Avropa Komissiyası Azərbaycana yardım paketi ayırdı

Avropa Komissiyası Azərbaycana yardım paketi ayırdıAvropa Komissiyası (AK) koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla "Şərq Tərəfdaşlığı" ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.

Qurumdan verilən məlumata görə, Avropa Komissiyası həmçinin təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır.

Avropa İttifaqının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Vareli bildirib ki, hazırda həm Aİ, həm də tərəfdaş ölkələr üçün çox ağır bir dövrdür: "Biz COVID-19 virusunun insanların həyatı və gəlir mənbələrinə ağır fəsadlarının aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik. Biz həm səhiyyə sistemlərinin təcili diqqət tələb edən ehtiyaclarına, eləcə də cəmiyyətin ən həssas qruplarının və altı ölkədə iqtisadiyyatın dayağı hesab olunan kiçik və orta sahibkarlığın uzunmüddətli ehtiyaclarına cavab veririk".

Tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın müraciətlərinə əsasən Avropa Komissiyası, süni tənəffüs aparatları, laboratoriya avadanlığı, tibbi maskalar, tibbi eynəklər və xüsusi tibbi geyimlər kimi tibbi cihazlar və şəxsi vasitələr təmin etməklə həmin ölkələrin təcili diqqət tələb edən ehtiyaclarına cavab verməyi nəzərdə tutur.

Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə çalışır və adıçəkilən zəruri ləvazimatların birlikdə və səmərəli şəkildə alınması və qarşıdakı həftələrdə altı ölkənin səhiyyə sistemlərinə paylanması məqsədilə 30 milyon avro ayırıb. Bu vəsaitlər həm də tibb müəssisələri və laboratoriyaların işçi heyətinə təlimlərin keçirilməsi və daha böyük əhali kütləsi üçün maarifləndirmə işlərinin aparılması istiqamətində yerli səhiyyə qurumlarını dəstəkləyəcək.

Avropa Komissiyası vətəndaş cəmiyyəti təşkilatlarına kiçik qrantlar şəklində 11,3 milyon avrodan artıq vəsait ayırmışdır. Sözügedən vəsaitlər "Sürətli cavab mexanizmi" kimi hazırda davam edən regional proqram vasitəsilə bu ölkələrdə distant təhsilin inkişafına dəstək verərək ilkin ehtiyacları qarşılamaqdadır. Avropa Komissiyası, yay fəslinə qədər sözügedən dəstək paketi çərçivəsində vətəndaş cəmiyyətinə, xüsusilə daha kiçik yerli təşkilatları subqrantlar vasitəsilə dəstəkləməklə əhalinin ən çox zərər çəkmiş hissələrinə yönəlmiş "Şərq Tərəfdaşlığı Həmrəylik Proqramı"nın icrasına başlamağı nəzərdə tutur.

Avropa İttifaqı, "TEAM EUROPE" kimi Aİ-yə üzv dövlətlərdə fəaliyyət göstərən beynəlxalq maliyyə qurumları (BMQ-lər) və müvafiq maliyyə institutları ilə sıx əməkdaşlıq edərək KOM-lar daxil olmaqla, real iqtisadiyyata Avropanın əlaqələndirilmiş dəstəyini təmin edir və buraya aşağıdakı vasitələr daxildir:

- Özünüməşğul və digər şəxslər daxil olmaqla, KOM-ların kreditlərə asan çıxış imkanına kömək və böhrandan sonra onların bizneslərinin inkişafına şərait yaratmaq üçün 100 milyon avro dəyərində yeni dəstək proqramının icrası;

- EU4Business təşəbbüsü və digər vasitələrlə KOM-lar üçün nəzərdə tutulmuş 200 milyon avro dəyərində olan və yerli valyutalarla ödənilən mövcud kredit xətlərinin və qrantların asanlaşdırılması, sadələşdirilməsi, sürətləndirilməsi və gücləndirilməsi;

Bundan əlavə, cari böhran vəziyyətində Aİ risklərin idarə edilməsi üzrə 500 milyon avro həcmində əsas vasitəsi olan Avropa Dayanıqlı İnkişaf Fondunu (EFSD) səfərbər edib. Bu yolla dərhal likvidlik təmin olunacaq və BMQ-lar təcili şəkildə ondan istifadə edərək Aİ-nın qonşuluğunda dövriyyə kapitalı, maliyyə ticarəti, habelə borc xidməti üzrə moratorium və digər yollarla likvidliyi təşviq edəcək.

Avropa Komissiyası həmçinin fövqəladə hallar zamanı fəsadların aradan qaldırılmasına hazırlıq planlarının və səhiyyə sistemlərinin qiymətləndirilməsinə dair Aİ-yə üzv dövlətlərin təcrübəsindən və qabaqcıl təcrübələrdən istifadə edərək özünün qarşılıqlı əməkdaşlıq aləti olan TAIEX vasitəsilə də Aİ ilə Azərbaycanlı ekspertlər arasında ən yaxşı təcrübə mübadiləsinin aparılmasına yardım etməyə hazırdır.

COVID-19 virusunun kütləvi şəkildə yayılması həm Avropa İttifaqı daxilində, həm də xaricində yerləşən mənbələrdən bu virus haqqında çoxlu sayda mif və dezinformasiyaların yayılmasını sürətləndirib. (report)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1480   Tarix: 30 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021