Bu ölkə koronavirusla mübarizədən İMTİNA ETDİ - Ölənlərin sayı artır

Bu ölkə koronavirusla mübarizədən İMTİNA ETDİ - Ölənlərin sayı artırİsveç hökuməti ölkədə koronavirusa yoluxmuş şəxslərin sayının artmağına baxmayaraq, sərt karantin rejimi tətbiq etmək fikrində deyil. Ölkənin baş epidemioloqu Anders Teqnell qərara gəlib ki, isveçlilərdə virusa qarşı "kollektiv immunitet"in yaranmağı üçün ölkə əhalisi koronavirusa yoluxmalıdır.

"Aftonbladet" nəşrinin verdiyi məlumata əsasən, İsveçdə COVID-19-a 2800-dən çox adam yoluxub, 70-dən çox insan isə ölüb.

Bununla yanaşı, restoran və məktəblər hələ də açıqdır. Həmçinin vətəndaşların hərəkətinə sərt məhdudiyyət yoxdur. Onlara, sadəcə, imkan daxilində evdə qalmaq və yaşlı insanlarla ünsiyyəti məhdudlaşdırmaq məsləhət görülür.

Avropa İttifaqının vətəndaşları İsveçə sərbəst şəkildə daxil ola bilərlər, ölkəyə gəldikdən sonra karantinə yalnız koronavirusa yoluxduğu təsdiqlənən şəxslər göndərilir.

Teqnellin fikrincə, yalnız yaşlılar və xroniki xəstəlikləri olanlar izolə olunmalıdırlar. O hesab edir ki, insanlar koronavirusa yoluxsalar, virus gücünü itirəcək və daha təhlükəli olmayacaq.

Lakin bu nəzəriyyə təsdiqini tapmayıb. Epidemioloqun yanaşmasını artıq ölkənin Baş naziri Stefan Lövfen tənqid edib və bildirib ki, insanların həyatı və sağlamlığı təhlükə altındadır.

Qeyd edək ki, ölkə əhalisi hakimiyyətin epidemiyaya dair siyasətindən narazılıqlarını sosial şəbəkələrdə artıq bildirməyə başlayıblar. Sakinlər hakimiyyəti koronavirusa qarşı mübarizə tədbirlərini sərtləşdirməyə səsləyirlər. (milli.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 11633   Tarix: 28 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər bu xəbəri oxusun!

Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl

10 iyun 2020

"İnsanlar bulvara idman etməyə gəsə, idman qurğularını sökəcəyik".

"Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına əsasən, 10 nəfərdən artıq şəxsin parklarda, bulvarlarda toplaşmasına qadağa qoyulub. Ancaq vətəndaşlarımız yenə də bulvara üz tuturlar. Buna görə də Bulvar İdarəsi ərazidə fəaliyyət göstərən iaşə obyektlərinin, attraksionların və parklanm

28 mart 2020

ABŞ-da koronavirus xəstələrinə yer çatışmır-VİDEO

Nyu-Yorkda həkimin paylaşdığı görüntülərdə xəstəxanaların koronavirusa qarşı yetərli olmadığı ortaya çıxıb.. . Sonxebr.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın Nyu-York şəhərindəki bir xəstəxanada işləyən həkim, şəhərdəki vəziyyətin koronavirusa qarşı yetərsiz olduğunu göstərən şəkillə

28 mart 2020

Dünyada Kovid-19-a yoluxma halı 600 mini ötdü

Koronavirusun yeni növü (Kovid-19)-a yoluxma dünyada 600 mini keçib.. . Sonxeber.az xəbər verir ki, Çinin Hubey əyalətinin Vuhan şəhərində yaranan və bir çox ölkəyə yayılan koronavirusun yeni növünə (Kovid-19) yoluxanların sayı 600 mini keçib.. . Qeyd edək ki, Kovid-19 hesabatları ilə ölkələrdə və bölgələrd

28 mart 2020

"Əhalini mütləq şəkildə bütün tələblərə riayət etməyə çağırıram"-Deputat

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərərgah karantin rejimini şərtləndirib.. . Bununla Sonxeber.az-a danışan deputat Ramin Məmmədov bildirib ki, koronavirusdan bir çox ölkə əziyyət çəkir. Azərbaycanda ilk gündən bu məsələyə çox ciddi münasibət sərgilənərək qabaqlayıcı tədbirləri

28 mart 2020

"Koronavirus Putinin iki planını sual altında qoydu"-RƏY

Çində koronavirus geniş yayıldıqda Rusiya strateji müttəfiqi ilə sərhəddini bağlamağa qərar verdi. Buna baxmayaraq, koronavirus hər yerdə olduğu kimi Rusiyada da yayılıb. Əgər Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə koronavirusla mübarizə üçün böyük xəstəxanalar, tibbi avadanlıqlar və peşəkar həkimlə

28 mart 2020

Latın Amerikasında Kovid-19-a yoluxma sayı 11 mini ötdü

Latın Amerikası ölkələrində koronavirusa yoluxma sayı 11 mini keçib.. . Sonxeber.az xəbər verir ki, əhalisi 600 milyondan çox olan Latın Amerikası bölgəsində yeni növ koronavirusa (Kovid-19) yoluxma halı 11 mini keçib.. Cons Hopkins Universitetinin paylaşdığı son məlumatlara görə, şimalda Meksikada

28 mart 2020

Şəkiyə də giriş-çıxış məhdudlaşdırıldı - FOTO

Azərbaycanda koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Şəki rayonunda genişmiqyaslı tədbirlər davam etdirilir.. . Daxili İşlər Nazirliyinin mətbuat xidmətini

28 mart 2020

Fransada 16 yaşlı qız koronavirusdan öldü - FOTO

Fransada 16 yaşlı qız koronavirusdan dünyasını dəyişib. . . Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı lisey tələbəsi Julia koronavirusdan vəfat edib. . . Julianın bacısı Mannon bildirib ki, heç kim bu virus qarşında yenilməz deyil: "Bacımın ölümü sübut etdi ki, koronavirus tə

28 mart 2020