Baş infeksionistdən metil spirtindən ölənlərlə bağlı: "İçmək üçün koronavirusu bəhanə ediblər"
Xəbər verdiyimiz kimi, martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Metil spirti" zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib. Onlardan 4-nün öldüyü bildirilib.
Bununla bağlı Sonxeber.az-a danışan Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev açıqlama verib. O, həmin insanların koronavirusu bəhanə edərək spirt içmək istədiklərini bildirib:
"Ölkəmizdə "Metil" spirtini 3 ay bundan əvvəl də qəbul edərək, dünyasını dəyişənlər var idi. Təkcə metil spirti deyil, adi spirt, lap olsun araq içmək koronavirusdan qorumur. Əksinə, bu vasitələr daxilə qəbul olunarsa, immun sistemi aşağı düşər, virusun təsiri daha güclü olar. Ona görə də "spirt bizi koronavirusdan qoruyacaq" fikri tamam yanlış fikirdir".
Baş infeksionist Cəlal İsayev həmçinin, koronavirusa görə insanların bəzi təbii qidalara üstünlük verməsindən də danışıb. Həkim sarımsaq və bəzi tərəvəz məhsullarının koronavirusdan qoruyucu effektə malik olmadığını bildirib:
"Sarımsaq və digər vasitələr koronavirusa yoluxmaya heç bir müsbət təsirə malik deyil. Sarımsaq, soğan antioksidantdır. Qəbul etdiyimiz bitki tərkibli qidaların və vasitələrin insanın orqanizminə immun sistemini gücləndirmək nöqteyi- nəzərindən xeyri var, amma virusa təsiri yoxdur. Orqanizmin ümmun sistemi güclü olarsa, virusa qarşı müqaviməti də güclü olar".
Şəlalə Babayeva
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3311 Tarix: 02 aprel 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşFirəngiz Mütəllimova Xocalıda - Foto
Xalq artisti Firəngiz Mütəllimova bu dəfə Xocalıya yollanıb. Axşam.az xəbər verir ki, aktrisa çəkdirdiyi şəkli instaqram izləyiciləri ilə bölüşüb. "Bu günə şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm" deyə, F.Mütəllimova paylaşımına yazıb
23 aprelSabah Bakıda 29° isti olacaq
Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
23 aprelMəktəb direktoru həmin qadından 300 min alıbmış
Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlüSamirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini
23 aprelPaytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
23 aprelMəktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi
Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı
23 aprelElçin Əfəndiyev əməliyyat olunub
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib
22 aprel"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar
Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla
23 aprel