Artıq ölkələr koronavirusa görə Çini ittiham edirlər-RƏY

Artıq ölkələr koronavirusa görə Çini ittiham edirlər-RƏYKoronavirus Pakistanda da yayılır. Pakistanın səhiyyə nazirinin müavinin sözlərinə görə, virus Pakistana Çindən keçib. Pakistanda virusa yoluxanların təxminən 25 faizi 21-30 yaş arasında olan gənclərdir. Bu da onu göstərir ki, Pakistanda virusa yoluxma gənclər üçün də təhlükəlidir. Pakistandan fərqli olaraq Çində yoluxanların mütləq əksəriyyəti yaşı 65-dən yuxarı olan insanlar idi.

Mövzu ilə bağlı Sonxeber.az-a "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlama verib.

Politoloq bildirib ki, Pakistanda hazırda koronavirusa yoluxanların sayı min nəfəri keçib. Virusa yoluxanların təxminən yarısı Pakistanın cənub-şərq əyalətində yaşayan insanlardır:

"Bu günə qədər infeksiyadan ölənlərin sayı çox deyil. Ancaq təhlükənin miqyası hər an arta bilər. Pakistanda virusa yoluxanların 64 faizini kişilər, 36 faizini qadınlar təşkil edir. Maraqlıdır ki, virusun yerli yoluxma halları ümumi halların 7 faizini təşkil edir, qalan 93 faiz isə xarici ölkələrdə xəstəliyə yoluxanlardır. Bu vəziyyətdə Pakistanın yardıma ehtiyacı yaranıb. Çin Pakistana tibbi maskalar göndərib. Ancaq bu kifayət etmir. Pakistanda ciddi karantin tədbirləri görülür.

Həmçinin Çinlə regional layihələr ilə bağlı sualların sayı artıb. Koronavirusa yoluxan dövlətlərin mütləq əksəriyyəti zamanında onları xəbərdar etmədiyinə, hazırki duruma görə Çin rəhbərliyini günahkar sayır. Mütəxəssislər bir neçə il əvvəl Çinin təsis etdiyi Çin Pakistan İqtisadi Dəhlizi (CPEC) və Bir Kəmər Bir Yol təşəbbüsünün gələcəyini müzakirəyə çıxarıblar. Bəzi ekspertlər məhz bu xətt üzərində yerləşən ölkələrin koronavirusdan daha çox əziyyət çəkdiklərini bildirirlər.

Qərb mətbuatında artan yazılarda göstərilir ki, birincisi, Çin öz istehsalını artırarkən ekoloji qaydalara riayət etmir. İkincisi, Çində koronavirus bitsə də, bəzi ölkələr gələcəkdə bu ölkənin yenidən virus yayıcısına çevriləcəyindən ehtiyat edirlər. Misal üçün, koronavirusun ilk yayıldığı yer Uhan şəhərindəki heyvan bazarı sayılır. Koronavirus yayıldıqda ilk ölənlər həmin bazarın satıcıları və alıcıları oldular. Həmin bazar bağlandı. Ancaq indi həmin bazarın yenidən açıldığı və müxtəlif heyvanların yenidən satışa çıxarıldığı bildirilir.
İtaliyada koronavirus bu ölkədə çalışan ucuz çinli işçi qüvvəsindən ölkəyə yayıldı. İtaliyadakı sahibkarlar bundan sonra çinlilərdən ucuz işçi qüvvəsi kimi istifadədən imtina edəcəklər.

Çin Pakistan İqtisadi Dəhlizinin ən böyük xarici sərmayədarıdır. Çin hansı ölkədə layihə həyata keçirib, onu maliyyələşdirirsə, Pekinin əsas şərtlərindən biri çalışanların əksəriyyəti çinli olmasıdır. Pakistanda da layihənin icrasında minlərlə çinli iştirak edir. Layihəyə görə Çinin Sincan şəhərini Pakistan və İran limanları ilə relslər və magistral yolları şəbəkəsi ilə bağlamalıdır. Ancaq Çindən yayılan ölümcül koronavirus həm Pakistan, həm də İran rəhbərliyini Pekinlə bu sahədə ortaq əməkdaşlığını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. İtaliya da Çinin təsis etdiyi "bir kəmər, bir yol" layihəsinin Avropadakı əsas iştirakçısıdır. Roma da mövcud layhihədən imtina etməsə də, Çinlə bundan sonrakı təmaslarına diqqət yetirmək məcburiyyətində qalacaq. Bundan başqa Çin koronavirus səbəbindən on milyardlarla dollar itirdi. Bu səbəbdən Çinin özü də sağa-sola maliyyə xərcləməkdən imtina edəcək".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2055   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb

Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayı

18 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart
.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib:. "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. (Dilican mahalı - red.) Sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinya

19 mart