"Metro 20 gün işləməsin"-Deputatdan təklif

"Metro 20 gün işləməsin"-Deputatdan təklifMəlumdur ki, ölkəmizdə hazırda mövcud pandemiya təhlükəsi ilə bağlı xüsüsi karantin rejimi tətbiq olunub. Bir çox iaşə obyektlərinin fəaliyyəti də məhdudlaşdırılmaqla, dünənki tarixdən etibarən insanların evdən küçəyə çıxmasına da qadağalar qoyuldu. Aparılan tədbirlər virusun ölkədaxili yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilir.

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva insanların karantin dövrünün tövsiyyələrinə əməl etməməsini təəssüflə qeyd edib. O, təyin edilən 20 gün müddətində insanların qaydalara riayət etmədiyi təqdirdə, vəziyyətin fövqalədə halın tətbiqinə gətirib çıxaracağını bildirib:

"Əfsuslar olsun ki, dünən Azərbaycanda 64 nəfərin koronavirusa yoluxması halına təsadüf olunub. Azərbaycanda get-gedə bu xəstəlik artır. Dövlətimiz tərəfindən nə tələb olunursa, hər bir şey təşkil edilib. İndi hər bir insanın öz üzərində bu məsuliyyəti dərk edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməsi qalır. Çox təəssüf ki, hələ də bunu dərk etməyən, cddiyə almayan insanlarımıza da təsadüf olunur. Bunu nəzərə alaraq dövlət və Operativ Qərargah dünən daha ciddiləşmiş rejimin tətbiq olunmasınıa qərar verdi. Mən düşünürəm ki, bu artıq pik həddir. Bundan sonra insanlar yenə də vəziyyətin ciddiliyini anlamayacaqlarsa, əməl etməyəcəklərsə, nəyə gətirib çıxaracağını heç birimiz düşünmək istəmərik. Yeganə yol fövqəladə vəziyyətin elan olunması qalır. Əgər 20 gün müddətində insanlar deyilənlərə əməl etsələr, xəstəlliyin artmasını güman etmirəm. Yəni, xəstəlik azalmağa doğru gedəcək və biz bundan xilas olacağıq".

Deputat Kamilə Əliyeva insanların tətbiq olunan xüsusi karantin tələblərinə əməl etməmələrinə heç bir səbəb görmədiyini bildirib:

"Bu gün inanların ya ərzaq məhsullarına, ya da aptekə gedib dərman almağına təlabat var. Azərbaycanda, insanların yaşadığı hər bir məhəllədə, istər ərzaq məhsulları satılan mağazalar, istərsə də apteklər var. Kiminsə buna əməl etməmək üçün heç bir səbəb yoxdur".

Kamilə Əliyeva həmçinin mövcud karantin tələblərini nəzərə alaraq təklif də irəli sürüb:

"Mən şəxsən təklif edərdim ki, umumiyətlə 20 gün müddətində metro işləməsin. Çünki metro yerin altında yerləşdiyinə görə metroda həm havalandırma yaxşı olmur, həm də insanların burada sıxlığı müşahidə edilir. Dövlət tərəfindən bilirsiniz ki, ekspress avtobuslar təşkil edilib, bu nəqliyyat növündən istifadə edilsə, yaxşı olar. Ümumiyyətlə, qeyd edim ki, insanlar vacib halda nədənsə istifadə etsinlər. Xəstəliyin yeganə çıxış yolu isə özünü təcriddir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1216   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel