Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndəribMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın prezidenti Rik Daemsə məktub göndərib.

Sonxeber.az xəbər verir ki, AŞPA məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamaya kəskin etiraz bildirilən məktubda deyilir:

- Hörmətli cənab prezident, Azərbaycan hökumətinin atdığı müsbət addımlara cavab olaraq AŞPA məruzəçilərinin qarşıdurma, əsassız ittihamlar, açıq yalanlar və təhdidlər yolunu seçməsi bizi olduqca narahat və məyus edir.
Bütün məsuliyyətimlə bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt məruzəçilərin altından imza atdıqları öz müraciətlərində nümayiş etdirdikləri ünsiyyət tonunu, üsulunu və yolunu qəbul etmir və qəbul etməyəcəkdir.
Hörmətli cənab prezident, bu yaxınlarda Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib və xalq tərəfindən seçilən müxalifət nümayəndələri ilk dəfə olaraq Milli Məclisdə rəhbər vəzifələrə seçiliblər. Bu təşəbbüsü göstərən parlamentin ilk iclasının açılışında çıxış edən məhz ölkə Prezidenti olub. Novruz bayramı münasibətilə xalqa müraciətində isə o, bir daha istisnasız olaraq bütün siyasi partiyaları və ictimai hərəkatları dialoq və əməkdaşlığa dəvət edib. Bu gün parlamentdə vitse-spiker, komitə sədri, komitə sədrlərinin müavinləri arasında müxalifətin nümayəndələri mövcuddur. Parlamentə daxil olmayan müxalifət partiyaları isə ölkə Prezidentinin təşəbbüsü ilə ümummilli dialoqa dəvət ediliblər. Bu dəvət, istisnasız olaraq, bütün siyasi partiyalara və ictimai birliklərə şamil olunub və yalnız bir qrup marjinaldan başqa hər kəs tərəfindən qəbul edilib. Əməkdaşlıq və milli barışıq ruhunu rəhbər tutaraq hökumət rəsmi şəkildə və dəfələrlə imtina edənlərə müraciət etsə də, hər dəfə rədd cavabı alıb.
Hörmətli cənab prezident, COVID-19 pandemiyası şəraitində Azərbaycan əhalini infeksiyadan qorumaq üçün bütün dövlət strukturlarının şəffaf və ardıcıl işini nümayiş etdirib və nümayiş etdirməkdə davam edir. Bu tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq həyata keçirilir və həmin təşkilat tərəfindən müsbət qiymətləndirilir. Bu cür fövqəladə vəziyyətdə yalnız tamamilə dardüşüncəli və hətta deyərdim ki, xalq əleyhinə düşünən ünsürlər bu addımları müxalifətə təzyiq kimi qəbul edə bilər. Düşünürəm ki, onlar bu gün Azərbaycanda, İtaliyada, İspaniyada və digər Avropa ölkələrində baş verən faciənin təkrarını görmək istəyirlər ki, sonradan özlərinin dar partiya və xalq əleyhinə olan maraqlarına əsaslanaraq hökuməti və Prezidentimizi günahlandırsınlar. Biz buna heç vaxt yol verməyəcəyik, xalqla birgə, partiya üzvləri və bitərəflər, iqtidar və müxalifət nümayəndələri ilə birlikdə sona qədər siyasi baxışlardan və şəxsi maraqlardan asılı olmayaraq, bu savaşda görünməz düşmənin qarşısında durmaq və ona qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Əgər kimsə xalqın başına gələn bu bəla və müsibətli vəziyyətdən sui-istifadə edərək Avropa Şurasının "demokratik dəstəyindən" istifadə etməklə ölkə daxilindəki vəziyyəti gərginləşdirmək istəsə, Azərbaycan xalqının qınağını qazanmaqla yanaşı, qanun qarşısında da ən sərt şəkildə cavab verəcəkdir.
Hörmətli cənab prezident, Sizə bu yaxınlarda yazdığım məktubda Əfqan Muxtarlının sərbəst buraxıldığını bildirmişdim. Bu gün epidemioloji vəziyyətlə əlaqədar yüzlərlə məhkum azadlığa buraxılır və Tofiq Yaqublunun həbsini siyasi əsaslı bir addım kimi təqdim etmək cəhdi heç bir məntiqə sığmır. Yol qəzasından sonra münasibətləri aydınlaşdırarkən o, kobud şəkildə təhqir və əl-qol hərəkətləri ilə bir ailəyə hücum edib və indi qanun qarşısında cavab verəcək. Çox təəssüf ki, məruzəçilər bu məsələni bizimlə müzakirə etmədən, Strasburqdakı nümayəndəliyimizdən rəsmi məlumat almadan, ölkənin müvafiq strukturları ilə əvvəlcədən məsləhətləşmədən, qeyri-müəyyən və bilinməyən mənbələrdən alınan məlumatlara əsaslanaraq tamamilə yanlış nəticələr çıxarırlar.
Hörməli cənab prezident, bizi bu cür təzyiqlərdən, nəinki münasibətlərimizə, eyni zamanda, Avropa Şurasının özünə də xələl gətirən AŞPA-nın məlumatları kobud və özünə yaraşmayan şəkildə manipulyasiya etməsindən qorumağınızı Sizdən xahiş edirəm. Əminəm ki, bu gün bəzi həmkarlarımızın beyinlərində ölkəmə olan nifrət virusu müalicəsini mütləq birlikdə tapacağımız COVID-19 virusundan daha dəhşətlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3822   Tarix: 28 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dilənçinin yığdığı pulların miqdarı şoka saldı: Təəccübləndirən kadrlar - VİDEO

Türkiyənin Diyarbəkir vilayətində dilənçiliklə yığdığı pulunu bütövləşdirmək istəyən kişinin görüntüləri hər kəsi təəccübləndirib. Kadrlar bu hadisəni görən sakinlərdən biri tərəfindən çəkilib. Görüntülər Sur rayonunun turistik məkanında qeydə alınıb. Kişi hər gün burada dilənir və sonra pulu kafeləri

16 aprel
.

Bakıda 12 yaşında qaçırılaraq övlad sahibi olan Ülkərlə bağlı RƏSMİ AÇIQLAMA+YENİLƏNİB/VİDEO

Bakıda azyaşlı olarkən qaçırılaraq nikaha daxil edilən Ülkərlə bağlı məsələ nəzarətə götürülüb. Bunu -in sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sözçüsü Teymur Mərdanoğlu bildirib. O əlavə edib ki, artıq xanımla danışılıb və araşdırma aparılır. İctimaiyyətə ətrafl

16 aprel
.

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb - FOTO

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb. xəbər verir ki, bir saata yaxındır ki, şəxsi profildəki heç bir paylaşım görünmür. Problemin səbəbi ilə bağlı hələlik rəsmi hər hansı açıqlama yoxdur

16 aprel
.

Qeyri-etik paşlaşımlar edən "Semka" ləqəbli tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirlərlə 1994-cü il təvəllüdlü

16 aprel
.

"Sədərək Yusif"in oğlu yenə GÜNDƏM OLDU

"Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəyli torpaq mübahisələri ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə şikayət edib. -ın "Unikal"a istinadən məlumatına görə

16 aprel
.

Mələkxanım Eyubovanın qızı Nəzrinin xınası - FOTO/VİDEO

Ötən gün Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın xınası baş tutub. xəbər verir ki, Nəzrin yaxın rəfiqələrini biraraya yığaraq məkanlardan birində özünə kiçik xına məclisi təşkil edib. Bloger bu barədə sosial şəbəkə hesabında bildirib. O xınasından olan özəl görüntüləri sosia

16 aprel
.

Azərbaycanda maaş və pensiyalar yenidən artırılır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünya bazarında "Brent" markalı neftin qiyməti 23 oktyabr 2023-cü ildən bəri ilk dəfə 91 dolları ötüb. Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır. Neftin qiymətinin bahalaşması maaş və pesniyalara təsi

16 aprel
.

"Mal-qaramız illərdir oğurlanır, cinayətkarlar isə tapılmır"

"Düz 5 ildir ki, mal-qaramız oğurlanır. Oğurluq edənlər isə tapılmır. Artıq qapımızda heyvan qalmayıb". Bu şikayətlə "Qafqazinfo"ya Quba rayon sakini, təsərrüfatçı Rauf Piriyev müraciət edib. Mal-qarasının oğurlanmasından gileylənən təsərrüfatçı deyir ki, hadisə Abşerondakı qışlaqd

16 aprel
.

Kürdə batan ata və qızının axtarışları davam edir - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. Bu barədə -a FHN-i

16 aprel