"Azərbaycan öz güclü avtomobil sənayesini qurmalıdır ki, milyonlarla valyuta kənara axmasın"-RƏY

"Azərbaycan öz güclü avtomobil sənayesini qurmalıdır ki, milyonlarla valyuta kənara axmasın"-RƏY"LMC Automotive" agentliyinin məlumatına görə, 2020-ci ildə dünya miqyasında minik avtomobilləri satışları 23 faiz düşə bilər. Bu mənfi tendensiyalar son iki ildə avtomobil idxalında dinamik artımın müşahidə olunduğu, həmçinin yeni istehsal müəssisələrinin istifadəyə verildiyi Azərbaycana da təsir göstərə bilər.

Bununla bağlı Sonxeber.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırda müşahidə olunan koronavirus pandemiyası iqtisadiyyatın bütün qollarına təsir göstərib: "O cümlədən avtomobil sənayesi və bazarında durğunluq müşahidə olunur. Bu təhlükə ucbatından bir neçə istehsal müəssisəsi fəaliyyətini çayandırdı. Çində və Avropanın digər şəhərlərində bu proses demək olar ki dayanıb. Koronavirus Almaniyada, Çində, İngiltərə və Amerika, Rusiya, Türkiyə, İran kimi ölkələrdə daha böyük fəsadlar göstərməkdədir. Adlarını çəkdiyim ölkələrin hər birində avtomobil sənayesi formalaşıb. Dünya miqyasında da tanınan modelləri də var. Həmin modellər Azərbaycanda da istifadə olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycana avtomobil daha çox Rusiyadan gətirilir. Bundan əlavə İranla iki müştərək şirkəti fəaliyyət göstərir. Təbii ki, koronavirusun təsiri avtomobil sənayesindən də yan keçməyəcək. Rusiya və İran itisadiyyatında baş verənlər avtomobil bazarında müəyyən azalmalara gətirib çıxara bilər və ya əksi də ola bilər. Təbii ki, bu pandemiyadanın nə zaman yox olacağından asılıdır. Bu problemlər aradan qalxandan sonra hər bir ölkə iqtisadiyyatını gücləndirmək üçün istehsalı artırmağa çalışacaq. İstehsal nə qədər artırılsa da hər şey avtomobillərə olan təlabatdan asılı olacaq. Düşünürəm ki, Azərbaycan yaxın günlərdə öz avtomobil sənayesini qurmalıdır ki, milyonlarla valyuta kənara axmasın. Heç olmasa avtomobilə olan ehtiyacı daxili bazarımız ödəyə bilsin. Cənab prezidentin tapşırığı ilə müəyyən addımlar atılacaq. "Xəzər" avtomobil zavodu bu istqamətdə öz missiyasını icra edir. Geniş istehsalat prosesi gedir. Bu işləri genişləndirməklə müəyyən qədər daxili bazarı ödəyə bilərik. Dünya bazarında neftin ucuzlaşması avtomobil sənayesinə hələlik təsir etməyib. Koronavirus təhlükəsi bitəndən sonra biz bazarda olan artım və azalmanı müşahidə edəcəyik".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1684   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İftar süfrəsi üçün fərqli reseptlər

"İftar menyusu"nu təqdim edirik:. Mantı şorbası. Ərzaqlar:. Xəmiri üçün:. 3-3,5 stəkan un. 1 yumurta. 1 stəkan su. 1 çay qaşığı duz. İç üçün:. 300 qram qiymə . 1 soğan. 1 çay qaşığı duz. 1 çay qaşığı qara bibər. Bişirmək:. 1 stəkan qaynadılmış noxud. 1 orta boy soğan. 2 diş sarımsaq. 1 xörə

29 mart
.

Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb

Sumqayıtda zavodda ölüm hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Sumqayıt Boruyayma Zavodunda qeydə alınıb. Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin iş zamanı başına boru düşüb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

29 mart
.

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib (VİDEO)

Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb. Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib. Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir. Son günlər, konkret 20 gün ərzind

29 mart
.

Bu halda ipotekaya xitam veriləcək

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey

29 mart
.

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d

29 mart
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

29 mart
.

Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Bununla yanaşı, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər və 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılmas

29 mart
.

"Xocalı qatilinin Azərbaycan torpaqlarına səfəri Ermənistan hökumətinin tərkibində 5-ci kolonun formalaşmasından xəbər verir" - DEPUTAT

"Bu gün Ermənistanın parlamentdə deputat olan Xocalı qatili Seyran Ohanyan fraksiyasının digər deputatları ilə birgə Qazağın işğal altında qalan kəndlərində olub". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, hər birimizə məlumdur ki, Ohanyan daha əvvəl bu kəndlərd

29 mart
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

29 mart