Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olundu

Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olunduKoronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:

Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);
İstirahət və əyləncə məkanları üzrə xidmətlər;
Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;
Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);
Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;
Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);
İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
Fərdi mənzillərdə təmizlik xidmətləri;
Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).
Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:
1.Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.

2.Səhiyyə və sosial sahə üzrə:
•Elmi-tədqiqat və laborator xidmətləri
•Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər
•Baytarlıq xidmətləri
•Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı
•Sosial xidmətlər
•Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti

3.İnfrastruktur sahəsi üzrə:
•Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)
•Elektrik enerjisinin istehsalı və təchizatı
•Su təchizatı və meliorasiya
•Telekommunikasiya və rabitə xidmətləri

4.Nəqliyyat və logistika sahəsi üzrə:
•Hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları
•Dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri
•Logistika xidmətləri
•İctimai nəqliyyat və taksi xidmətləri

5.Əsas istehsalat növləri:
•Müdafiə sənayesi məhsullarının istehsalı
•Neft avadanlıqları və qurğularının istehsalı
•Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı
•Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı
•Kimyəvi məhsulların istehsalı
•Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti
•Əkinçilik və məhsul yığımı
•Neft və qazın hasilatı, emalı, saxlanması və satışı
•Neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi
•Metallurgiya sənayesi üzrə fəaliyyət
•Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri
•Mühəndislik və layihələndirmə xidmətləri
•Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri
•Qablaşdırma məhsullarının istehsalı
•Daş, metal və taxta məhsullarının istehsalı
•Mebel istehsalı və təmiri
•Diri heyvanların kəsimi

6.Pərakəndə və topdan satış üzrə:
•Ərzaq məhsullarının satış məntəqələri
•Apteklər
•Yanacaqdoldurma məntəqələri
•Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri
•Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri

7.Məişət xidmətləri üzrə
•Məişət tullantılarının yığılması və utilizasiyası
•Poçt xidmətləri
•Kimyəvi təmizləmə
•Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi
•Avtomobillərin təmiri
•Avtomobil yuyulma məntəqələri
•Tərcümə xidmətləri
•Heyvan sığınacaqları
•Dizayn xidmətləri

8.Kütləvi informasiya vasitələri

9.Maliyyə təşkilatları üzrə
•Banklar və valyuta mübadiləsi məntəqələri
•Sığorta təşkilatları
•Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar

10.Xüsusi xidmət növləri üzrə
•Çatdırılma xidmətləri
•Məişət avadanlıqlarının təmiri
•Dezinfeksiya xidmətləri

Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir.
Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir.
COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 16309   Tarix: 30 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Susuzluğun yaratdığı XƏSTƏLİKLƏR

Su içmək insan sağlamlığı çox vacibdir. Bədəndə maye itkisi yaranarsa, bu çox ciddi fəsadlar törədə bilər. Yorğunluq, halsızlıq, iştahasızlıq kimi adi görülən problemlərin səbəbi məhz kifayət qədər su içməməklə əlaqəli ola bilər.. . Sonxeber.az medicina.az-a istinadən bildirir ki, insan orqanizmi gündəli

30 mart

Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!

Stanford Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Maykl Levitt koronavirus pandemiyasının sona çatacağını proqnozlaşdırır.. . Bu barədə "Los Angeles Times"da nəşr olunan məqalədə məlumat öz əksini tapıb.. . Məqalədə qeyd olunur ki, Levitt Çində vəziyyətin inkişafını, ölk

30 mart

Evdə 42 kilometr qaçdı

Marafon həvəskarı Tim Franklin evi tərk etmədən də məşq etməyin mümkün olduğunu əyani şəkildə sübuta yetirib.. . "Daily Mail" xəbər verir ki, hazırda Avstraliyada koronavirus pandemiyası səbəbindən insanların evlərini tərk etməsi tövsiyə edilmir.. . Tim Franklin formasını saxlamaq məqsədil

30 mart

65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü

ABŞ-ın Çikaqo şəhərində 65 il evli olan cütlük koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.. . Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onların nəvəsi öz tvitter mikrobloqunda məlumat yayıb.. . Stiven Neşin sözlərinə görə, nənə-babası eyni gün bir neçə saat fərqi ilə vəfa

30 mart

Koronavirus xəstələri hərbi təyyarələrlə daşınır - Səhiyyə sistemi ÇÖKDÜ

İtaliya koronavirus xəstələrini müalicə üçün Almaniyaya göndərir.. . Xəstələrin daşınması İtaliya hökumətinin xahişi ilə Almaniyanın hərbi hava qüvvələri tərəfindən həyata keçirilir. Məlumata görə, yüzlərlə xəstə artıq Almaniyaya göndərilib. Onlar Bohum və Bonn xəstəxanalarına yerləşdirilib.. . Qey

30 mart

İmmunitetimizi necə güclü saxlayaq?

Son günlər koronavirus infeksiyasına qalib gəlmək üçün immunitetin yüksək saxlanması məsləhət görülür. Çünki o bizi bir çox xəstəliklərdən qoruyur, viruslarla mübarizə aparmağımıza kömək edir. Bəs görəsən, immuniteti yüksək tutan amillər və qidalar nələrdir?. . Axşam.az xarici KİV-ə istinadən immun sistemin

30 mart

Diabetin müalicəsində yeni üsul təklif olundu

Şanxay Biokimya və Hüceyrə biologiyası institutunun alimləri kök hüceyrələrindən mədəaltı vəzinin kiçik seqmentlərini (Langerhans adacıqları) yetişdiriblər. Mütəxəssislərin fikrincə, bu, diabetin müalicəsində irəliyə doğru atılmış mühüm addımdır.. . Redaktor.az bildirilir ki, kök hüceyrələri yetkin siçanları

30 mart

Koronavirus 25 milyon insanı işsiz qoyacaq - ŞOK PROQNOZ

Koronavirus pandemiyası dünyanın səhiyyə sistemi ilə yanaşı, iqtisadi, sosial sahələrdə də çatışmazlıqları və ehtimal olunan böhranı üzə çıxarıb.. . Sonxeber.az Publika.az -a istinadən xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (İLO) "COVID-19 və İş Həyatı: Təsir və Cavablar" adlı ilkin qiymətləndirm

30 mart

​Azərbaycan Seysmoloqlar Assosiasiyası İB Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edib

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" 19 mart 2020-ci il tarixli Fərmanına uyğun olaraq yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondun

30 mart