"Dünya iqtisadiyyatında yeni konfiqurasiyaların formalaşmasının şahidi olacağıq"-RƏY

"Dünya iqtisadiyyatında yeni konfiqurasiyaların formalaşmasının şahidi olacağıq"-RƏYÇinin Vuhan şəhərində meydana gələn və 200 dən çox ölkəyə yayılan koronavirus pandemiyası gün keçdicə can almağa davam edir. Avropa ölkələri bu pandemiyadan ən çox zərər çəkənlər sırasındadır. Belə ki, Çindən sonra bu virusdan ölənlərin və yoluxma sayına görə İtaliaya üçüncü yerdədir.
Bugünlərdə bir yandan dini bayramın həyəcanını yaşayan İtalyan xalqı, digər tərəfdən qəzəb doludur. İtalyanlar dost bildikləri ölkələr tərəfindən ən çətin zamanlarında onları tək qoyduqlarını və digər inkişaf etmiş ölkələrdən qabağ bu böhranı yaşadıqları üçün onlarla zarafat edildiyini düşünürlər. Halbuki İngiltərə və ya Amerikada da bu kriz ən dərinliyi ilə yaşanır. Belə ki, yeni növ koronavirus pandemiyasından sonra səhiyyə sistemi, iqisadiyyat, beynəlxalq siyasi əlaqələr və xalqlar arasındakı güvən duyğusunun yenidən necə qurulacağı düşündürücüdür.

Mövzunun iqtisadi tərəfləri barədə iqtisadçı-ekspert Elşad Məmmədov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, son həftələrdə koronavirusla bağlı proseslər dünya iqtisadiyyatına çox təsirli və sarsıdıcı zərbələr vurmaqdadır:

"Bu zərbələrin yalnız koronavirusla bağlı olması fikri ilə razı deyiləm. Hesab edirəm ki, daha dərin kompleksli və sistemli problemlər dünya iqtisadiyyatında mövcuddur. Bu problemlər kapitalın effektivliyinin kəskin şəkildə azalması, dünya iqtisadiyyatınıda maliyə köpüklərinin yaranması, yeni texnoloji təəssərüfat quruluşunun formalaşması ilə bağlıdır.
Görürük ki, artıq köhnə dollara söykənən dünya iqtisadi sistemi öz səmərəliliyini itirməkdədir və maliyə köpükləri faktiki olaraq geniş pul kütləsinin, pul emisiyyasının real iqtisadiyyata deyil, maliyə seqmentində cəmləşməsinə əsasən şəraitin yaranmasını göstərir. Əgər biz 2008-ci ildə dünya iqtisadiyyatındakı böhrandan sonra aparıcı mərkəzi bankların və ilk növbədə federal ehtiyyatlar sisteminin dünya iqtisadiyyatında geniş pul kütləsinin təhlini aparsaq görərik ki, bu pul kütləsi müəyyən mənada böhran amillərini, böhran göstəricilərini ört-basdır etmiş olur. Bu problemlərin dərinliyi və onların həllini tapmaması bir daha onunla izah olunur ki, bu pul kütləsi əksər hallarda məhz maliyə seqmentində qalır və real iqtisadiyyata getmir. Belə olan halda dünya iqtisadiyyatındakı sistemli böhran qaçılmazdır. Bu gün ABŞ dollarına söykənən milli beynəlxalq iqtisadi münasibətlər sistemi çox ciddi şəkildə sarsılmaqdadır.
ABŞ iqtisadiyyatında tələbin süni şəkildə stimullaşdırması nəticəsində müəyyən müddət ərzində iqtisadi problemlər ört-basdır edildi.

Əgər ötən əsrin 80-ci illərində Amerika iqtisadiyyatında orta hesabla borc kökü 60-65 faizidirsə, bu gün ev təsərrüfatlarının borc kökü 125-130 faizə qədərdir. Bu da onu deməyə əsas verir ki, artıq Amerika ev təsərrüfatları qazandığından 25-30 faiz artıq vəsait xərcləyir. Bu vəsait sözssüz ki, real sektorla bağlı deyil, ilk növbədə borc yükünün şişirdilməsi və borclanmanın artırılması ilə bağlıdır. Belə olan halda sözssüz ki, iqtisadi problemlər qaçılmaz idi. Biz görürük ki, aparıcı hesab olunan digər ölkələrin də iqtisadiyyatında bu cür struktur problemləri var. Ona görə də fikrimcə dünya iqtisadiyyatında baş verən problemlər məhz elə koronavirusla bağlı olan problemlərin bünövrəsindədir. Bu gün özlərini tərəfdaş, müttəfiq hesab edən, eyni inteqrasiya qurumlarında təmsil olunan dövlətlər koronavirusla bağlı olan problemlərin həllində bir-biri ilə heç tərəfdaşlılıq nümayiş etdirmirlər və faktiki olaraq hərəsi öz problemlərini özləri həll etmək fikrindədirlər.

Hər hansı bir həmrəylikdən söhbət gedə bilməz. Bu da bir daha qloballaşma ilə bağlı olan proseslərin iflasa uğramasını göstərir. Biz yaxın aylar, illər ərzində dünya iqtisadiyyatında yeni konfiqurasiyaların formalaşmasının şahidi olacağıq. Bunun nəticəsində yeni texnoloji valyuta, maliyə, bütövlükdə iqtisadi zonaların yaranması və bu regional zonalar dünya iqtisadiyyatının yeni konfiqurasiyasını müəyyən etməlidir. Köhnə qloballaşmaya söykənən bir valyutanın ehtiyyat valyuta kimi qəbuluna dayanıq iqtisadi idarəetmə sistemi öz effektivliyini itirir və belə olan halda sözssüz ki,dünya iqtisadiyyatının yenidən format edilməsi kifayət qədər ağrılı amma eyni zamanda zəruri bir proses olacaqdır.

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1149   Tarix: 06 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021