Koronavirusa yoluxan Neftçala sakini: "Nəfəs almaq mənim üçün çətin idi..."

Koronavirusa yoluxan Neftçala sakini: "Nəfəs almaq mənim üçün çətin idi..."Azərbaycanda bu günə qədər 443 koronavirusa yoluxma halı təsdiqlənib. Onlardan 32-si sağalıb, beşi isə ölüb. 406 xəstənin müalicəsi davam edir.

Media.Az koronavirus infeksiyası aşkarlanan Azərbaycan vətəndaşlarından biri ilə danışa bilib.

Hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasında olan 32 yaşlı Neftçala rayon sakini adının açıqlanmamasını istəyib.

- COVID-19-a harada və necə yoluxduğunuzu təxmin edə bilirsiniz?

- Heç bir fikrim yoxdur. Karantin elan edilməmişdən əvvəl, bir çox obyekt hələ bağlanmamış mən aktiv həyat tərzi keçirirdim: gəzir, bazara və dükanlara gedirdim. Düşünürəm ki, koronavirusa yoluxmuş şəxsin təmasda olduğu səthə toxunduqdan sonra əllərimi gözlərimə və ya ağzıma vurmuşam, axı buna nəzarət etmək çətindir.

- Virusun ilk əlamətlərini nə vaxt hiss etdiniz?

- Martın 26-da özümü pis hiss etdim. Nəfəs almaq mənim üçün çətin idi, boğulma tutmaları oldu, temperaturum bir az yüksəldi. Həmin gün İtaliyada və İspaniyada insanların koronavirusdan kütləvi şəkildə öldüyü barədə çoxlu xəbərlər oxudum və təlaşa düşdüm. Koronavirusa yoluxduğum barədə fikirlər məni rahat buraxmırdı. Nə qədər həyəcan keçirirdimsə, bir o qədər də halım pisləşirdi.

- Təcili yardım çağırdınız?

- Mediada yazırdılar ki, nəfəs almada çətinləşmə və yüksək qızdırma olarsa, təcili tibbi yardıma müraciət etməliyik. Anladım ki, həqiqətən də, məndə koronavirus varsa, digər insanları da yoluxa bilərəm. Əvvəldən səhhətim barədə məlumat verməklə həkim çağırdıq.

- Koronavirus testindən keçdiniz?

- Bəli, həkimlər boğazımdan yaxma götürdülər, otaqdan çıxmağı və digər ailə üzvləri ilə təmasda olmağı qadağan etdilər. Yaşadığım evin həyətində yaşamaq üçün hər cür şəraiti olan otaq var. Mən analizin nəticəsi bilinənə qədər bir müddət özünütəcrid məqsədi ilə ora köçdüm. Bu müddət ərzində temperaturum gah yüksəlirdi, gah da sabitləşirdi. Özümü çox pis hiss etdiyimi deyə bilmərəm.

- Cavabı nə vaxta qədər gözləməli oldunuz?

- Martın 31-də həm təcili yardım maşını, həm də polis gəldi. Dedilər ki, təcili olaraq məni karantinə almaq lazımdır, çünki testdə koronavirusa yoluxduğum təsdiqlənib. Beləliklə, məni Masallı Rayon Mərkəzi Xəstəxanasına apardılar.

- Ailəniz də karantinə alındı?

- Bəli, amma xəstəxanada yox. Onlar evdə özünütəcrid vəziyyətindədirlər. Onlardan da COVID-19 testi götürülüb, amma nəticələr hələ bilinmir. Ümid edirəm ki, mənfi olacaq.

- Müalicəniz necə keçir?

- Özümü yaxşı hiss etdiyimə və temperaturumun 38 dərəcədən çox olmamasına görə mənə dərman vermirlər. Məni daha çox müşahidə altında saxlayırlar, vəziyyətimə nəzarət edirlər. Burada qalmağımın əsas məqsədi karantin tədbiridir. Başqalarına yoluxdurmamağım vacibdir.

