"Havaların isinməsilə xəstəlik səngiyəcək"-Baş epidemioloq

"Havaların isinməsilə xəstəlik səngiyəcək"-Baş epidemioloqXəbər verdiyimiz kimi, dünən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olundu. Xəstəliyə son ötən gündə yoluxanların sayı 64 -ə yüksəlib.
Bildirilir ki, dünyanın bir çox ölkələrində koronavirusa qarşı tədbirlər aprelin sonuna qədər müəyyən olunub. Azərbaycanda xüsusi karantin rejimi aprelin 20-dək, hazırda xəstəliyin ən çox yayıldığı ABŞ-da isə aprelin 30-dək karantin tədbirləri elan olunub. ABŞ prezidenti Donald Tramp bu gün bildirib ki, qarşıdakı 30 gün ərzində virusun yayılması zəifləyəcək.

Bununla bağlı Sonxeber.az-a danışan Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin (ATU) Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev ölkəmizin epidemiya ilə əlaqəli tədbirlərə hər bir ölkədən daha tez başlandığını qeyd edib. O, buna baxmayaraq, bir qrup şəxsin qaydaları pozduğunu bildirib:

"Dövlətimiz tərəfindən bütün lazımı tədbirlə yerinə yetirilir. Digər ölkələrdən fərqli olaraq bizim ölkədə qabaqlayıcı tədbirlərə hamıdan tez başlanılıb. Səhiyyəmizin əlində nə varsa, hamısını əhalinin sağlamlığı xeyrinə sərf edir. Mənim yeganə xahişim budur ki, bizim çəkdiyimiz zəhmətin qarşısında insanlar etik və gigiyenik normalara riayət etsinlər, verilən məsləhətlərin hamısına qulaq assınlar. Əhalimizin bir qrupu qaydaları pozur. Bizim etdiyimiz tədbirlərin hamısı ailənizin, qohumlarınızın, övladlrınızın sağlamlığı üçündür".

Baş epidemioloq ölkədə hazırda pandemiya təhlükəsi olduğunu və bununla bağlı atılan addımların daha da gücləndirildiyini bildirib. Buna səbəb isə qeyd edilən kimi, insanların tövsiyyə və xəbərdarlıqlara riayət etməməsidir:

" Hər bir vətəndaşımız özünü qorumalıdır. Əgər insanlar deyilənlərə əməl etməyəcəklərsə, yoluxacaqlar. Ölkədə pandemiya ilə əlaqəli atılan addımlar güclənir. Çünki əhali buna riayət etmir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif qrup insanlar bu qaydaları pozdu. Xahiş edirəm, oturun evlərinizdə. Əgər təkcə koronavirus deyil, hər hər hansı xəstəlik əlaməti hiss edirsinizsə, sahə həkimlərini, təcili tibbi yardımı çağırın. Həkim təyinatından sonra müalicəyə başlayın. İnsanlar qohum, qonşunun sözünə, məsləhətinə qulaq asmasınlar, xəstələniblərsə, xəstəliyi xroniki şəkilə salmasınlar. Qarşıdan yay gəlir. Havaların isinməsilə xəstəlik səngiyəcək, ondan sonra hara istəsələr gedə bilərlər. Bu müddət ərzində küçəyə çıxmaq olmaz, qəti qadağandır".

Qeyd edək ki, Azərbaycan Respublikasında son ötən gündə yeni koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2097   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel