"İnsanlarımızdan xahiş edirəm ki, verilən qərarlara və tövsiyyələrə əməl etsinlər"- Deputat

"İnsanlarımızdan xahiş edirəm ki, verilən qərarlara və tövsiyyələrə əməl etsinlər"- DeputatMartın 30-da Operativ Qərərgahın verdiyi qərara əsasən karantin rejim daha da sərtləşdirilərək insanların çölə çıxmasına qadağa qoyuldu.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, hər gün televiziyada və mətbuatda gündəmdə olan yeganə məsələ koronavirusdur: "Bütün dünyada günbəgün bu xəstəliyə yoluxanların sayı artır. Təəssüf ki, Azərbaycanda da koronavirusa yoluxanları sayı çoxalmaqdadır. Bir daha qeyd etmək istəyirəm ki, ölkə başçısı və dövlət tərəfindən bütün addımlar atılıb. Bütün istiqamətlər ən yüksək səviyyədə işlər görülməkdədir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqləyir. Hətta Azərbaycanın təcrübəsindən istifadə edən insanlar var. Cənab prezidentimiz tərəfindən koronavirusla bağlı çox mühüm qərarlar verilib. Təəssüf ki, hələ də bu xəstəliyə ciddiyə almayan insanlarımız var. Onlar Operativ Qərərgahın verdiyi qərarlara əməl etmirlər. Nəyinki bizim insanlar, hətta başqa ölkələrin vətəndaşları bu xəstəliyin nə ilə nəticələnəcəyinin fərqində deyillər. Düzdür, bəzi ölkələr koronavirusun dərmanının tapılması ilə bağlı açıqlama verirlər. Lakin hələ də koronavirusun peyvəndi tapılmayıb. Koronavirusun peyvəndinin tapılması üçün də uzun bir vaxt lazımdır. İnsanlarımızın bu xəstəliyin ciddiyini dərk etməlidir. İnsanlarımız bu xəstəliyin nə qədər ciddi fəsadla nəticələnəcəyinin fərqində deyillər. Çünki insanlarımız Operativ Qərərgahın qoyduğu qaydalara və tövsiyyələrə əməl etmirlər. Yenə də 65 yaşdan yuxarı insanlarımız çölə çıxırlar. Digər insanlarımız maskasız gəzirlər. Düzdür, bəzən deyirlər ki, maska sağlam insan üçün deyil. Xəstə insanlar taxmalıdır. Amma nəzər alsaq ki, xəstə insanlar da maskalardan istifadə etmirlər. Təkcə mən koronaviruslu xəstəni demirəm. Başqa xroniki və virus tipli xəstəlikdən əziyyət çəkənlər maskadan istifadə etmir, yolda gəzir. Marketlərə gedir, növbə zamanı 2 metrlik məsafəni qorumur. Ona görə də sağlam insan maskadan istifadə etməlidir".

Deputat vurğulayıb ki, dünənki, sərtləşmə Operativ Qərərgahın verə biləcəyi ən sərt qərar idi: "Bundan sonra yeganə yol qalır ki, fövqəladə vəziyyət elan olunsun ki, ümumiyyətlə heç kim evdın çıxa bilməsin. İnsanlar vəziyyəti dərk edib, bu xəstəliyi zarafata salmamalıdır. "Mənə heç nə olmayacaq" fikrindən uzaq olmalıdır. Hər bir insan tək özünü deyil, ətrafdakı insanları düşünməlidir. Çünki onların məsuliyyətsiz yanaşması bir çox insanların bu xəstəliyə tutulmasına səbəb ola bilər. Burada ümumxalq birlikdən söhbət gedir. Martın 30-da verilən qərar çox düzgün qərardır. İnsanlarımız dərman üçün aptekə, qida təlabatını ödəmək üçün də marketə gedə bilər. Təbii ki, yaxın məsafədə olan market və apteklərə müraciət edilməldir. Bu gün hər bir binanın altənda, məhəllədə həm aptek, həm də market var. "Evdə otura bilmirəm" deyən insanları anlaya bilmirəm. Bəs xəstələdiyiniz zaman əziyyət çəkə-çəkə xəstəxanada necə qalacaqsınız?! İnsanlarımız heç olmasa 20 gün müddətində evdən çölə çıxmasalar, xəstələnmə ehtimalı olmasa, biz bir az yüngülləşə bilərik. Yəni bu xəstəlikdən qutula əzmindəyik. İnsanlarımız düşünməlidir ki, bu həm də bizim genofondumuzun təhlükəsizliyin qorunmasıdır. İnsanlar evdə öz əzizlərinin yanındadır. İnsanlarımız sağlamlığı, övladları üçün evdə qalmalıdır. Artıq inanmaq istəyirəm ki, insanlarımız verilən qərarlara ciddi yanaşacaq. İnsanlarımızdan xahiş edirəm ki, verilən qərarlara və tövsiyyələrə əməl etsinlər. Evdən çıxmasınıar. İnanıram ki, 20 gündən sonra biz görəcəyik ki, koronavirus xəstələrimizin sayı azalaraq yox dərəcəsinə çatacaq. Az itkilərlə bu bəladan qurtulacağıq".

A


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2129   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi regiona davamlı təhlükəsizlik gətirir" - DEPUTAT

"22 aprel 2024-cü ildə Prezident İlham Əliyevin Rusiyanın dəvəti ilə Moskvaya səfər etməsi ölkələrimiz arası münasibətlərin inkişafında yeni bir səhifə açacaqdır". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, dövlət başçımızın işgüzar səfəri çərçivəsində ölkələr aras

23 aprel
.

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar

23 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvdən yararlana bilərmi? - AÇIQLAMA

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər əfvdən yararlana bilər? . Məsələ ilə bağlı vəkil Elvin Əliyev -a açıqlama verib. Vəkil məsələyə aydınlıq gətirib:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikas

23 aprel
.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel
.

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəl

22 aprel
.

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il

23 aprel
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə -a Medianın İnkişafı Agentliyindən məlumat verilib

22 aprel
.

Bakıda bəylə gəlinin qeyri-ənənəvi addımı müzakirələrə yol açdı - VİDEO

Azərbaycanda bəylə gəlinin rəqsi müzakirələrə yol açıb. Ölkə.Az-ın məlumatına görə, Bakıda baş tutan toyda lentə alınan görüntülər diqqət çəkib. Məşhur restoranlardan birində bəylə gəlinin zala daxil olması ənənəvi vağzalı musiqisi ilə müşayiət olunmayıb. Belə ki, onlar qapılar açılar-açılmaz əcnəb

22 aprel