Nazir müavini: "Karantin rejimi ilə bağlı aidiyyatı qurumlarla əlaqələr gücləndirilib"

Nazir müavini: "Karantin rejimi ilə bağlı aidiyyatı qurumlarla əlaqələr gücləndirilib""2019-cu il kənd təsərrüfatı sahəsində uğurlu il olub. Ötən il məhsul istehsalında biz rekord göstəricilərə nail olmuşuq, eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracında da yüksək nəticələrimiz qeydə alınıb".

Sonxeber.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, bu il dünyada koronavirus pandemiyasının yayılması, xarici ölkələrlə əlaqələrin azalması müəyyən mənada ixraca öz təsirini göstərir: "Təbii olaraq koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsiri məlumdur. Eyni zamanda, bunun təsiri iqtisadiyyatımızdan da yan keçmir. İqtisadiyyatımızın bir qolu kimi kənd təsərrüfatı istehsalına müəyyən təsirləri var. Bilirsiniz ki, ölkələr arasında ərzaq məhsullarının daşınması qadağan edilməyib, bu əlaqələr var. Lakin az miqdarda təsir edə bilər. Çünki, qonşu ölkələrdə, bizim ixrac etdiyimiz ölkələrdə təlabatların pandemiya ilə əlaqədar olaraq azalması müşahidə edilir. Bununla bağlı, ola bilər ki bizim ixraca təlabat azalsın. Bu, haradasa öz təsirini göstərə bilər".

Nazir müavini əlavə edib ki, bu təsirin azaldılması və minimuma endirilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi bütün aidiyyatı qurumlarla əlaqələri gücləndirib: "Ölkə Prezidentinin müvafiq tapşırığına əsasən, aidiyyatı qurumlar müvafiq qurumlarla əlaqəli şəkildə işləyərək həm Operativ Qərargah, həm yerli icra hakimiyyəti orqanları, həm karantin rejiminə nəzarət edən Daxili İşlər Nazirliyi, o cümlədən fermer kartlarının paylanılması ilə bağlı "Kapital Bank" ASC və təchizatçı şirkətlərlə əlaqələrimizi gücləndirmişik. Çalışırıq ki, bu dəyən ziyanı minimuma endirək. Kənd təsərrüfatı məhsulları istehsalçıları, fermerlər bu pandemiyadan minimum zərərlə çıxsın".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 909   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel