Prezident İlham Əliyev fövqəladə vəziyyətlə bağlı fərmanında dəyişiklik etdi

Prezident İlham Əliyev fövqəladə vəziyyətlə bağlı fərmanında dəyişiklik etdiPrezident İlham Əliyev martın 30-da "Fövqəladə vəziyyət haqqında" qanunun icrasının təmin edilməsi barədə fərmanında dəyişiklik edib.

Sonxeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə, fərmanla Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib.

Sənədin 1.3-cü bəndinə "Daxili İşlər Nazirliyi," sözlərindən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi," sözləri əlavə edilib.

"Fövqəladə vəziyyət haqqında" qanunun 11-ci, 15.1-ci və 28-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın və 12.2.5-ci maddəsində nəzərdə tutulmuş "icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Ölkə başçısının fərmanı ilə artıq Fövqəladə Hallar Nazirliyi də bu siyahıya daxil edilib.

Həmin maddələrdə nələr yazılıb?

"Fövqəladə vəziyyət haqqında" qanunun 11-ci maddəsinə nəzər yetirək. Orada yazılıb ki, fövqəladə vəziyyət rejimini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələrindən istifadə olunur.

15.1-ci maddədə qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanlarının fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də, digər şəxslərə Azərbaycan qanunvericiliyinə uyğun olaraq əlavə güzəştlər və kompensasiyalar müəyyən edilə bilər.

Qanunun 28-ci maddəsi fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak edən şəxslərin məsuliyyəti ilə əlaqədardır.

Bildirilir ki, müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları, hərbi qulluqçuları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, silahın, hərbi və xüsusi texnikanın qanunsuz tətbiq olunması, eləcə də, fövqəladə vəziyyət rejimini təmin edən vəzifəli şəxslərin xidməti səlahiyyətlərini aşması, o cümlədən, insan və vətəndaşların hüquq və azadlıqlarının pozulması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

12.2.5-ci maddə isə müvafiq icra hakimiyyəti orqanının qüvvələri tərkibində fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsas olmuş halların aradan qaldırılmasında və insanların həyatının xilas edilməsində iştirakla bağlıdır.


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 6426   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Avropa Komissiyası Azərbaycana yardım paketi ayırdı

Avropa Komissiyası (AK) koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla "Şərq Tərəfdaşlığı" ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.. . Qurumdan verilən məlumata görə, Avropa Komissiyası həmçinin təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsin

30 mart

"ABŞ-ın İran dəstəkli qüvvələrə qarşı müharibə aparamaq planı masa üzərindədir"-RƏY

ABŞ ordusu son həftələrdə artıq 3-ü hərbi bazanı boşaldaraq İraq ordusuna təhvil verib. Pentaqonun hərbi qüvvələri tamamailə İraqdan çıxardığı və ya əsgərləri digər hərbi bazalara yerləşdirdiyi dəqiq bilinmir.. . Bir neçə gün əvvəl isə ABŞ ordusu Birləşmiş Ərəb Əmirlikləri ərazisində BƏƏ ordusu ilə birlikd

30 mart

"1918-ci il mart qırğınlarında qoçuların qorxusundan ermənilər kəndlərə girə bilmirdilər"-Tarixçi-alim

1918-ci ilin yazında Stepan Şaumyanın rəhbər olduğu daşnak-bolşevik siyasi rejimi – Bakı Soveti – Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları törətmişdir.. Azərbaycanlıların kütləvi qırğınları ilə nəticələnən bu dəhşətli hadisələr əsasən Bakı, Şamaxı və Quba qəzalarında baş vermişdir

30 mart

Əli Əsədov hava daşımaları ilə bağlı qərara dəyişiklik etdi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası"nda dəyişiklik edib.. . Sonxeber.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əl

30 mart

Pakistandan Azərbaycana BÖYÜK DƏSTƏK

Pakistanın İnsan Haqları üzrə Milli Komissiyasının sədri Əli Nəvaz Çouhan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ regionunda keçiriləcək qondarma "parlament və prezident seçkiləri"ni pisləyib.. . Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın İslamabaddakı səfirliyinin yaydığı bəyanatd

30 mart

"Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiayaların virus təhlükəsi ortadan qaldırılana qədər dayandırılması zəruridir"-RƏY

BMT-nin baş katibi Amerika Birləşmiş Ştatlarına müraciət edərək müxtəlif dövlətlərə qarşı sanksiya rejimini dayandırmağa çağırıb. Çünki dünyada təhlükəli koronavirus tüğyan edir və sanksiyalarla üzləşən bir neçə dövlət qadağalar səbəbindən insanlarını xilas etməkdə çətinlik çəkirlər. ABŞ hazırda bi

30 mart

Dünya koronavirusla mübarizə aparır, Kim Çen isə…-VİDEO

Bütün dünya koronavirus epidemiyası ilə mübarizə apararkən Şimali Koreyanın Şərq dənizində yeni raketlər sınaqdan keçirdiyi bildirilib.. . Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyadan Şərq dənizinə naməlum raket atıldığı qey

30 mart

"Cəbhədəki təxribat ermənilərin ordudakı koronavirusdan cəmiyyətin fikrini yayındırmaq cəhdidir"-RƏY

Ermənistanla Azərbaycanın işğal olunmuş əraziləri arasında gediş-gəlişə məhdudiyyət qoyulub. Separtaçılar tərəfindən Qarabağdakı ermənilərin Ermənistana daxil olması qəti qadağan edilib. Bundan əlavə, onların Ermənistan pasportu ilə xaricə çıxışı da yasaq edilib. . Mövzu ilə bağlı politoloq Məhəmmə

30 mart

Azərbaycanın Türkiyədəki səfirliyi həmvətənlərimizin vəziyyəti ilə bağlı məlumat yaydı

Azərbaycanın Türkiyədəki səfirliyi bölgədə koronavirus pandemiyası başlayandan bəri dövlət siyasətinin bir hissəsi kimi ölkə vətəndaşlarına mümkün dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir.. . Bu barədə səfirliyin yaydığı məlumatda qeyd olunub:. . "Nazirlər Kabineti yanınd

30 mart