Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkiləri" tanımadıqlarını bildiriblər

Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkiləri" tanımadıqlarını bildiriblərMəlum olduğu kimi, hazırkı dövrdə hamımız üçün beynəlxalq əlaqələrin həyata keçirilməsi o qədər də asan deyil. Çünki dünyada baş verən hadisələr, xüsusilə koronavirus pandemiyası ilə əlaqədar həyat tərzimizin dəyişməsi tamamilə yeni reallıqların gündəmə gətirilməsini şərtləndirib. Bu nöqteyi-nəzərdən, beynəlxalq təşkilatlar da kənarda qalmayıb. Bildiyiniz kimi, beynəlxalq təşkilatların bir qismi artıq fəaliyyətlərini tam, bəziləri isə qismən dayandırıb. Beynəlxalq təşkilatlarda işin nə vaxt normal şəkildə bərpa olunacağı hələ bilinmir. Ancaq buna baxmayaraq, bizim üçün Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqi, xüsusilə də xarici siyasətin aparılması prinsipləri ilə bağlı fikirləri əsasdır.

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov deyib: "Beynəlxalq münasibətlərin faktiki onlayn rejimə keçdiyi indiki vəziyyətdə də biz öz fəaliyyətimizi davam etdiririk. Xüsusilə bu fəaliyyət ona görə vacibdir ki, bəzi qüvvələr hətta belə bir vəziyyətdən istifadə edə və Azərbaycana qarşı hər hansı təxribatla məşğul ola bilərlər. Bildiyiniz kimi, bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin subyektivliklə dolu və əməkdaşlıqdan uzaq mövqeyi ilə əlaqədar AŞPA-nın prezidentinə və həmməruzəçilərin özlərinə kəskin məktub göndərmişdik. Məktubda qeyd edilib ki, bu cür əməkdaşlıq mümkün deyil, ikitərəfli əlaqələr, ilk növbədə, bir-birimizlə məsləhətləşmə, fikir mübadiləsi, dialoq yaradan addımlarla müşayiət olunmalıdır. Xüsusilə vurğulanıb ki, baxmayaraq ki, AŞPA Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa məşğul olmur və bu mandat ATƏT-in Minsk qrupundadır, Avropa Şurası və onun Parlament Assambleyası bu məsələ ilə bağlı münasibəti 2005-ci ildə qəbul etdiyi 1416 nömrəli qətnamədə birmənalı şəkildə bildirib".

Dünən axşam Avropa Şurası Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Rocer Qeyldən məktub aldığını diqqətə çatdıran Səməd Seyidov deyib ki, həmin məktubda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilmiş qondarma "seçkilər"lə bağlı həmməruzəçilərin bəyanatı əks olunub. Bəyanatda həmməruzəçilər AŞPA-nın 1416 saylı qətnaməsini tam şəkildə dəstəkləyir və eyni mövqedən çıxış edərək Dağlıq Qarabağ kimi qeyri-qanuni bir qurumu tanımadıqlarını bildirirlər. Bundan başqa, həmməruzəçilər ATƏT-in Minsk qrupunun 31 mart tarixli bəyanatını tam şəkildə dəstəklədiklərini vurğulayaraq ona qoşulduqlarını bildirirlər. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağda keçirilmiş "seçkilər"in tanınmaması və həmin seçkilərin ümumi regiona xələl gətirməsi ilə bağlı bəyanat yaydılar.

Milli Məclisin komitə sədri deyib ki, AŞPA Monitorinq komitəsinin belə bir bəyanatı bizim üçün vacibdir: "Çünki bir çox hallarda biz görürük ki, bəzən bu məruzəçilər insan haqları ilə bağlı məsələləri qaldırırlar, ancaq Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün insan haqlarının pozulması məsələsində hansısa bəhanələr ortaya qoyaraq fikir bildirmirlər. Hesab edirəm ki, Azərbaycanın konkret və açıq münasibəti, dövlətimizin başçısı tərəfindən bizə tövsiyə olunduğu kimi, milli maraqlarımıza uyğun siyasətin yürüdülməsi, eləcə də bizim AŞPA prezidentinə ünvanladığımız məktubda əks olunan fikirlər məhz həmməruzəçilərin belə bir reaksiyasına əsas yaratdı. İkincisi, AŞPA-nın prezidenti də bizə bu yaxınlarda ünvanladığı məktubda məruzəçilərin Azərbaycan nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə əməkdaşlığının konstruktiv şəkil təşkil olunmasını əlaqələrin inkişafı üçün ən əsas məqamlardan biri kimi qiymətləndirib. Hesab edirəm ki, AŞPA-nın yeni prezidentinin bu fikri dəstəklənməlidir.

Bir sözlə, Azərbaycan üzrə həmməruzəçilərin göndərdikləri məktub, həmin məktubda Dağlıq Qarabağın müstəqil qurum kimi tanınmaması, işğalçı rejimin qeyri-legitim olması, ATƏT-in Minsk qrupunun bəyanatına tam dəstək verilməsi ilə bağlı ifadə olunan mövqe bizim konkret, açıq, səmimi və sərt mövqeyimizin nəticəsidir".

Xatırladaq ki, bir çox dövlətlər, beynəlxalq və regional təşkilatlar, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, ATƏT Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, indi də AŞPA Dağlıq Qarabağda keçirilən "seçkilər"in qeyri-qanuni və qeyri-legitim hesab olunduğunu bildiriblər. Həmin dövlətlər və təşkilatlar bu "seçkilər"i heç bir halda tanımadıqlarını bəyan ediblər. Bununla da Ermənistanın növbəti seçki şousu yenidən iflas oldu.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 839   Tarix: 04 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayə

20 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - Video

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. "Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı İTV süjet hazırlayıb. Bildirilib ki, belə olan halda müştərilər aldıqları məhsul haqda zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Dah

20 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel