Nazirlikdən İnternetin verilməsi ilə bağlı AÇIQLAMA: "Vəziyyətlə bağlı ciddi tapşırıqlar verilib"

Nazirlikdən İnternetin verilməsi ilə bağlı AÇIQLAMA: "Vəziyyətlə bağlı ciddi tapşırıqlar verilib"Danılmazdır ki, insanların hava, su qədər ən böyük istifadə etdiyi resurs internetdir. Koronavirus (COVİD -19) pandemiyasının ölkəmizdə yaratdığı mövcud duruma görə bu gün əhaliyə suyun verilməsində müəyyən güzəştlər tətbiq olundu. "Azərsu" martın 24-dən etibarən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunmasını müvəqqəti dayandırıb. İnternetin verilməsində güzəştlər tətbiq ediləcəyi də diqqət mərkəzində olan suallarındandır.

Bununla bağlı Sonxeber.az-a danışan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin mətbuat katibi Günel Gözəlova mövcud vəziyyətlə əlaqədar nazirlik tərəfindən müvafiq qurumlara ciddi tapşırıqların verildiyini açıqlayıb:

"Ümumiyyətlə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi tərəfindən pandemiya dövründə, nəqliyyat, poçt, internet və mobil rabitə, eləcə də televiziya və radio yayımının keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlarımıza çox ciddi tapşırıqlar verilib. Hazırda naziriliyin nəzarətində olan digər sahələrlə yanaşı telefon, internet xidmətinin fasiləsiz olması ciddi nəzarətdə saxlanılır. Tam əmin ola bilərsiniz ki, müvafiq qurumlarımız, istər "Aztelekom", istər "Baktelekom" vəziyyətlə bağlı ciddi tapşırıqlar alıblar. Bizə gələn müraciətləri yerindəcə həll edirik ki, vətəndaş evdən çölə çıxmasın. Əsas məqsədimiz budur. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə telefon, internetlə bağlı müvafiq qurumların problemləri olarsa 155, 170, 122 Çağrı Mərkəzlərinə müraciət edə bilərlər. Şikayət təmin olunmazsa, nazirliyin 16 55 Çağrı Mərkəzinə, eləcə də sosial media hesablarımıza müraciət edə bilərlər".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 16440   Tarix: 03 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başq

18 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel
.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel
.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel
.

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18 aprel