"Muzdlu işləyənlərə yardımlar olunacaq"-Deputatdan ŞAD XƏBƏR
Xəbər verdiyimiz kimi ölkə ərazidində sərtləşdirilmiş karantin rejim elan olunub. Lakin bir çoxları qaydalara əməl etmirlər. Bəziləri isə acından ölməmək üçün evdə qalmamaqla əsaslandırırlar.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, muzdlu işləyən vətəndaşların yaşadıqları rayon icra hakimiyyətində onların adı sistemləşdirilsin: "Beləliklə onların adı siyahıya əlavə edilsin. Artıq dövlətin sosial paketi açıqlanır. 300-400 mindən çox muzdlu işləyən insanlara yardım edilməsi məsələsi qoyulub. Muzdlu işləyənlərə yardımlar olunacaq. Bu məsələdə hər hansı panika yaratmağa ehtiyac yoxdur. Dövlət tərəfindən mərhələli şəkildə adımlar atılır. Kimlərinsə siyahıda adı olmayacaqsa, onlar özləri müvafiq qurumlara müraciət edib, özləri barəsində məlumat versin. Hər hansı bəhanələrlə karantin rejiminə əməl etməyənlərlə bağlı qanunların sərtləşdirilməsinə ehtiyac var. Cəzalandırılan insanlar olacaqsa onların saxlama yerləri də ayrı olmalıdır. Yəni, qadın kişi saxlama məntəqələrinin yaradılması vacibdir.Ən azı insanlar bilməlidir ki, bu məcburiyyətdən irəli gəlir. Çünki ciddi xəstəlik simptomları var. Müharibə şəraitində yaşayırmış kimi məsələyə yanaşılmalıdır. Burada vətəndaşın narahatçılığını anlamaq lazımdır. Amma bu narahatçılığa görə insanları fəlakətə sürükləmək və onların həyatını təhlükəyə atmaq olmaz".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 3801 Tarix: 01 aprel 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Arıqlamaq istəyənlər bu xəbəri oxusun!
Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl
10 iyun 2020BNA: "Avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək"
"Gündəlik müntəzəm marşrut xətləri üzrə avtobusların iş qrafikində hər hansı dəyişklik edilməyib. Avtobusların həm sayı, həm də iş qrafiki olduğu kimi qalır".. . "MediaPost" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.. .
1 aprel 2020Məşhur aparıcı efirdə həkimlərdən üzr istədi-SƏBƏB
Türkiyənin ATV kanalında yayımlanan verlişində onunla maraqlanmayan həkimləri tənqid edən Mügə Anlı tibbi işçilərindən üzr istəyib. . . Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aparıcı Mügə Anlı başında olan ağrılara görə iynə vurdurmaq üçün xəstəxanaya gedib. Lakin koronavirus
1 aprel 2020Avtobuslarda karantin qaydalarına əməl olunurmu? - VİDEO
Gündəlik olaraq insanların ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən biri sərnişindaşıma avtobuslarıdır. Elə xüsusi karantin rejimi dövründə də insanlar ən çox avtobuslardan istifadə edir. . . Bəs karantin rejimi dövründə qəbul edilən qaydalara bu ictimai nəqliyyat vasitələrində əməl edilirmi
1 aprel 2020Karantinlə bağlı canlı yayıma çıxan jurnalistin çətin ANLARI - VİDEO
Türkiyənin Rizə şəhərində karantin bölgəsində canlı yayıma çıxan jurnalistin özü xəbər olub. . . Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, karantin bölgəsində son vəiyyəti çatdırmaq üçün canlı yayıma bağlanan jurnalist çətin anlar yaşayıb. . . Belə ki, canlı yayım zamanı küçə iti ona yaxınlaşara
1 aprel 2020Baş infeksionist: "Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər"
"Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər".. . Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-ni
1 aprel 2020Səudiyyə Ərəbistandan Həcc ziyarəti ilə bağlı AÇIQLAMA
Səudiyyə Ərəbistan Həcc və Ümrə naziri Məhəmməd Salih bin Tahir Benten dünya ölkələrini, Həcc razılaşmalarının imzalanması üçün yeni növ koronavirusla bağlı (covid-19) vəziyyətin tənzimlənməsini gözləməyə çağırıb.. . Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, nazir Benten "Əl-İhbariyye"
1 aprel 2020