Bərdədə baş verən qətl hadisəsi ilə bağlı Dövlət Komitəsindən AÇIQLAMA
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır".
Bu barədə Oxu.Az-a Komitədən məlumat verilib.
Məlumatda qeyd edilir ki, kütləvi informasiya vasitələrində 26 mart 2020-ci il tarixində Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında Bərdə rayon sakini İsmət Zamanovun həyat yoldaşı Zülfiyyə Zamanovanı qətlə yetirməsi və bundan sonra Bərdə Rayon Polis Şöbəsinə təslim olması barədə məlumat öz əksini tapıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Bərdə rayon İcra Hakimiyyəti yanında "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu" ilə birgə təcili toplanaraq baş vermiş hadisənin dərhal araşdırılması, ailənin azyaşlı uşaqlarının bundan sonrakı taleyinin müəyyənləşdirilməsi məqsədilə müvafiq addımların atılması istiqamətində müzakirə aparıb.
Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) direktoru Yaqut Qəhrəmanova, Mərkəzin psixoloqu Ceyran Əhmədova və Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon İcra Hakimiyyəti yanında "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu"nun rəhbəri Fəqət Şadlinskayanın iştirakı ilə ailəyə baş çəkilərək, ailənin psixo-sosial vəziyyəti qiymətləndirilib, uşaqların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərə alınıb: "Qətli törədən İsmət Zamanov barəsində həbs edilməklə cinayət işi başlanıb. Uşaqlar hazırda müvəqqəti olaraq nənə və babanın himayəsinə verilib. Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı əməkdaşları azyaşlı körpələrin qəyyumluğuna dair məsələlərin həlli üzrə işə cəlb edilib. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq yerli icra hakimiyyətinin monitorinq qrupu birgə fəaliyyətlərini davam etdirəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha cəmiyyətdə baş verən zorakılıq hallarını təəssüf hissi ilə qeyd edərək, bu hadisələrin qarşısının alınması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırır".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 4696 Tarix: 29 mart 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Arıqlamaq istəyənlər bu xəbəri oxusun!
Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl
10 iyun 2020Koronavirus hansı xəstəliklərlə paralel daha təhlükəli ola bilər? - AÇIQLAMA
"Xüsusilə kordioloji, böyrək problemləri olan insanlar diqqətli olsunlar".. . Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Siyasəti və İslahatlar Şöbəsinin müdir müavini Nabil Seyidov ATV-nin canlı efirində çıxışı zamanı deyib
29 mart 2020Koronavirus Azərbaycanda ərzaq qıtlığı yaratmayacaq
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejiminin müddətinin uzadılması halında ölkənin ərzaq məhsulları ilə təminatında problem yaranacağı ilə bağlı yayılan iddialara cavab verib.. . Qurumun mövqeyini "Report"a nazir müavin
29 mart 2020"Karantin qaydalarına riayət edən sərnişinlərə təşəkkür edirik" - RƏY
Xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metro stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) daha 5 xüsusi ekspres marşrut xətti təşkil edib. Agentlikdən verilən məlumatda bildirilib ki, ilk növbədə, məqsəd həyat fəaliyyətinin təmi
29 mart 2020"Astara Çay" KMDF-yə könüllü ianə edib
"Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Astara Çay"
29 mart 2020Ekspert: "Metronu əvəz edəcək avtobus şəbəkəsinin yaradılması doğru addımdır"
Koronavirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda insanları ehtiyac olmadıqca evdən çıxmamağa çağıran Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən etibarən xüsusi karantin rejimini sərtləşdirib.. . Mövcud vəziyyətdə metrodan istifadənin infeksiyanın yayılması baxımından təhlükəli olduğun
29 mart 2020Azərbaycanın bu ərazisində koronavirus yoxdur - RƏSMİ AÇIQLAMA
Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb. Metbuat.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn İsgəndərov bildirib.. . H.İsgəndərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığında
29 mart 2020