- Vəziyyətinizi təsvir edin...

- Tipik simptomlarım yoxdur: başım ağrımır, başgicəllənməm, qusma və ishal yoxdur, boğazım ağrımır, burnum tıxanmır, dad və qoxu hiss edirəm, hətta öskürək belə olmur. Yeganə problemim qızdırma və zəiflikdir.

- Xəstəxana şəraiti necədir?

- Hər şey məni qane edir. Vəziyyətim mütəmadi yoxlanılır, temperaturum ölçülür, testlər üçün qan verdim. Səhiyyə işçilərinin qayğısını hiss edirəm. Bütün xəstələrə çox nəzakətlə davranırlar. Bizə vaxtında yemək verirlər. Yalnız şüşə butulkada olan su içirik. Palatalar təmir olunub, təmizdir. Mənə izah etdilər ki, mənim vəziyyətimdə dərmanlara ehtiyac yoxdur, çünki bədənim cavandır, virusa uğurla müqavimət göstərir və hər şey nəzarət altındadır.

- Bəzi insanlar təcrid olunmaqdan qorxaraq, təcili yardım çağırmırlar...

- Karantindən qorxmayın. Burada pis bir şey yoxdur. Bu, cəmiyyətin təhlükəsizliyi, Azərbaycanda insanların sağlam qalması üçün edilir. Məsuliyyətli olmalı və yalnız özünüzü deyil, yaşlılar və xroniki xəstəlikləri olan insanları da düşünməlisiniz. Normal vaxtlarda hərarətiniz varsa, heç kim sizi təcrid etməz.

- Oxucularımıza nə demək istərdiniz?

- Güclü immuniteti olan gənclər koronavirusa yaxşı tab gətirirlər. Düşünürəm ki, hətta xəstələndiyini fərq etmədən sağalan insanlar var. Mənim tövsiyəm təlaşa düşməmək, hər şeyə məsuliyyətlə yanaşmaq, ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq üçün həkimlərin və hökumətin bütün tapşırıqlarına əməl etməkdir.

Xəstəliyi asan keçirə bilərsiniz, ancaq ehtiyatsızlıq səbəbindən zəif immunitet sistemi olan insanları yoluxdurarsınız, hansı ki, hətta ölümlə nəticələnə bilər. Küçəyə çıxmamağa çalışın, çünki insanlar COVID-19-a yoluxduğunu anlamaya bilər. Bütün azərbaycanlıları əlləri yumaq və spirtləmək, özünütəcrid barədə tövsiyələrə əməl etməyə çağırıram.

Həmçinin, insanlardan koronavirusa yoluxanlara dəstək olmalarını xahiş etmək istərdim. Mənəvi dəstək bizim üçün çox vacibdir. Bu, təlaşa düşməməyimizə kömək edir. Yaxınlar, qohumlar, dostlar nə qədər tez-tez zəng etsələr, maraqlansalar, özümü bir o qədər yaxşı hiss edirəm, xəstəlik daha az yadıma düşür.

Əgər belə dostlarınız varsa, onda videozəng etmək üçün ərinməyin, axı bu, çox ucuzdur. Təsəvvür edin ki, illərlə görmədiyim insanlar mənə zəng edir. Məsələn, dünən mənimlə paralel sinifdə oxuyan tanışım zəng edib. O, mənim nömrəmi tapıb və dəstək üçün mənimlə əlaqə saxlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3689   Tarix: 04 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17 aprel
.

Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl

18 aprel
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18 aprel
.

"WhatsApp"da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO

"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər. -in məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək. Belə ki, messencer

17 aprel
.

Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar. xəbər verir ki, sənədi 206 nəfər imzalayıb. Məktubda deyilir:. "Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,. Biz - Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərini

18 aprel
.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel
.

Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? . Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev -a açıqlama verib. Eksper

18 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel