Millət vəkili: "Yanacaq və digər enerji daşıyıcılarının qiymətləri ilə bağlı çıxışlar populist xarakterlidir"

Millət vəkili: "Yanacaq və digər enerji daşıyıcılarının qiymətləri ilə bağlı çıxışlar populist xarakterlidir"Koronavirus infeksiyasının yayıldığı bu günlərdə bəzi ekspertlər təbii qazın, benzinin qiymətlərinin aşağı salınmasını təklif edir. Lakin əksər ekspertlər hesab edir ki, havaların isinməsi ilə qaz sərfiyyatı azalır və tarifin aşağı salınması əhalinin büdcəsinə böyük təsir göstərməyəcək.

Bundan başqa, xüsusi karantin rejimi dövründə bəzi işlərin evdən görüldüyü, əksər insanların evdə olduğu nəzərə alınsa, ölkədə benzin sərfiyyatının da kəskin azaldığı müşahidə olunar. Benzinin tarifində də hər hansı endirim tətbiq olunması əhalinin xərclərinə təsir etməyəcək. Yəni koronavirus infeksiyasının yayıldığı bir vaxtda bu məsələlərin iqtisadi əsası yoxdur.

Milli Məclisin deputatı Aydın Hüseynov da bildirib ki, indiki halda yanacağın və digər enerji daşıyıcılarının qiymətləri və bu kimi əsaslandırılmayan çıxışlar sadəcə olaraq populist xarakter daşıyır: "İndiki halda bəzi ekspertlər populist fikirlər səsləndirir. Bu kimi çıxışların əksəriyyətinin iqtisadi əsaslandırılması yoxdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fundamental qabaqlayıcı tədbirlər həyata keçirilir. Hökumət tərəfindən də bu addımlar ardıcıl şəkildə həyata keçirilir. Görülən işləri və tədbirləri çox qənaətbəxş hesab edirəm".

Onun sözlərinə görə, artıq Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa tapşırığı ilə ölkə iqtisadiyyatını təhdid edəcək amillərin qarşısının alınması üçün kompleks tədbirlər planı həyata keçirilir: "Eyni zamanda, dövlət başçısının tapşırığı ilə Koronavirusla Mürarizəyə Dəstək Fondu yaradılıb".

Millət vəkili deyir ki, bütün bu addımların hamısı onu göstərir ki, ölkədə iqtisadiyyatın tənzimlənməsi istiqamətində fundamental işlər görülür: "Sahibkarlara hansı zərərlərin dəyə biləcəyi və onların kompensasiya edilməsi ilə bağlı qabaqlayıcı addımlar həyata keçirilir. Bütövlükdə iqtisadiyyata təsir edə biləcək bütün amillər elmi şəkildə bütün sahələr üzrə araşdırılıb, hesablanıb. Bu gün bütün bu tədbirlər həyata keçirilir".

O bir daha qeyd edib ki, dövlət büdcəsindən Prezident İlham Əliyevin tapşırığı ilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb: "Hesab edirəm ki, ölkə başçısının rəhbərliyi ilə dövlət tərəfindən görülən işlər yüksək səviyyədədir. Hesab edirəm ki, bu gün əsaslandırılmayan populist fikirlər yox, "Evdə qal" fikirini əməl etmək və aşılamaq daha yerinə düşər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5211   Tarix: 28 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi

"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm

23 aprel