"Koronavirus Putinin iki planını sual altında qoydu"-RƏY

"Koronavirus Putinin iki planını sual altında qoydu"-RƏYÇində koronavirus geniş yayıldıqda Rusiya strateji müttəfiqi ilə sərhəddini bağlamağa qərar verdi. Buna baxmayaraq, koronavirus hər yerdə olduğu kimi Rusiyada da yayılıb. Əgər Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə koronavirusla mübarizə üçün böyük xəstəxanalar, tibbi avadanlıqlar və peşəkar həkimlər varsa, Rusiyanın əyalətlərində mənzərə fərqlidir.

Mövzu ilə bağlı Sonxeber.az-a Atlas Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlama verib.

Politoloq bildirib ki, Rusiya ərazicə dünyanın ən böyük ölkəsidir. Virusun dünyada yayılma gücü onu göstərir ki, ölkə nə qədər böyükdürsə, onunla mübarizə aparmaq da çətindir:

"Ona görə də Kreml narahatdır. Virusun tək əhali arasında deyil, bütün ölkəboyu mövcud olan hərbi hissələrə yayılması təhlükəsi var. Məsələn, kiçik Ermənistanda hərbçilər arasında virus artıq yayılıb. Rusiya hakimiyyəti üçün hərbi hissələrin tamamında test keçirmək çətindir. Digər tərəfdən xəstəliyin hərbi hissələrdə yayılması təhlükəsi varsa, bu xüsusi olaraq açıqlanmayacaq. Bu xəbərlərin yayılmasında nə Rusiyanın mərkəzi hakimiyyəti, nə də ordu komandanlığı maraqldır.
Rusiyanın müxtəlif ölkələrdə, o cümlədən Suriya və Ermənistanda hərbi bazaları var. Həmin hərbi bazalarda da virusun yayılması ehtimalı az deyil. Demək, bu hərbi bazalarda həkim nəzarətinin həyata keçirilməsi üçün ya Rusiyadan heyətlər göndərilməli, ya da yerli mütəxəssislərə etibar edilməlidir. Ancaq Suriyada və ya Ermənistanda kifayət qədər tibbi rerurs yoxdur ki, Rusiyanın hərbi bazalarındakı heyətə yardım edə bilsinlər. Moskvada üçüncü variantı da nəzərdən keçirirlər. Xarici ölkələrdəki hərbi bazalarda virusa yoluxan hərbçilər qeydə alınsa, onları Mozdok və Krımsk şəhərlərindəki karantin üçün ayrılmış mərkəzlərə köçürəcəklər".

Politoloq, Rusiya prezidenti Vladimir Putinin iki böyük layihəsini təxirə salmaq məcburiyyətində qaldığını bildirib:

"Birincisi, Putin Konstitusiyada dəyişikliklərə hazırlaşırdı. Referendum keçirilməli idi. Referendumun özü üçün müsbət nəticəsinə ümid edən Putin yeni dəyişikliyə görə 2036-cı ilə qədər prezident kürsüsündə qalmağı planlaşdırırdı. Ancaq koronavirus referendumu təxirə saldı və referendumun hansı tarixdə keçiriləcəyi bəlli deyil. Bu ərəfədə, Rusiyanın məşhur "Levada" Mərkəzinin keçirdiyi rəy sorğusuna görə böyük şəhərlərdə Putinin reytinqi aşağı düşüb. Bu təxirə salınan referendum üçün hər şeyin hamar olmayacağını göstərir.
İkincisi, Putin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsinin qələbəsinin 75 illiyini keçirməyə hazırlaşırdı. Putin təmtəraqlı parad planlaşdırırdı. Kreml 5 ildir ona qarşı tətbiq edilən sanksiyalara rəğmən, paradda dünyaya öz gücünü göstərəcəyinə ümid edirdi. Parada müxtəlif dövlətlətlərin liderləri dəvət olunmuşdular. Bir çoxu dəvəti qəbul etmişdi. Putin bu yolla Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşalacağınaa ümid edirdi. Ancaq hazırki şərtlər daxilində həm paradın keçirilməsi, həm də rəsmi qonaqların Moskvaya gedəcəkləri sual altındadır. Əlbəttə¸ mayın əvvəlinə qədər virusun yoluxma gücü azala bilər. Ancaq 9 maya qalan az müddətdə paradın keçiriləcəyini proqnozlaşdırmaq çətindir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5438   Tarix: 28 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəs

22 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə -a Medianın İnkişafı Agentliyindən məlumat verilib

22 aprel
.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel
.

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il

23 aprel
.

Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir. APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarında

23 aprel