Koronavirusa görə pul qazana bilməyənlərə kommunal ödənişlərlə bağlı sevindirici XƏBƏR

Koronavirusa görə pul qazana bilməyənlərə kommunal ödənişlərlə bağlı sevindirici XƏBƏRSon günlər sosial şəbəkələrdə kommunal ödənişlərdə güzəşt məsələsi müzakirə olunur.

Buna səbəb koronavirus infeksiyasına yoluxmaq təhlükəsi qarşısında evdən çıxmayan vətəndaşların qaz, elektrik enerjisi, sudan daha çox istifadə etməsidir. Belə olan halda vətəndaşların bu istiqamətdə xərcləri artır.

Digər tərəfdən bəzi vətəndaşların iş yerlərinin bağlanması və ödəniş etməkdə yaranan çətinlik məsələnin müzakirəsini xeyli dərəcədə aktuallaşdırır.

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Kommunal xərclərdə dövlətin dəstəyi olsa, yaxşı olar. İş yerləri bağlanır, bəziləri işdən çıxarılır, işləri dayanır, maaş ala bilmirlər, ona görə də belə bir şey olsa, çox yaxşı olar. Kommunal ödənişlər azalsa və ya bir neçə aylıq tələb olunmasa, daha yaxşı olar".

Sakin: "Əgər insanların evdə oturması tələb olunursa, dövlətin bu məsələdə dəstək verməsi çox yaxşı olardı. Karantin müddəti bitənə qədər güzəştlər edilsə, daha yaxşı olar".

Millət vəkilləri indiki vəziyyətdə vətəndaşların xərclərini yüngülləşdirməkdən ötrü hökumətin hazırladığı tədbirlər paketində kommunal ödənişlərdə güzəşt məsələsini zəruri hesab edirlər.

Fazil Mustafa – Milli Məclisin deputatı: "Mütləq kommunal güzəştlər olmalıdır. Adam işləyə bilmir, işləyə bilmirsə, güzəştli yanaşmaq lazımdır. Çünki vətəndaşın gəliri artıq əvvəlki səviyədə deyil. Ona görə də burada mütləq hərtərəfli hamı bir-birinə anlayış göstərərək müəyyən güzəştlərə nail olmaq vacibdir.

Koronavirusla mübarizə çərçivəsində insanlara evdə qalmaq tövsiyə edilir. O zaman kommunal xərclərdə güzəştə getmək əhali üçün sevidirici olar".

Fazil Mustafa – Milli Məclisin deputatı: "Vətəndaş əgər işləmirsə, bu xərcləri necə ödəsin? İşləyəndə bu pul çıxır, çıxmayandan sonra neyləsin? Müəyyən dərəcədə ödəniş məsələsində güzəştlər edilməsi nəzərdə tutula bilər. Bunu da bir sosial paket formasında hazırlayıb ortaya qoymaq lazımdır. Bu, vəziyyəti bir az yüngülləşdirə bilər. Bunlar hamısı müvəqqəti xarakter daşıyır. Çünki vəziyyət düzələndən sonra təzədən bərpa etmək olar".

Hikmət Babaoğlu – Milli Məclisin deputatı: "Problemi hökumətin diqqətinə təqdim etmək lazımdır ki, bununla bağlı dərhal qərarlar qəbul etsin. Çünki nəticədə söhbət bizim milli təhlükəsizliyimizdən gedir. Hər hansı bir kommunal ödənişin 1 gün və ya 5 gün gec ödənməsi böyük bir faciə deyil".

