İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldıBu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının "icaze.e-gov.az" portalında yerləşdirilməsinə başlanılıb.

"Report" xəbər verir ki, portal artıq saat 10:00-dan etibarən işə düşür.

Belə ki, müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları bu saatdan etibarən "icaze.e-gov.az"a daxil etməlidirlər.

Qeyd edək ki, aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

- dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları;

- Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

Həmçinin "ASAN Könüllüləri" İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, "Aqrar İnkişaf Könüllüləri" Hərəkatı, "Bir" tələbə-könüllüləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol verilir.

Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

Eyni zamanda vətəndaşların fərdi qaydada evdən çıxmaları isə yalnız müvafiq bildiriş kodunu 8103 nömrəsinə SMS göndərməklə təmin ediləcək. Bu sistem isə aprelin 5-dən işə düşəcək.

Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, "icaze.e-gov.az" portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün 8103 SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Belə ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycanda 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək hərəkət məhdudiyyətləri tətbiq edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1600   Tarix: 03 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Əməkdar məşqçi vəfat etdi

Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd

19 aprel