Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHIXüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydası təsdiqlənib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qaydaya əsasən, polis postlarından aşağıdakı şəxslər və onların nəqliyyat vasitələri buraxılır:

- operativ nəqliyyat vasitələri, o cümlədən yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin, feldyeger rabitəsi orqanının, pul mədaxilinin inkassasiyası üçün nəzərdə tutulan, "Azərpoçt" MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

- yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

- təcili tibbi zərurətlə əlaqədar səfər edən şəxslər və onlar ilə gedən ailə üzvləri (iki nəfərdən çox olmamaqla) yaxud qanuni nümayəndələri - təcili müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubunu (arayışını) təqdim etməklə;

- respublikanın tibb müəssisələrində qeydiyyatda olan və mütəmadi müalicə almaq üçün müvafiq tibb müəssisələrinə gedən şəxslər - polis postlarında olan müvafiq adlı siyahılar üzrə yoxlanıldıqdan sonra;

- yaxın qohumu ölmüş şəxslər (valideyni, əri (arvadı), övladı, qardaşı, bacısı, babası, nənəsi, nəvəsi, qaynatası, qaynanası) – ölüm faktını təsdiq edən tibb müəssisəsinin arayışını təqdim etməklə;

- xüsusi karantin rejimi elan olunmazdan qabaq respublikanın digər şəhər və rayonlarına getmiş Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;

- xüsusi karantin rejimi elan olunmazdan qabaq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş digər şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;

- öz ölkələrinə qayıdan xarici dövlətlərin vətəndaşları.

Dövlət əhəmiyyətli və həyat təminatlı müəssisə və təşkilatların rəhbərləri işçilərinin polis postlarından buraxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə əsaslandırılmış rəsmi müraciət ünvanlayırlar (info@mia.gov.az). Müraciətdə polis postlarından buraxılmalı olan işçilərin adlı siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədin (xidməti vəsiqənin) seriyası və nömrəsi, polis postlarından buraxılmalı olan nəqliyyat vasitələrinin markası və nömrəsi göstərilir.

Müraciətlərə 24 saat müddətində baxılaraq qərar qəbul olunur və bu barədə təşəbbüskar rəsmi məlumatlandırılır.

Eyni vaxtda polis postundan beşdən artıq işçisi keçən müəssisə və təşkilat onların daşınması üçün üzərində loqosu olan sərnişindaşıma nəqliyyat vasitəsi (avtobus, mikroavtobus və s.) ayırmalıdır.

Polis postundan keçən bütün şəxslər şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməlidirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 11379   Tarix: 28 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Xidmetler



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər bu xəbəri oxusun!

Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl

10 iyun 2020

102 il əvvəl virusdan xilas olan qoca ETİRAF ETDİ

1918-ci ildə meydana gələn və 500 milyon insanı yoluxduran qrip virusundan sağalan 102 və 107 yaşlı iki qoca koronavirusa qarşı tövsiyyələr verib. 'Ölkə.Az'-a istinadən xəbər verir ki, 1918-ci ilin yanvar ayında meydana gələn qrip virusu 18 ay müddətində 500 milyon insanı yoluxdurmuş və 5

28 mart 2020

Bu ölkə koronavirusla mübarizədən İMTİNA ETDİ - Ölənlərin sayı artır

İsveç hökuməti ölkədə koronavirusa yoluxmuş şəxslərin sayının artmağına baxmayaraq, sərt karantin rejimi tətbiq etmək fikrində deyil. Ölkənin baş epidemioloqu Anders Teqnell qərara gəlib ki, isveçlilərdə virusa qarşı "kollektiv immunitet"in yaranmağı üçün ölkə əhalisi koronavirusa yoluxmalıdır

28 mart 2020

"İnsanlar bulvara idman etməyə gəsə, idman qurğularını sökəcəyik".

"Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına əsasən, 10 nəfərdən artıq şəxsin parklarda, bulvarlarda toplaşmasına qadağa qoyulub. Ancaq vətəndaşlarımız yenə də bulvara üz tuturlar. Buna görə də Bulvar İdarəsi ərazidə fəaliyyət göstərən iaşə obyektlərinin, attraksionların və parklanm

28 mart 2020

Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın prezidenti Rik Daemsə məktub göndərib. xəbər verir ki, AŞPA məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamay

28 mart 2020

Rusiya koronavirusun dərmanını tapdı - ŞOK AÇIQLAMA

Rusiya bütün dünyaya koronavirusun dərmanını tapdığı bəyan etdi. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Federal Bio Tibbi Agentliyi bütün dünyada pandemiya kimi qəbul olunan koronavirusu (COVİD19) müalicə edəcək dərmanı tapdığını bildirib. Bu, malyariyaya qarşı istifadə olunan "Mefloxin"

28 mart 2020

Koronavirus xəstələri sabahdan "Yeni klinika"ya köçürüləcək

"Müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar". bildirir ki, bu barədə "Yeni klinika"nın açılışında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlət başçısına burada yaradılan şərait barədə məlumat verərkə

28 mart 2020

İlham Əliyev "Yeni klinika" tibb müəssisəsinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayraml

28 mart 2020

"Karantin rejiminin sərtləşdiriməsini mövcud vəziyyət tələb edir"-Deputat

Xəbər verdiyim kimi Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən karantin rejim sərtləşdirilib. Bununla bağlı -a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, karantin rejiminin sərtləşdiriməsini mövcud vəziyyət tələb edir: "Ötən gün ərzində 43 nəfər koronovirusa yoluxmuş yen

28 mart 2020