Azərbaycanlılara qarşı soyqırımından 102 il ötür

Azərbaycanlılara qarşı soyqırımından 102 il ötürErməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümüdür.

Sonxeber.az-ın xəbərinə görə, soyqırımından 102 il ötür.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 575   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər bu xəbəri oxusun!

Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl

10 iyun

Yeni karantin qaydaları bu gecədən qüvvəyə mindi – FOTO

Koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib.. . Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.. . Bildirilib ki, tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində

31 mart

Susuzluğun yaratdığı XƏSTƏLİKLƏR

Su içmək insan sağlamlığı çox vacibdir. Bədəndə maye itkisi yaranarsa, bu çox ciddi fəsadlar törədə bilər. Yorğunluq, halsızlıq, iştahasızlıq kimi adi görülən problemlərin səbəbi məhz kifayət qədər su içməməklə əlaqəli ola bilər.. . Sonxeber.az medicina.az-a istinadən bildirir ki, insan orqanizmi gündəli

30 mart

Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!

Stanford Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Maykl Levitt koronavirus pandemiyasının sona çatacağını proqnozlaşdırır.. . Bu barədə "Los Angeles Times"da nəşr olunan məqalədə məlumat öz əksini tapıb.. . Məqalədə qeyd olunur ki, Levitt Çində vəziyyətin inkişafını, ölk

30 mart

Bakıda kişi qadın paltarı geyinib oğurluq etmək istədi - FOTO

Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşüb.. . Axşam.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi 4-cü Dağlıq küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən Esmira Məmmədovaya məxsus mağazadan oğurluğa cəhd olub. Oğurluq etmək istəyə

30 mart

Maskasız evdən çıxanlar cərimələnəcək? - AÇIQLAMA

Sumqayıt şəhərində polislər tərəfindən vətəndaşlara sabahdan evdən maskasız çıxan hər kəsin cərimələnəcəyi deyilib. . . Sonxeber.az xəbər verir ki, bu barədə şəhərin müxtəlif istiqamətlərində insanlara yaxınlaşan polis əməkdaşları məlumat verib. . . Cərimə tətbiqi ilə bağlı məsələyə aydınlıq gətirmə

30 mart

Evdə 42 kilometr qaçdı

Marafon həvəskarı Tim Franklin evi tərk etmədən də məşq etməyin mümkün olduğunu əyani şəkildə sübuta yetirib.. . "Daily Mail" xəbər verir ki, hazırda Avstraliyada koronavirus pandemiyası səbəbindən insanların evlərini tərk etməsi tövsiyə edilmir.. . Tim Franklin formasını saxlamaq məqsədil

30 mart

Mikayıl Cabbarov: "Koronavirusun 11 fəaliyyət istiqamətinə təsirini 100% müəyyənləşdirmişik"

İqtisadiyyat Nazirliyi və Azərbaycan hökumətinin iqtisadi blokuna daxil olan qurumların birgə səyi nəticəsində koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün 9 proqram hazırlanıb. . . "Report" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin "Hədəf"

30 mart

DSX: Düşmən təxribatının qarşısı alınıb

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.. . Dövlət Sərhəd Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, bu gün saat 17:30-dan başlayaraq Qazax ra­yo­nunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hə­rə­kət edən mülk

30 mart