"Ən çox ehtiyacı olan, günəmuzd çalışan, imkansız ailələr kompensasiya alacaq"-Deputatla MÜSAHİBƏ

"Ən çox ehtiyacı olan, günəmuzd çalışan, imkansız ailələr kompensasiya alacaq"-Deputatla MÜSAHİBƏDeputat Nəsib Məhəməliyev Sonxeber.az-ın suallarını cavablandırıb.

-Nəsib müəllim, bütün dünya ölkələri pandemiya kimi qəbul edilən koronavirusla mübarizə aparır. Bu günə kimi minlərlə insan bu virusdan dünyasını dəyişib. Bir çoxları koronavirusun xəstəlik olmadığını, hansısa qüvvələr tərəfindən hazırlanan biokimyəvi silah olduğunu bildirir. Bu iddia nə qədər həqiqətə uyğundur?

- Dünya ölkələri pandemiya ilə mübarizə aparır. Bu günə qədər 700 000- ə qədər insan bu virusa yoluxub. Onların da 33 000- dən bir az çoxu dünyasını dəyişib. Son vaxtlar koronovirusun ətrafında çoxsaylı şayiələr, müxtəlif ölkələrdən ekspertlər, alimlər, hətta ayrı-ayrı dini konfessiyaların nümayəndələri bəyanatlar səsləndirirlər. Böyük dövlətlər virusun yayılmasında bir-birilərini ittiham edirlər. Amma fakt odur ki, koronovirus, bəşəriyyəti təhdid edən, laboratoriya mənşəli olduqca ciddi təhlükədir. Demək olar, bioloji silahdır. Əgər dünya birliyi mövcud konflikləri, geosiyasi ziddiyətləri unudaraq və həmrəylik şəklində mübarizə aparmasalar, planetin gələcək taleyi qaranlıq ola bilər. Fərq ondadır ki, virus peyda olana qədər böyük dövlətlər öz hərbi potensialına arxalanaraq, digər ölkələri təhdid edirdilərsə, indi ən inkişaf etmiş ölkələr belə bu virusun qarşısında acizdirlər.

-Nəsib müəllim, qaydalara uymayan, çağırışlara cavab verməyən və bütün günü küçələrdə olan vətəndaşlarımız da var.

-Bəli, təəssüf ki, sosial məsuliyyəti aşağı olan, problemin ciddiliyini dərk etməyən vətəndaşlarımız da yox deyil. Artıq respublikamızda bu günə qədər 273 nəfər koronovirusa yoluxub və hər gün artmaqda davam edir. Respublika Prezidentinin gördüyü qabaqlayıcı tədbirlər olmasaydı, bu rəqəm çox böyük ola bilərdi . Əgər vətəndaşlar karantin rejiminə riayət etməsələr, qaydaların sərtləşdirilməsi qaçılmaz olacaq. Zərurət yaranarsa, hətta fövqəladə vəziyyət elan oluna bilər.
-Son bir neçə gündür ki, mətbuatda hər adama minimum əməkhaqqı qədər, yəni 250 manat yardım ediləcəyi ilə bağlı xəbərlər verilir. Bununla bağlı Milli Məclisdə hər hansı qanun layihəsi hazırlanırmı?
-Bununla bağlı ayrıca qanun qəbul edilməsinə ehtiyac yoxdur. Nazirlər kabineti yanında Operativ Qərargahın işçi qrupları fəaliyyət göstərir. Ən çox ehtiyacı olan, günəmuzd çalışan, imkansız ailələrdən tutmuş, karantin rejimində zərər çəkmiş sahibkarlara qədər hər kəs kompensasiya alacaq. Kompessasiyaların verilməsi sırf icra hakimiyyətinə aid məsələdir.
-Bu xəstəliklə bağlı aparılan maarifləndirmə işləri yetərlidirmi?
-Çox yaxşı haldır ki, bu məsələdə milli həmrəylik özünü yaxşı mənada göstərdi. Bütün dövlət və özəl telekanallar, KİV əhalinin maariflənməsi istiqamətində kifayət qədər səy göstərirlər. Ən ucqar bölgələrdə belə, uşaqdan böyüyə hər kəs koronovirusla bağlı məlumatlıdır. Ancaq bu başqa məsələdir ki, hamı qiqiyenik qaydalara, davranış normalarına riayət etmir. Panika yaratmadan maarifləndirmə işləri fasiləsiz davam etdirilməlidir.
-Milli Məclisin 2 plenar iclasında siz koronavirusla mübarizə ilə bağlı qanun layihəsinin hazırlanması təklifi ilə çıxış etdiniz. Bu pandemiyanın ölkə ərazində yayılmasının qarşısının alınması üçün daha hansı addımlar atılmasına ehtiyac var?

- Bəli, ikinci iclasda "koronovirusla mübarizə haqqında" qanunun qəbul olunmasını təklif etmişdim. Hesab edirəm belə bir qanunun qəbul olunmasına ehtiyac var. Bu sahədə çalışan həkimlərin, tibb personalının hüquqlarından tutmuş, vəzifələri, sosial statusları, sığorta, xəstələrin öhdəlikləri və bir çox məsələlər öz əksini qanunda tapmış olardı. Cənab Prezident Yeni klinikanın açılışında bir çox problemlərə aydınlıq gətirdi.

-Ölkə ərazisində karantin rejim elan olunduğuna görə demək olar ki, insanlarımız evdə qalmaqla bu virusdan qorunmağa çalışır. Təbii ki, bu da daha çox komunal xidmətlərdən istifadə deməkdir. Son bir ayın komunal borcu insanlarımıza güzəştə gedilə bilərmi?

-Hadisələrin gedişatına uyğun olaraq, cəmiyyətdən sosial sifariş olarsa, hökumət bu məsələyə baxa bilər. Karantin rejimi aprel ayının 20-ə qədər müəyyənləşdirilib. Əgər o vaxta qədər pandemiyanı lokallaşdırmaq mümküm olsa, bu sahədə dəyişikliyə ehtiyac olmayacaq.

-Ölkə ərazində koronavirusa yoluxanların sayı artarsa, fövqəladə vəziyyət elan oluna bilərmi?

- Allah eləməsin. Əgər kütləvi xarakter alsa, tətbiq oluna bilər.

-Bilirsiniz bütün dünya müharibəni dayandıraraq öz ölkəsində insanlarını qorumaq üçün koronavirusla mübarızə aparır. Lakin Ermənistan dövləti bu vəziyyətdə də təxribatlarından qalmır, atəşkəsi tez-tez pozurlar.

-Bu ermənilərin xəstə xislətindən irəli gəlir. Onlar, millət olaraq yüz il öncə "böyük ermənistan" kimi bir virusa yoluxublar. El arasında gözəl bir məsəl işlədilir " keçinin başı ağrıyanda buynuzunu çobanın çomağına sürtər". İnanıram ki,qürur mənbəyimiz olan milli ordumuz vaxtlı-vaxtında təxribatların cavabını artıqlaması ilə verir. Yekun qələbə bizim olacaqdır.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3883   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021