"Azəriqaz" bir sıra xidmət sahələrinin iş qrafikində dəyişiklik edib
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Hökumətinin gördüyü tədbirlərə, qəbul etdiyi qərarlara uyğun olaraq bir sıra xidmət sahələrinin iş qrafikində də dəyişiklik edilib. O cümlədən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi də fəaliyyətini ümumi tədbirlər proqramına uyğunlaşdırıb.
"Report"un "Azəriqaz"a istinadən verdiyi məlumata görə, aprelin 6-dan etibarən Birlik Bakı şəhəri üzrə Müştəri xidmətlərini Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı "ASAN xidmət" və Akademik H.Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı "ASAN Kommunal" mərkəzlərində səhər saat 09:00-dan saat 12:00-dək təqdim edəcək.
Birliyin Müştəri xidmətləri üzrə mühəndisləri 5 saylı "ASAN xidmət" Mərkəzində 2 pəncərə üzrə, 1 saylı "ASAN Kommunal" Mərkəzində isə 4 pəncərə üzrə abonentlərin xidmətində olacaqlar. Bundan başqa vətəndaşların müraciətləri Birliyin Mərdəkan, Xırdalan, Sabunçu xidmət sahələrində və Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da qəbul olunacaq. Qeyd edilən bütün məntəqələrdə ən zəruri xidmətlər - yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. icra olunacaq.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1019 Tarix: 06 aprel 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşXəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA
Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl
19 aprelBu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı
Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın
19 aprelKəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video
İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi
19 aprelƏtin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama
2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç
19 aprelBDU-nun tələbəsi intihar etdi - FOTO
Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu
19 aprelAbel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi
19 aprel