Kommunal borcların 50 faizi silinə bilər - Deputatdan TƏKLİF

Kommunal borcların 50 faizi silinə bilər - Deputatdan TƏKLİFXəbər verdiyimiz kimi "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı" təsdiq edilib. Planda nəzərdə tutulan istiqamətlərdən biri, iş yerlərinin ixtisar edilməməsi üçün sahibkarlara dəstək, eləcə də işsizlərə ödənişlərin verilməsidir. Amma planda əmək haqqı gündəlik ödənilən şəxslər - ofisiantlar, tikintidə ustalar, fəhlələr, turizm sahəsində işləyənlərə heç bir güzəşt nəzərdə tutulmayıb.

Bununla bağlı Sonxeber.az-da danışan deputat Fazil Musatafa bildirib ki, ayrı-ayrı fərdlərin hər hansı dövlət dəstəyini almasından daha çox ailələrin müəyyən edilib, onlara yardım edilməsi daha məqsədə uyğundur: "Çünki fərdləri təyin etmək olduqca çətindir. Bunun üçün də yerli rayon İcra hakimiyyətlərinin nəzdində xüsusi operativ qərargah yaradılmalıdır. Bu qərargah gündəlik əldə etdikləri gəlirlə dolanan ailələri müəyyən etməlidir. Belə olan halda hər ailəyə müəyyən qədər vəsaitlərin ödənilməsi mümükün olar. Amma fərdi qaydada bunu müəyyən etmək çox çətindir. Çünki elə adam var ki, rayonda qeydiyyatdadır. Amma Bakıda günəmuzd işləyir. Onu tapmaq üçün Bakıda konkret məskunlaşdığı yerdə yoxdur. Bundan əlavə onlar vergidə də qeydiyyatda olmur. Qeyri-rəsmi əməyə cəlb olunurlar. Ona görə də bu çox ciddi problemlər yarada bilər. Operativ qərargah olsa, insanlar ora müraciət edib, özlərinin problemləri barədə məlumat verərlər. Operativ qərargahın nümayəndələri də araşdırma apardıqdan sonra, deyilənlərin həqiqət olduğunu öyrənəndən sonra müəyyən vəsaitin ödənilməsini təmin edə bilərlər. Bu daha effektiv olar. Evəqapanmış ailələrin çörək pulu, qida üçün lazım olan minumum zəruri olan tələblərin ödənilməsi üçün faydalı ola bilər".

Deputat qeyd edib ki, komunal borcların silinməsi çətin məsələdir: "Borcların ertələnməsi mümkün ola bilər. İşıq, qaz, su xidmətlərdir. Bu xidmət dövlət tərəfindən deyil, ayrıca şirkətlər tərəfindən edilir. Dövlət müəyyən qədər datasiya verir ki, bu xidmətləri gerçəkləşdirsinlər. Onlar hüquqi şəxslərlə, xüsusilə də ictimai iaşə obyektləri və başqa dövlət qurumları ilə təminatı həyata keçirirlər. Buradan gələn gəlirlə onlar ayaqda dura bilirlər. Vətəndaşdan gələn gəlir elə özlərinə xərclənir. Bilirsiniz ki, bu gün bir çox müəsisələr bağlanıb. Belə olan halda onların da gəlirləri yoxdur. Ona görə də onlara da dövlət büdcəsindən vəsait ödənilməlidir. Bu müddət ərzində bilirisiniz ki, işıq, su və qaz təminatı yüksək səviyyədə oldu. Bütün bunlar nə qədər çətinlik bahasına başa gəlir. Komunal borclar tam ləğv olunmasa da 50 faiz qiymətin aşağı salınması mümkün ola bilər. Düşünürəm ki, belə olanda insanların bu borcu ödəməyə gücü yetər. Yaxud da borclar 3-5 ay müddətinə ertələnə bilər. Vətəndaşlar normal iş şəraitinə qayıdandan sonra borcunu ödəyə bilər. Burada təkcə vətəndaşdan deyil, həm də qurumların ximət etmə imkanından gedir. Sabah bu xidmət zəifləyəndən sonra insanlar nəyin davasını aparacaq. Xidmətin görülməsi üçün müəyyən qədər vəsaitin yığılması vacibdir. Ona görə də hamını anlamaq lazımdır. Düşünürəm ki, bu problemi aradan qaldırmaq üçün qiymətlər 50 faiz aşağı endilimə və ya bir neçə aylıq ertələmək lazımdır. Borcların tam silinməsi həmin qurumların axsamasına səbəb ola bilər".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3709   Tarix: 06 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başq

18 aprel
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel