"Aprel döyüşlərində ordumuz sübut etdi ki, torpaqlarımızı 1 həftəyə geri ala bilər"-Deputat

"Aprel döyüşlərində ordumuz sübut etdi ki, torpaqlarımızı 1 həftəyə geri ala bilər"-Deputat2016-cı il aprelin 1-5 Azərbaycan və Ermənistan ordusu arasında son illərdə baş vermiş ən böyük toqquşma, 4 gün davam edən döyüşlər nəticəsində Azərbaycan ordusu erməni qüvvələrinə ağır zərbə vuraraq 1994-cü ildən işğal altında olan bir sıra əraziləri geri alıb. Bunlar: Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər olub.Aprel döyüşləri Azərbaycan ordusunun yüksək hərbi hazırlığa malik olduğu, ən yeni texnika və silahlardan uğurla istifadə etməsi ilə yadda qalıb. Həmçinin Azəraycan xalqının müharibə əzminin yüksək olmasını, torpaqları egri qaytarmaq üçün hər an hazır olduğunu ortaya qoyub.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifələrindən biridir: "Çünki Aprel döyüşlərində uzun müddət sürən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində ordumuz şanlı qələbəyə imza atdı. Atəşkəs elan olunsa da, Ermənistan tərəfindən daim təxribatlarla davam edirdi. Bu döyüşlərdə Azərbaycan ordusunun gücü göstərildi. Aprel döyüşlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuq sahəsində apardığı işin məntiqi nəticəsi kimi də qiymətləndirmək olar. Azərbaycan silahlı qüvvələri dünya orduları sıransında ilbəil yüksək pillələrə qalxır. Ermənsitan ordusu isə günü-gündən zəifləyərək qiymətləndirmədə aşağı pillələrə düşür. Bu cənab prezidentimizin bütün sahələrdə, eləcə də ordu quruculuğunda apardığı siyasətin möhtəşəm nəticəsidir. Aprel döyüşlərində Ermənistan ordusunun təxribatının qarşısı alınaraq işğalda olan minlərlə kvadrat metr ərazimiz işğaldan azad olundu.Təbii ki, həmin dövrdə düşmənimiz təşvişə düşmüş, çoxlu sayda itkilərlə qarşılaşmışdı. Aprel döyüşlərində bir daha sübut olundu ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusundan qatbaqat güclüdür. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa istənilən vaxt Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz işğalda olan torpaqlarımızı 1 həftə ərzində azad etmə gücünə malikdir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1744   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021