"Dünyada sanksiyaların aradan qaldırılması bu dövrdə olduqca zəruridir"-RƏY

"Dünyada sanksiyaların aradan qaldırılması bu dövrdə olduqca zəruridir"-RƏYKoronavirus pandemiyası bütün dünyada bir çox sahələri "vurdu". Turizm, hava nəqliyyatı, sərnişin daşıma və xidmət sahələri ağır zərbə aldı. Hətta film, eləcə də incəsənət sahələri, idman yarışları kimi bahalı və gəlirli sahələr dayandı.
Azərbaycanda da hökumət ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edib.
Karantin və xəstəlik dövründə zərərə məruz qalan şirkətlərin Azərbaycan iqtisadiyyatındakı yeri, qadağaların ümumi iqtisadi inkişafa təsirinin həcmini təqdim etməkdir.
Koronavirus pandemiyası şəraitində dünya siyasətində, dövlətlərarası münasibətlərdə sanksiyaların götürülməsi məsələsi olduqca aktual xarakter daşıyır. Belə ki, pandemiyanın ən iri ocaqlarından biri olan İranda bu ölkəyə qarşı tədbiq edilən sanksiyaların acınacaqlı təsiri göz qabağındadır. İqtisadi durumu xeyli çətinləşdirən sanksiyalar koronavirusa qarşı mübarizəyə ciddi zərbə vurmaqla ölüm hallarının çoxalmasına səbəb olur.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Elşad Məmmədov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, hazırda dünya iqtisadiyyatının bu vəziyyətində sanksiyaların aradan qaldırılması olduqca zəruridir:

"Biz bilirik ki, dünya siyasətində və iqtisadi sferada ikili standartlar nəticəsində müəyyən ölkələrə qarşı sanksiyalar tətbiq olunur. Belə olan halda sözssüz ki, həmin ölkələrin koronavirus pandemiyası ilə bağlı mübarizəsi xeyli dərəcədə çətinləşə bilər. Çünki müasir dünya iqtisadiyyatında istehsal zəncirləri bir-birinə bağlıdır, ölkələr arasında əmək bölgüsü çox dərin şəkildə formalaşıb. Ona görə də əlaqələrin bərpası olduqca vacibdir. Düşünürəm ki, bu dönəmdə sanksiyaların aradan qaldırılması olduqca vacib məsələdir. Dünya iqtisadiyyatındakı problemlərin Azərbaycan iqtisadiyyatından yan keçməyəcəyi də şübhəsizdir. Düşünürəm ki, hökumətin iqtisadi bloku və Mərkəzi Bank təxirəsalınmaz tədbirlər reallaşdırmalıdır. Bu tədbirlər çərçivəsində ilk növbədə bank sektoruna aid məsələlər, pul kredit siyasətinin yumuşaldılması, pul kütləsinin aktiv şəkildə iqtisadiyyata, real sektora daxil olması, valyuta bazarında sabitliyin formalaşması, valyuta məhdudiyyətlərinin tətbiqi, eyni zamanda pul kütləsinin effektiv şəkildə idarə edilməsidir ki, həmin kütlə valyuta bazarına, maliyə sektoruna deyil real iqtisadiyyata və sosial layihələrin reallaşdırılmasına istiqamətlənsin. Digəri isə sosial iqtisadiyyatdır ki, həm kommunal ödənişlər, həm də bütövlükdə əhaliyə maliyə yardımının edilməsi ilə bağlı qərar qəbul olunmalıdır. Əlbəttə ki, vergi islahatları daha da dərinləşməli və vergi istiqamətində stimullaşdırıcı tədbirlərlə vergi tətillərinin tətbiq olunması ilə müəyyən mənada sahibkarlara, işguzar mühitə dəyən maddi zərərin qarşısı alına bilər. Ümumillikdə biz hazırkı vəziyyətdə ölkə iqtisadiyyatında dövlətin rolunun kəskin şəkildə artırılmasına doğru getməliyik və ölkə iqtisadiyyatının idarə etməsi modeli ilk növbədə strateji planlaşdırmaya söykənməlidir"

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1361   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021