İşğal altındakı Qarabağda ermənlərin qondarma seçki oyununun pərdəarxası-Politoloq AÇIQLAYIR

İşğal altındakı Qarabağda ermənlərin qondarma seçki oyununun pərdəarxası-Politoloq AÇIQLAYIRMartın 31-də işğal altındakı Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" keçirilir."Prezident seçkisində" 14 namizəd var. "Parlament seçkisində" isə 12 siyasi partiya iştirak edir. 33 yerlik "parlamentə" 361 namizəd var.

Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri bağlı "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Sonxeber.az-a geniş açıqlama verib. Politoloq bildirib ki, dünya koronavirusla mübarizə apararkən, həmçinin Ermənistanın özündə virusa yoluxanların sayı artarkən, erməni separatçıları "seçkiləri" təxirə salmadılar:

"Halbuki, "prezidentliyə" namizədlərdən 4-ü virusla əlaqədar "seçkiləri" təxirə salmağa çağırış etmişdilər. Demək, həmin "namizədlərin" virusun Dağlıq Qarabağda yayılması haqqında səhih məlumatları var ki, "seçkini" təxirə salmaqda israr etmişdilər. Ermənistanda virusa yoluxanların sayı 500-ə çatdığı vaxtda, eyni zamanda virusun işğalçı orduya da sirayət etmişkən, Dağlıq Qarabağda virusun olmaması inandırıcı deyil. Bölgənin separatçı liderləri sadəcə virusa yoluxma hallarını gizlədirlər. Böyük ehtimalla "seçki" bitdikdən sonra virusa yoluxma hallarını etiraf edəcəklər.

Separatçılar virusun yayılmasına rəğmən, "seçkini" niyə təxirə salmadılar?

Birinci səbəb odur ki, separatçılar "seçkinin" təxirə salınmasının Dağlıq Qarabağda qüvvələr arasında gərginliyi artıra biləcəyini düşünürlər. Təsadüfi deyil ki, "seçki kampaniyası" zamanı namizədlər və onların tərəfdarları arasında bir neçə dəfə ciddi qarşıdurmalar oldu. "Seçki" təxirə salınsaydı, qarşıdurmalar arta bilərdi.
İkinci səbəb isə odur ki, separatçılar Azərbaycanın "seçkinin" təxirə salınmasından öz məqsədləri üçün istifadə edə biləcəyini düşünə bilərdilər. Yəni hesab edə bilərdilər ki, Azərbaycan ordusu "seçkinin" təxirə salındığı dönəmdə təzyiqi artıracaq. Ona görə də Dağlıq Qarabağda "hakimiyyət" boşluğu yaranmasın deyə, separatçılar "seçkini" təyin olunduğu gün keçirməyə qərar verdilər.

Müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda ciddi karantin rejimi tətbiq edilərkən, Dağlıq Qarabağ erməniləri "seçkidə" aktiv iştirak etməyəcək, "seçki məntəqələrinə" axışmayacaqlar. Belə olan halda separatçılar kvorumu şişirtməyə çalışacaqlar. Əks halda seçici aktivliyinin az olduğunu etiraf etməli olan separatçılar "niyə seçkini təxirə salmadınız" kimi ciddi sualla üzləşəcəklər.

"Prezidentlik" uğrunda əsas bir neçə namizəd arasında rəqabətin gedəcəyi proqnozlaşdırılır. Bunlar Dağlıq Qarabağın "keçmiş baş naziri" Araik Arutunyan, "parlamentin sədri" Aşot Quluyan, "xarici işlər naziri" Masis Mailyan və "Təhlükəsizlik Şurasının" keçmiş katibi Vitaliy Balasardyandır.
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda "prezident" kürsüsündə öz adamını otuzdurmaq istəyir. Paşinyan Araik Arutunyanu dəstəkləyir. Paşinyan ən pis halda Masis Mailyanın da "seçilməsinin" əleyhinə deyil. Vitaliy Balasardyan Paşinyanın düşməninin – keçmiş prezident Robert Köçəryanın namizədidır. Bu şəxs "Təhlükəsizlik Şurasının" katibi olanda Nikol Paşinyanı sərt şəkildə tənqid edir, Robert Köçəryanın həbsini pisləyirdi. Paşinyan o zaman belə deyirdi: "Dağlıq Qarabağı idarə edənlərlə görüşəndə mənə etiraz etmirlər, fikirlərimlə razılaşırlar, elə ki, İrəvana qayıdıram, əleyhimə təbliğat aparmağa başlayırlar, statuslar yazırlar". Paşinyan məhz Vitaliy Balasrdyanı nəzərdə tuturdu. Çünki separatçılardan Paşinyan əleyhinə ən çox Balasrdyan danışır və Ermənistanın baş nazirinin əleyhinə statuslar yazırdı. Ona görə də Paşinyan Bako Saakyana təzyiq edirdi ki, o Balasardyanla bağlı ölçü götürsün. Bako Saakyan Paşinyanın tələbini yerinə yetirmək məcburiyyətində qalaraq keçən ilin iyun ayında Vitaliy Balasardyanı vəzifəsindən uzaqlaşdırmışdı.
Dağlıq Qarabağda "prezident" kimliyindən asılı olmayaraq torpaqların işğalından vaz keçməyəcək. Həmin "prezident" Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının və azərbaycanlıların geri qayıtmasının da əleyhinə olacaq. Bu məsələlərdə "prezidentliyə namizədlərin" mövqeyi eynidir. Buna görə də Dağlıq Qarabağda "prezidentin" kim olmasının Azərbaycan üçün fərqi yoxdur.

ATƏT-in Minsk Qrupu həmsədrləri koronavirus yayılan günlərdə tərəfləri atəşkəsə riayət etməyə çağıran bəyanat yaydılar. Bəyanatda bu cümlələr yer almışdı: "Koronavirusla bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən aparılan monitorinqlərin dayandırılmasını nəzərə alaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə və bu müddətdə gərginliyi artıra biləcək hər hansı təxribatçı hərəkətdən çəkinmək öhdəliyinə bir daha sadiq qalmağa çağırır".
Həmsədrlər bu bəyanatla tərəfləri xəbərdar etmək istəyirdlər ki, beynəlxalq aləmin virusla mübarizə apardığı dövrdə, o cümlədən vasitəçilərin bölgəyə gəlişlərinin mümkünsüzlüyü nəzərə alınaraq atəşkəsə riayət edilməlidir. Ancaq həmsədrlər virusun geniş yayıldığı dönəmdə Dağlıq Qarabağda "prezident və parlament seçkiləri" ilə bağlı bəyanat yaymadılar, bunun yersiz olduğunu söyləmədilər. Demək, həmsədrlər işğal və etnik təmizləmə şəraitində, o cümlədən virusun yayıldığı günlərdə həyata keçirilən "seçkilərin" əleyhinə deyillər. Yeganə olaraq Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq erməni separatçıalrının keçirdiyi "seçkiləri" qəti şəkildə pislədi. Türkiyə XİN-nin bəyanatında həmsədr dövlətlərin separatçıların keçirdikləri "seçkiləri" pisləməsi çağırışı var idi. Bu çağırış həmişəki kimi eşidilmədi. Həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd "seçkilərə" səssiz qaldılar"...

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1487   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021