Qeyd edək ki, əhaliyə güzəştlərlə bağlı məsələ hələ ki, işçi qrupunun müzakirəsindədir. Aprelin əvvəlində bu təkliflər tam şəkildə açıqlanacaq.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 18191   Tarix: 29 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bakı metrosunda sıxlıq yaranması ilə bağlı RƏSMİ AÇIQLAMA

"Bu gün səhər saatlarında əvvəlki günlərlə müqayisədə sıxlıq bir neçə dəfə azdır".. . Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev ATV-nin canlı efirində məlumat verib.. . O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən Bak

29 mart

Azərbaycanda xüsusi karantin rejimi - Bu qadağalar qüvvəyə mindi

Xüsusi karantin qaydalarına əsasən rayonlararası və şəhərlərarası bir sıra nəqliyyat vasitələrinin hərəkəti bu gündən tam məhdudlaşdırıldı.. . Sonxeber.az ATV-yə istinadla xəbər verir ki, iaşə obyektlərinin də fəaliyyəti dayandırılacaq. Bir çox insanı məhz bu sual düşündürür.. . Hansı iaşə obyektlər

29 mart

Azərbaycanda bir neçə günə yeni sosial paket təsdiqlənəcək - ŞAD XƏBƏR

KORONAVİRUS - CANLI STATİSTİKA. . Azərbaycanda bir neçə günə yeni sosial paket təsdiqlənəcək - ŞAD XƏBƏR. Azərbaycanda bir neçə günə yeni sosial paket təsdiqlənəcək - . 23:2028 Mart 2020 404 İqtisadiyyat Elvin NüsrətA-A+. Paylaş Tweet Whatsapp. Yeni tip koronavirus (Covid-19) pandemiyasının yaratdığ

28 mart

Bakıda koronavirus xəstəsinin öldüyü xəstəxanadan GÖRÜNTÜLƏR

Bu gün Azərbaycanda daha bir nəfər koronavirus infeksiyasından vəfat edib.. . Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.. . AZTV 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının öldüyü xəstəxanada çəkiliş aparıb.. . Qeyd edək ki, xəstə ağır gedişli iki tərəfl

28 mart

Prezidentin həkimlərlə bağlı dəstək mesajı "Alov Qüllələri"ndə - VİDEO

Müasir Bakının simvoluna çevrilən "Alov Qüllələri"ndə Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" fikri, "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal, Azərbaycan!" şüarları əks olunub.. . Oxu.Az xəbər verir ki, bu təşəbbüs Prezident İlham Əliyev martı

28 mart

Polşadan ölkəyə gətirilən azərbaycanlı tələbə deputat İqbal Məmmədova təşəkkür edib

Polşadan çarter reyisi ilə Azərbaycana gətirilən tələbə Lalə Zeynalova deputat İqbal Məmmədova təşəkkür edib. . . Sonxeber.az-a danışan Lalə Zeynalova bildirib ki, dünən Polşadan gələn Azərbaycanlılar Lerikdə yerləşən Relax istirahət mərkəzində karantindədir. Eləcə də mən.Dünən Varşavadan Lənkarana xüsus

28 mart

102 il əvvəl virusdan xilas olan qoca ETİRAF ETDİ

1918-ci ildə meydana gələn və 500 milyon insanı yoluxduran qrip virusundan sağalan 102 və 107 yaşlı iki qoca koronavirusa qarşı tövsiyyələr verib.. . Sonxeber.az ''Ölkə.Az''-a istinadən xəbər verir ki, 1918-ci ilin yanvar ayında meydana gələn qrip virusu 18 ay müddətində 500 milyo

28 mart

Azərbaycanda daha 17 yeni koronavirusa yoluxma qeydə alınıb, 1 nəfər ölüb

Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. . . Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.. . 1951-ci il təvəllüdl

28 mart

Bu ölkə koronavirusla mübarizədən İMTİNA ETDİ - Ölənlərin sayı artır

İsveç hökuməti ölkədə koronavirusa yoluxmuş şəxslərin sayının artmağına baxmayaraq, sərt karantin rejimi tətbiq etmək fikrində deyil. Ölkənin baş epidemioloqu Anders Teqnell qərara gəlib ki, isveçlilərdə virusa qarşı "kollektiv immunitet"in yaranmağı üçün ölkə əhalisi koronavirusa yoluxmalıdır.

28 mart