirlərini dəstəkləməyə çağırırlar. Ziyalılar evdə qalmağın müsbət tərəflərindən danışaraq, bu fürsətdən kifayət qədər faydalanmağı məsləhət görürlər.

Sonxeber.az xəbər verir ki, Xalq artisti İlham Namiq Kamal Trend-ə açıqlamasında bildirib ki, karantin müddəti insanların xeyrinə olan qərardır:

"Həyatda çətin günlər olur, belə vaxtlarda insanlar dözümlü, səbrli və həmrəy olmalıdır. Bir şeyi unutmamaq lazımdır. Hər bir insanın özünü qorumağı, dövləti, xalqı qorumaq deməkdir. Ona görə də, qaydalara tək özümüz üçün deyil, cəmiyyətimiz üçün əməl etməliyik. Hazırda mən və ailəm birlikdə karantin rejiminə riayət edərək, evdə qalırıq".

Xalq artisti deyir ki, xüsusuilə şəhərdə olanlar imkan daxilində qaydalara uyğun hərəkət etməlidir:

"Bu dövrdə insanların bir-biri ilə görüşməsi əvəzinə evdə oturub ailələri ilə zaman keçirmələri daha məqsədəuyğundur. Bu qərar həm də ailələrdə mehribanlığı, yaşlılara və uşaqlara olan diqqəti artıracaq. Əsasən də valideynlər evdə qaldığı müddətdə övladlarına daha çox zaman ayıra, qayğı göstərə bilərlər. Mən insanları dövlətin, ölkə başçısının göstərdiyi xeyirxah niyyəti, xalqına qayğısını dəstəkləməyə çağırıram. Hörmətli vətəndaşlar evdə qalın, əllərinizi tez-tez yuyun, daha sonra spirtləyin".

Əməkdar artist Bəhram Bağırzadə isə artıq bir həftədir ki, evdə olduğunu söyləyir:

"Mən artıq bir həftədir ki, evdəyəm. Gün ərzində yalnız bir saat həyətə düşüb gəzirəm ki, ayaqlarım tutulmasın, qan dövranım yaxşılaşsın.

O qeyd edib ki, təkcə özü yox, ailəsi də bir həftədir ki, evdə qalaraq karantin rejiminə əməl edir:

"Biz Azərbaycan dövlətinin qayda-qanununa riayət edirik. Evdə qalaraq həkimlərin tövsiyələrinə uyğun hərəkət edirik. Çalışırıq ki, panikaya düşməyək. Ailəmizdə yalnız mənim həyat yoldaşım həkim olduğu üçün öz vəzifə borcunu yerinə yetirir və hazırda evdə yox, xəstələrinin yanındadır".

B.Bağırzadənin sözlərinə görə, insanlar başa düşməlidirlər ki, onlar digərlərini də xəstələndirə bilərlər:

"Vətəndaşlara tövsiyə edirəm ki, siz də evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun. Tez-tez əlləri yumaq, bizim hamımıza hələ uşaq vaxtından öyrədilib. Adi təmizlik qaydalarını gözləməklə, virusdan qoruna bilərik".

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xətlərə zəng etmək ciddi tövsiyə olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 947   Tarix: 27 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun

15 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021