"Cənab prezidentimizin imzaladığı sərəncamlar insanlarımızın sosial durumunun yaxşılaşdırılmasına xidmət edir" - DEPUTAT

"Cənab prezidentimizin imzaladığı sərəncamlar insanlarımızın sosial durumunun yaxşılaşdırılmasına xidmət edir" - DEPUTAT"Dövlətimiz tərəfindən atılan bütün addımlar insanlarımızın sağlamlıqlarını qorumaqla yanaşı həm də sosial durumunun yaxşılaşdırılmasına xidmət edir".

Bunu Sonxeber.az-a danışan deputat deputat İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, bütün dünyada pandemiya kimi qəbul olunan koronavirus bütün dünya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərməkdədir:
"Cənab prezidentimiz koronavirusun ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün 1 milyard manat ayırdı.1 milyard manata yaxın vəsaitin ayrılması və dörd İşçi Qrupun yaradılmasında əsas məqsəd sahibkarların bu prosesdən minimum təsirlənməsi ilə yanaşı vətəndaşlara koronavirusun iqtisadi cəhətdən təsirini minimuma endirilməsdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamına əsasən bilirsiniz ki, elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılır. Yəni limit 100 kVt/saat artırılır. Bundan əlavə 249 min fərdi sahibkara dövlət dəstək verəcək. Ən önəmlisi isə 304 min muzdlu işçinin əmək haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Belə ki, 304 min nəfərin 106,4 min nəfəri ticarət, 87 min nəfəri xidmət, 78,8 min nəfəri sənaye, 7,8 min nəfəri nəqliyyat, 24,6 min nəfəri isə digər sektorda çalışır. Ümumilikdə bu sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur.Bütün bu qərarlar koronavirusun insanlarımızın yaşayış şəraitinə göstərəcək mənfi təsirin qarşısını almağa xidmət edir. Cənab prezidentimizin imzaladığı bu sərəncamlar və Azərbaycanın Birinici vitse-prezidenti Mehriban xanım Əliyevanın bu gün insanlara müraciəti onların xalqımızın həm sağlamlığını, həm də sosial rifahını nə qədər çox düşündüklərinin göstəricisidir. İnanıram ki, cənab prezidentimizin uzaqgörən siyasəti və atdığı mühüm addımlar sayəsində pandemiyanın iqtisadiyyatımıza təsirini azaldacaq. Koronavirusdan canımızı qurtarmaq üçün insanlarımızın üzərinə böyük məsuliyyət düşür. Çünki ölkə başçısı və dövlətimiz tərəfindən koronavirus əlehinə çox ciddi addımlar atır. İnsanlarımızın Operativ Qərərgahın qərarlarına, şəxsi gigiyena qaydalarına riayət etməsi vacibdir. Belə olan halda biz bu bəladan tezliklə qurtula bilərik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2178   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel