Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı

Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı"Azərbaycanda internetin sürəti ilə bağlı sosial şəbəkələr və digər mənbələrdə müxtəlif fikirlər səslənir. Biz də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq bunu ciddi şəkildə izləyirik.

Sonxeber.az xəbər verir ki, bunu "Real TV"-də yayımlanan "Real intervyu" verilişinə müsahibəsində nazir müavini Elmir Vəlizadə bildirib. Onun sözlərinə görə, nazirliyin zəng mərkəzi mövcuddur və istifadəçilər belə hallarla rastlaşdıqda Bakı şəhəri üzrə 155, rayonlar üzrə 1655 telefon nömrəsinə zəng edə bilərlər.

"Araşdırmalar göstərir ki, Bakı şəhərində internetlə bağlı şikayətlərin sayı günbəgün azalır. Müraciət olunan bütün problemləri nazirliyin əməkdaşları diqqətdə saxlayırlar. Hər bir müraciətə operativ reaksiya verilir, evlərə gedilir".

E. Vəlizadə qeyd edib ki, evlərə gedən əməkdaşların hamısı fərdi qoruyucu tibbi maskalardan və əlcəklərdən istifadə edirlər: "İstəmirik ki, bizim fəaliyyətimizdə müəyyən qədər problemlər yaransın. Onlar həm özlərini, həm də getdikləri ailələri qoruyurlar. Hər bir müraciət araşdırılır və çox operativ reaksiya göstərilir".

Nazir müavini bildirib ki, ancaq vətəndaş bilməlidir ki, onların xüsusən sabit telefon xətləri və fiberoptik xətlərlə aldıqları tutum dəyişməyib: "Ancaq evlərdə istifadəçiləri sayı artıb. Ola bilər ki, bu səbəbdən sürətin azalmasını hiss etsinlər. Heç kim evdə qalaraq özünün internet sürətini və tutumunu artırmayıb, əksinə istifadəçi sayı artıb. Artım var və biz də bu artımı müşahidə edirik. Ancaq bu artım kritik həddə deyil. Ölkəmizin beynəlxalq internet tutumu çox böyük bir həcmdədir. Biz hazırda bu tutumun heç yarısını da istifadə etmirik. Bunun üçün də istifadəçilər bu internetdən öz tələbatları üçün rahat şəkildə istifadə edə bilərlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6232   Tarix: 04 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

20 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar - FOTO

Rusiya sülhməramlı kontingentinin növbəti bölmələri Azərbaycan ərazisini tərk etmək üçün bu gün Goran stansiyasında cəmləşiblər. Bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib. "2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasını

20 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel