Məşhur professordan ŞOK İDDİA: Koronavirusun mənbəyi Uhan deyil, daha əvvəl... - FOTO
Dünyanın 220-dən çox ölkəsinə yayılan yeni tip koronavirusun qaynağı Çinin Uhan şəhəri deyil.
Bunu amerikalı elm adamı, Tulane Universitetinin tibb fakültəsinin professoru Robert Gerri iddia edib.
Onun sözlərinə görə, Uhandakı dəniz məhsulları bazarı Kovid-19-un qaynağı deyil. Virusun ilk mənbəyi var.
Gerri yarasada tapılan yeni tip koronavirusun səth proteinində yaşanan mutasiyanın pandemiyaya çevrilməsində əhəmiyyətli səbəb ola biləcəyini, lakin bugünkü vəziyyətə gəlmədən əvvəl bu tip virusun daha zəif versiyasının insanlar arasında bir neçə ildir ki, yayıldığını bildirib.
"Nature Medicine" dərgisində yayımlanan araşdırmanın həmmüəllifi olan R.Gerri ABC kanalına verdiyi müsahibədə Kovid-19 ilə yarasada aşkarlanan yeni virus arasında 96% bənzərlik olduğunu vurğulayıb.
"Analizlərimiz və digər bəzi analizlər bundan daha erkən qaynağın olduğuna işarə edir. Uhandakı o bazarda dəqiq xəstəlik ola bilər. Amma bazar koronavirusun qaynağı deyil", - professor bildirib.
ABŞ Milli Səhiyyə İnstitutunun direktoru Frensis Kollins də şəxsi sosial media hesabından etdiyi paylaşımda məqalədəki görüşü dəstəklədiyini ifadə edib. Kollinsin fikrincə, koronavirus hətta onillər öncə heyvandan insana keçib və ciddi xəstəliyə səbəb olacaq dərəcədə təkamül edib.
Qeyd edək ki, COVID-19-un Çinin Uhan şəhərindəki "Huanan" dəniz məhsulları bazarında ortaya çıxdığı və dünyaya yayıldığı bildirilir. 802 mindən çox insanın yoluxduğu virusun yarasadan, ilandan və panqolindən keçdiyi iddia edilir./publika.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 9823 Tarix: 02 aprel 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl
18 aprelQarabağdan yeni görüntülər
İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda
18 aprel"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı
"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə
18 aprelAAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi
Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal
18 aprelAğır qəzaya düşən Aytən Səfərovanın son VƏZİYYƏTİ
Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir. Bu barədə -a TƏBİB-dən bildirilib. Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabi
18 aprel