Fransada təhsil alan azərbaycanlı tələbə: "Bayıra çıxanda icazə kağızı almalıyıq"

Fransada təhsil alan azərbaycanlı tələbə: "Bayıra çıxanda icazə kağızı almalıyıq""Bildiyiniz kimi, Fransa koronavirus baxımından qırmızı zonadadır. Evdən bayıra çıxmaq haqqımız yoxdur. Yalnız qısa müddətə səbəb göstərməklə bayıra çıxa bilərik. İndi maksimum bir saatlığa çıxmaq olar. Yaşayış yerindən maksimum bir km məsafəyə kimi getmək mümkündür. Bayıra çıxanda da yazılı icazə kağızı almalıyıq. Orada tarix, saat və imza göstərilməlidir. Açığı, mən 16 gündür ki, evdəyəm. Ancaq divarlar "üstümə gəldiyindən", bu müddətdə cəmi bir saatlığa evdən çıxmışam".

Bunu Oxu.Az-a Parisdə "Xəzər Araşdırma Mərkəzi"nin (Caspian Research Center) prezidenti, Fransanın Sorbon Universitetinin tələbəsi Adelya Naibova deyib. O, koronavirus səbəbindən Fransada olan durumu çatdırıb:

"Fransada ailəmlə – anam, atam, bacım və qardaşımla bir evdə yaşayıram. Yalnız valideynlərim evə ərzaq almaq üçün bayıra çıxır. Onda da böyük miqdarda ərzaq almağa çalışırlar ki, tez-tez bayıra çıxmalı olmasınlar. Nənəm də Parisdə yaşayır. Onun öz evi var. Koronavirus geniş yayıldıqdan sonra ona evdən çıxmamağı tapşırmışıq. Amma anam bir neçə gündən bir ona bazarlıq alıb aparır. Dərslərimizi evdən distant üsulla keçirik. İnternetin sayəsində işlərimizi rahatlıqla apara bilirik. Evdə otursaq da, xalq arasında həmrəylik hiss edirəm. Hər axşam saat 8-də bütün qonşular balkonlara çıxıb tibb işçilərini alqışlayır. Hamımız bir-birimizə uzaqdan da olsa, dəstək olmağa çalışırıq".

O bildirib ki, hazırda Fransada Azərbaycandan heç kim koronavirus səbəbindən dünyasını dəyişməyib:

"Mənim kimi Fransa vətəndaşlığı olan və ya oturum izni almış azərbaycanlılar da evdə qalmağa üstünlük verir. Amma burada oxuyan Azərbaycan vətəndaşı olan tələbələr Fransadakı səfirliyimizə müraciət edərək Bakıya aparacaq təyyarə təyin olunmasını gözləyirlər. 30 nəfərə yaxın türkəsilli insan Fransada koronavirus səbəbindən həyatını itirib. Şükür Allaha, hələ ki heç bir azərbaycanlı dünyasını dəyişməyib. Bildiyiniz kimi, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5388   Tarix: 29 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021