İqtisadiyyatımızı koronavirus təsirindən qorumaq üçün hansı addımlar atıla bilər?-RƏY

İqtisadiyyatımızı koronavirus təsirindən qorumaq üçün hansı addımlar atıla bilər?-RƏYÇində yaranan yeni növ koronavirus epidemiyasının artıq 200-dən çox ölkəyə yayıldığı bildirilir. Virusun qarşısını almaq üçün ölkələr müxtəlif ciddi tədbirlər həyata keçirirlər. Belə ki, başlıca tədbirlərdən biri də ölkələr arasında sərhədlərin müəyyən müddətlik bağlanması, səyahət, gediş-gəliş, idxal, ixrac kimi məsələlərin dayandırılmasıdır. Bu tədbirlər çərçivəsində hava nəqliyyatı, turizm və bu kimi bir çox sahələr, xüsusilə xidmət sektoru çox çətin bir dövrdən keçir. Koronavirus epidemiyasının yaratdığı böhrandan ən çox təsirlənənlər arasında özünüməşğulluq və biznes sahibləri də var. Həm idxalın, həm də ixracın azalması dünyanın bütün iqtisadiyyatlarının çox çətin bir dövrə qədəm qoyduğunu göstərir.Bəzi xarici iqtisadçılar bu cür fövqəladə böhranla mübarizə və mənbə tapmaq üçün pul çap etmək kimi addımlar atmağı tövsiyə etsələr də, bəzi ekspertlər bu addımın infilyasiya yaradacağı ilə bağlı xəbərdarlıq ediblər. Onlar bu çətinliyi aşmaq üçün xarici qaynaqların tapılacağını söyləyirlər.

Azərbaycan iqtisadiyyatında koronavirüsün yaratdığı böhranla mübarizə etməsi üçün atılması lazım olan addımlarla bağlı iqtisadçı-ekspert Elşad Məmmədov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, hazırkı iqtisadi şəraitdə ölkədə çox ciddi sosial-iqtisadi paket həyata keçirilməlidir:

"Bu sosial paket çərçivəsində bir tərəfdən sosial yönümlü tədbirlər, yəni, əhalinin sosial vəziyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər reallaşdırmalıdır. Digər tərəfdən isə kəskin şəkildə iqtisadiyyata investisiyaların daxil olunmasının artımı təmin olunmalıdır. Bunun üçün biz pul kütləsinin artımına şüphəsiz ki, getməliyik. Amma pul kütləsinin artımı sadəcə pul çap etməklə, pul ayırmaları ilə deyil, pul kütləsinin düzgün idarə edilməsi, real iqtisadi sektora pul kütləsinin çatması ilə bu proses həyata keçirilməlidir. Ona görə də ən önəmli məsələlərdən biri ölkədə həyata keçirilən makroiqtisadi idarəetmə siyasətində məhz pul kütləsinin düzgün idarə olunması və Azərbaycanda daxili investisiya imkanlarının ölkə iqtisadiyyatının dayanıqlı inkişafına xidmət göstərməsi ilə bağlı olmalıdır.

Daxili investisiya resursları kəskin artırılmalı, daxili kreditləşmə institutu kəskin şəkildə genişləndirilməlidir. Amma bir şərtlə ki, bu kreditləşmə yumşaq şərtlərlə məhz real sektora istiqamətlənsin. Əks halda əgər bu kreditləşmə maliyə köpüklərində, valyuta, istehlak bazarında öz əksini tapacaqsa bu milli iqtisadiyyatımızda kifayət qədər ciddi problemlərin yaranmasına şərait yarada bilər. Ona görə mən düşünürəm ki, ən mühüm məqamlardan biri də yaxın zamanda pul kredit siyasəti, pul kütləsinin idarə olunması, investisiyaların real sektora çatması, innovativ iqtisadiyyatının qurulması ilə bağlı adekvat iqtisadi idarəetmə siyasətinin həyata keçirilməsidir ki, bu siyasət nəticəsində Azərbaycan iqtisadiyyyatının dayanıqlığını qorumaq mümkündür".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1551   Tarix: 03 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021