Azərbaycanla Rusiya arasında sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırıldı

Azərbaycanla Rusiya arasında sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırıldıNazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Sonxeber.az xəbər verir ki, məlumatda deyilir:

"Koronavirus qlobal pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb.

Vətəndaşların qarşılıqlı şəkildə qəbulu məqsədilə iki ölkənin quru sərhədi boyunca Samur sərhəd-keçid məntəqəsi məhdudlaşdırıcı rejimdə və müəyyən olunmuş qrafik çərçivəsində fəaliyyət göstərir.

Azərbaycan və Rusiya arasında sərhəd-keçid məntəqələri vasitəsilə Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri daxil olmaqdadır.

Azərbaycan və Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən 31 mart 2020-ci il tarixindən etibarən Rusiya Federasiyasından Azərbaycana səfər edən Azərbaycan Respublikası vətəndaşlarının Samur-Yaraq Qazmalar dövlət sərhədinin buraxılış məntəqəsindən müvəqqəti olaraq hər həftənin şənbə günləri müəyyən olunan vaxtda keçidi həyata keçiriləcək.

Sərhədi keçən vətəndaşlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı zonada yaradılmış səhra karantin zonalarında 14-21 və ya 21-28 günlük karantin rejiminə yerləşdirilirlər.

Xaricdə olan vətəndaşların Azərbaycana qayıtması müəyyən olunmuş karantin məntəqələrinin qəbuletmə imkanları və ölkə daxilində karantinə alınmış şəxslərin say nisbəti nəzərə alınaraq tənzimlənir.

Bütün dünyanı bürüyən qlobal pandemiya şəraitində vətəndaşları təmkin və anlaşıqlıq göstərməyə, ölkədaxili karantin tədbirlərinə dəstək olmaq məqsədilə olduqları ölkələrin müəyyən etdiyi karantin və özünü təcrid qaydalarına riayət etməyə və səfərlərdən çəkinməyə çağırırıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4415   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart