Azərbaycanda karantin rejim uzadıla bilərmi? - Deputatdan AÇIQLAMA

Azərbaycanda karantin rejim uzadıla bilərmi? - Deputatdan AÇIQLAMAXəbər verdiyimiz kimi bu gün 78 nəfər koronavirusa yoluxub. Bununla da Azərbaycanda koronavirusa yoluxanların sayı 521-ə çatıb. Aprelin 20-nə kimi koronavirusun Azərbaycan ərazisində yayılmasının qarşı alınmasa karantin rejimin müddəti uzadıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Nəsib Məhəməliyev bildirib ki, hər birimiz gündəlik həyatımızda, gündəmin bir nömrəli məsələsi olan,koronovirusun inkişaf dinamikasını həyəcanla izləyirik: "Hökumət pandemiyanın yayılmasının qarşısını almaq üçün silsilə şəklində təsirli tədbirlər görür. Kütləvi informasiya vasitələri dünyanın müxtəlif ölkələrində ğörülən tədbirlər və yeni yoluxan,müalicə olunanlar və itkilər barədə statistik məlumatları əhalinin nəzərinə çatdırırlar. Ümumiyyətlə informasiya qıtlığı yoxdur və tam əksər ölkələrin tanınmış mütəxəssislərinin məsləhətləri ondan ibarətdir ki, xəstəliyə yoluxmaq istəmirsənsə, evdən bayıra çıxmamalısan. Şəxsi qiqiyenik normalara əməl etməlisən. Çox təəssüf ki, bu gün Azərbaycanda 78 nəfər koronovirusa yoluxmuşdur. Hər birimizin çox böyük səbirsizliklə gündəlik rəqəmlərin azalmasını gözlədiyimiz halda, əksinə artım olması kədərləndirir. Vətəndaşlarımız başa düşməlidirlər ki, ciddi zərurət olmadan evdən bayıra çıxmaqla, həm özlərinin,həm də yaxınlarının, təmasda olduqları digər insanların həyatlarını təhlükə altına atmış olurlar. Bir mənalı şəkildə anlamalıdırlar ki, ölmək istəmirsənsə, evdən bayıra çıxma. Əgər vətəndaşlarımız həmrəylik göstərərək, dövlətin müəyyənləşdirdiyi qaydalara riayət edəcəklərsə, yaxın zamanlarda koronovirusu lokallaşdırmaq olar. Əks halda, karantin rejimi qeyri müəyyən müddətə uzadıla, hətta fövqəladə vəziyyət elan oluna bilər. Hər şey ilk növbədə vətəndaş məsuliyyətindən asılıdır".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 14708   Tarix: 05 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

İtən telefonu necə tapmaq olar? - VİDEO

Vətəndaşlar arasında telefonu itən və ya oğurlananlara tez-tez rast gəlinir. Belə hallar baş verərsə teleonu tapmaq üçün bəlli addımlar atılmalıdır. İlk olaraq telefonun identifikasiya kodu müəyyən olunur. Bu kod telefon qutusunun üzərində və ya akkumulyator batareyasının alt hissəsində olur. Bunda

27 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo

28 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart
.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart