"İlham Əliyev dövlətini və xalqını düşünən ölkə başçısısdır"-Deputat

"İlham Əliyev dövlətini və xalqını düşünən ölkə başçısısdır"-Deputat"Cənab prezident dövlətini və xalqını düşünən ölkə başçısısdır".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, bu gün bütün dünya eləcə də Azərbaycan dövləti pandemiya kimi qəbul olunan koronavirusla mübarizə aparır: "Təəssüf ki, bu virus bir çox dövlətlərin iqtisadiyyatına və insanların yaşayışına mənfi təsir göstərib. Cənab prezidentimizin uzaqgörənliyi sayəsində koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaqla yanaşı, həm də iqtisadiyyatımıza təsirinin azadılması istiqamətində çox mühüm addımlar atıldı və atılmaqda da davam edilir. Bilirsiniz ki, yanvarın 24-də koronavirusla bağlı Operativ Qərərgah və Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. İlk olaraq o fonda dövlət tərəfindən 2 milyon manat ayrıldı. Daha sonra cənab prezidentimiz və Azərbaycanın Birinci Vitse-prezidenti bir illik əmək haqqılarını bağışladı. Ən önəmlisi isə koronavirusun ölkə iqtisadiyyatına təsirinin azadılması üçün büdcədən 1 milyard manat ayrıldı və dörd İşçi Qrupun yaradılıldı. Cənab prezidentimizin verdiyi bu qərarlar insanlarımızı koronavirusdan qorumaqla yanaşı, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bilirsiniz ki, ölkə ərzisində aprelin 20-nə kimi ciddi rejimli karantin elan olunub. Bir çox iaşə obyektlərin fəaliyyəti dayandırılıb. Təbii ki, bu bir çox insanları narahat edirdi. Bu gün ölkə başçısı cənab İlham Əliyev daim xalqının yanında olduğunu bir daha sübut etdi. Belə ki, cənab prezident İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamına əsasən hazırlanmış "Pandemiyadan zərər çəkmiş sahələrdə əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı"na uyğun olaraq 304 min muzdlu işçinin əmək haqları dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Bundan əlavə Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılaraq limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılır. Bütün bu qərarlar dövlət başcısı cənab İlham Əliyevin xalqımıza göstərdiyi qayğının göstəricisidir. İnanıram ki, cənab prezidentimizin və dövlətimizin atdığı bu mühüm addımlar özünün müsbət nəticəsini göstərəcək və tezliklə koronavirus bəlasından canımızı qurtaracağıq. Əlbəttə bunun üçün insanlarımızın Operativ Qərərgahın verdiyi qərarlara əməl etməsi və mümkün qədər evdən çıxmaması vacibdir. Məndə insanlarımızdan xahiş edirəm ki, vacib olmadıqca evdən çıxmasınlar. Onlar bu addımları ilə özləri ilə yanaşı, yaxınlarını və bütün Azərbaycan cəmiyyətini qorumuş olarlar".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2604   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021