Aprel döyüşləri münaqişəyə necə təsir etdi-Politoloq RƏYİ

Aprel döyüşləri münaqişəyə necə təsir etdi-Politoloq RƏYİ2016 yadda qalan il oldu. Cəbhə bölgəsində 4 günlük döyüşlər Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdı. "Əgər 4 günlük döyüşlə strateji yüksəkliyi geri qaytarmaq və 20 ildən çoxdur ki, boş qalan kəndi məskunlaşdırmaq mümkündürsə, işğal altındakı başqa əraziləri də azad etməyə gücümüz çatar" fikri cəmiyyətdə hakim oldu. Ancaq 2016-cı ildə ümidlə yanaşı ümidsizlik də yaşandı. Aprel savaşından sonra böyük dövlətlərin işğalçıya təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına olan ümidlər özünü doğrultmadı. Bəlli oldu ki, hətta müharibə təhlükəsi də həmsədr dövlətlər – Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları Ermənistan hakimiyyətini yola gətirməyə kifayət etmir. Aprel döyüşlərindən az sonra vasitəçilərin iştirakı ilə prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri nəticəsiz qaldı.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu analizdən yaranan sualları Sonxeber.az saytı üçün geniş təhlil edib.

Rusiyanın aprel döyüşlərinə reaksiyası necə oldu?

Rusiya aprel döyüşlərindən sonra Ermənistana dəstəyini artırdı. Rusiya Ermənistanda əvvəlcə "İsgəndər" raketlərini yerləşdirdi, daha sonra silah almaq üçün İrəvana 200 milyon dollar kredit verdi. Bunların mənası o idi ki, Rusiya Ermənistanın Azərbaycan qarşısında zəif duruma düşməsini istəmir.

"Lavrov planı" var idimi?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aprel döyüşlərindən dərhal sonra Bakıda və İrəvanda oldu. Bundan sonra mətbuatda belə xəbərlər yayıldı ki, guya Lavrov plan hazırlayıb. Ancaq Lavrov aprelin 22-də İrəvanda mətbuat konfransında dedi ki, Rusiyanın münaqişənin həlliylə bağlı yeni planı və təklifləri yoxdur. Bu o demək idi ki, Moskva Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilkin şərt irəli sürülmədən azad olunması məqsədilə İrəvana təsir etmək fikri yoxdur.

Vaşinqtonun reaksiyası necə oldu?
ABŞ-ın o zamankı dövlət katibi Con Kerri arpelin 25-də Azərbaycan və Ermənistan prezidentlərinə zəng etdi. Telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyindən danışıldı. Bu telefon zəngi Moskvaya mesaj idi ki, "Cənubi Qafqazda biz də varıq". Buna baxmayaraq, Vaşinqton sonrakı aylarda və illərdə münaqişənin həlli məqsədilə fəallığını artırmadı.

Aprel döyüşlərindən sonra Ermənistan ordusunda nələr baş verdi?

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan aprel döyüşlərində ordunun böyük itkilər vermədiyini bəyan etsə də, aprelin 26-dan başlayaraq orduda ciddi kadr dəyişiklikləri həyata keçirildi. Serj Sərkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarətetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Miradyan və Ermənistan silahlı qüvvələri baş qərargahının kəşfiyyat idarəsinin rəsidi, general-mayor Arşak Karapetyan vəzifələrindən azad edildilər. Bu istefalar Ermənistan ordusunun aprel döyüşlərində verdiyi itkilərdən və korrupsiyadan xəbər verirdi.

BMT baş katibi Bakıya niyə gəlmədi?

Aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Alobal Forumu keçirildi. Forumda 140-dan artıq dövlətin nümayəndəsi iştirak edirdi. Tədbirdə BMT-nin o zamankı baş katibi Pan Gi Munun da iştirakı gözlənilirdi. Ancaq o Bakıya gəlmədi, bunun əvəzinə forumda onun video-müraciəti yayınlandı. Pan Gi Mun Azərbaycanla yanaşı Ermənistana da səfərini təxirə saldı. Pan Gi Mun bu təxirə salmaları "təcili işləri" ilə əlaqələndirdi. BMT baş katibi Bakıya gəlsəydi, ona ciddi suallar veriləcəkdi, məsələn deyiləcəkdi, bu beynəlxalq təşkilat özünün qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini niyə təmin etmir? Pan Gi Munun İrəvana səfərinin təxirə salınmasını isə onunla izah etmək olardı ki, o tərəflər arasında balans saxlamaq istəyib. Bundan başqa o İrəvana getsəydi, rəsmi İrəvan onu "erməni soyqırımı" abidəsinə əklil qoymağa məcbur edəcəkdi. Bu isə Türkiyə və Azərbaycanda narazılıqla qarşılanacaqdı. Ona görə də BMT baş katibi başı ağrımasın deyə həm Bakıya, həm də İrəvana səfərdən imtina etdi.

ATƏT sədri nə etdi?

Aprel döyüşləri zamanı ATƏT-in sədri Almaniya idi. Bu ölkənin o zamankı xarici işlər naziri Valter Ştaynmayer Bakıda və İrəvanda oldu. Ştaynmayer açıq etiraf etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilməyəcəklər. Ancaq Ştaynmayer Bakıda Qarabağdan olan məcburi köçkünlərlə görüşündə dedi ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşlərini təşkil edəcəklər. Berlin bu vədini də yerinə yetirmədi və ya yerinə yetirə bilmədi.
Beləliklə, aprel döyüşləri Azərbaycan ordusunun gücünü göstərsə də, münaqişənin həllini sürətləndirmədi. Böyük dövlətlərin və beynəlxalq təşkilatların 4 günlük müharibəyə reaksiyası onu göstərdi ki, onları münaqişənin həlli yox, tərəflərin atəşkəsə riayət etməsi maraqlandırır. Bu isə Azərbaycanın maraqlarına ziddir. Ona görə gələcəkdə aprel döyüşlərinin təkrarlanması ehtimalı yüksək olaraq qalır.

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1029   Tarix: 02 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel