"Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiayaların virus təhlükəsi ortadan qaldırılana qədər dayandırılması zəruridir"-RƏY

"Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiayaların virus təhlükəsi ortadan qaldırılana qədər dayandırılması zəruridir"-RƏYBMT-nin baş katibi Amerika Birləşmiş Ştatlarına müraciət edərək müxtəlif dövlətlərə qarşı sanksiya rejimini dayandırmağa çağırıb. Çünki dünyada təhlükəli koronavirus tüğyan edir və sanksiyalarla üzləşən bir neçə dövlət qadağalar səbəbindən insanlarını xilas etməkdə çətinlik çəkirlər. ABŞ hazırda bir neçə dövlətə qarşı, o cümlədən Kuba, Venesuella, Şimali Koreya, Rusiya və İrana qarşı sanskyalar tətbiq edir.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib. Politoloq bildirib ki, Kubada səhiyyə yüksək səviyyədədir :

"Digər tərəfdən koronavirus Kubada hələ ki, geniş yayılmayıb. Venesuellada da ağır iqtisadi durumdadır. Amerika Venesuelaya qarşı sanksiyalar tətbiq edir və bu ölkənin prezidenti Nikolas Maduronu axtarışa verib. Hələ ki, Venesuelada virus geniş yayılmayıb. Ancaq əgər virus Venesuelaya yol taparsa, bu ölkə indikindən daha ağır vəziyyətə sürüklənəcək. Şimali Koreya qapalı ölkədir və burada virus barədə səhih məlumat yoxdur. Ancaq müxtəlif mənbələrdən gələn məlumatlara görə, Şimali Koreya da beynəlxalq aləmdən kömək gözləyir. Sanksiyalar Rusiyanın səhiyyəsinə təsir etməyib. Buna görə də Rusiya mövcud sanskiya rejimində də virusla mübarizəni aparmağa qadirdir. Ən mürəkkəb vəziyyət İrandadır.
İran dünyanın aparıcı neft ölkələrindən biri sayılsa da, hazırda iki böyük çətinliklə üzləşib. Birincisi, neftin qiyməti xeyli aşağı düşüb və ölkənin gəliri azalıb. İkincisi, İran Amerikanın sanksiyalarına görə ucuzlaşmış neftini də satmaq üçün bazarlar tapmaqda çətinlik çəkir. Bunların üstünə İranda koronavirusun geniş yayılmasını da əlavə etsək, qonşu dövlətin hansı ağır durumla üzləşdiyi bəlli olar.

Çindən sonra virus İranı vurdu. Virusun İranda yayılmasının mənbəyi Qum şəhəri oldu. Tehranın səhvi virus yayılan günlərdə Qum şəhərini karantin altına almaması idi. Rəsmi Tehran bununla bağlı Ankaranın çağırışını qulaqardına vurdu. Halbuki, Türkiyənin səhiyyə naziri iranlı həmkarı ilə telefon danışığında Qum şəhərini vaxt itirmədən karantin altına alınmasını rica etmişdi. Tehran nəinki Qumu karantin altına aldı, eyni zamanda İranda geniş qeyd edilən Novruz bayramı günlərində milyonlarla insanın bayramlaşmasına və ölkə ərazisində daxili yerdəyişmələrinin qarşısını almadı. Bunun nəticəsidir ki, hər gün İranda yüzlərlə insan həlak olur.
Tehran vəziyyətin nəzarədən çıxdığını anladıqdan sonra karantin tədbirlərini ciddiləşdirdi. Ancaq hələ ki, virusun miqyasını azaltmaq müvəffəq olmayıb. Eyni səhvi İtaliya da etdi. İtaliya da ilk günlər virusun yayılmasına diqqət etmədi və nəticədə bu gün koronavirusdan ölən ən çox insan İtaliyada qeydə alınıb. Ancaq İrandan fərqli olaraq İtaliyaya qarşı hər hansı dövlət sanksiya tətbiq etmir və Roma virusla mübarizədə müxtəlif dövlətlərin maddi və tibbi dəstəyinə ümid edə bilər. Eyni sözləri İran haqqında demək mümkün deyil".

Politoloq bildirib ki, İran rəsmiləri açıq etiraf edirlər ki, Amerikanın sanksiyalarına görə aşağıdakılardan məhrumdurlar:

"Birincisi, sanksiyalara görə İran koronavirusla mübarizədə gərəkən maliyyəyə malik deyil. Amerika İranın öz mallarını ixrac etmə imkanlarını məhdudlaşdırıb. ABŞ sanksiyalarına görə İrana yatırım edən ölkələrin və şirkətlərin sayı xeyli azdır. Bu səbəbdən İran iqtisadiyyatında tənəzzül içərisindədir.
İkincisi, ABŞ sanksiyaları İrana gərəkli dərman və tibbi ləvazimatlar almağa mane olur. Məsələ burasındadır ki, Amerika sanksiyaları İranın bank sektorunu iflic edib. Bank sektoru başqa ölkələrə pul köçürə bilmirsə, xarici ölkələrdən dərman və tibbi avadanlıqlar almaq mümkün deyil. ABŞ sanksiyalarından çəkinən Avropanın aparıcı dərman və tibbi avadanlıqlar istehsal edən şirkətləri İrana öz məhsullarını satmaqdan ehtiyat edirlər.

Belə vəziyyətdə ABŞ sanksiayalarının müvəqqəti dayandırılmasına – moratoriuma ciddi ehtiyac var. Onzus da İranın bu gün nüvə texnologiyası ilə məşğul olmağa nə həvəsi, nə də maliyyəsi var. Amerikanı İranın siyasəti ilə bağlı başqa məsələ də narahat edir. İran bölgədəki müxtəlif silahlı qruplara maliyyə və hərbi dəstək verir. Bu gün Tehran üçün əsas məsələ öz vətəndaşlarını gözəgörünməz düşməndən qorumaqdır. Ona görə də əgər Tehran ətrafdakı silahlı qruplara dəstəyi dayandıracağına dair beynəlxalq aləmə ciddi siqnal göndərsə, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci arqumenti də zəifləmiş olacaq.

Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiayaların virus təhlükəsi ortadan qaldırılana qədər dayandırılması zəruridir. Vaşinqtonun virus təhlükəsi ortadan qaldırıldıqdan sonra sanskiya rejiminə yenidən qayıtması aktuallaşa bilər. Halbuki, virus bəşəriyyətə və bir-biri ilə mübarizə aparan dövlətlərə sübut etdi ki, dünyada müharibələrdən, silahlı qruplara dəstəkdən və nüvə çalışmalarından daha vacib mövzu – dünyanı və insanlığı gözəgörünməz düşməndən xilas etmək üçün əməkdaşlığa və yardımlaşmaya ehtiyac var".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1178   Tarix: 30 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel