Koronavirusa 5G xətləri səbəb olub - Məşhurların da dəstəklədiyi YENİ İDDİA

Koronavirusa 5G xətləri səbəb olub - Məşhurların da dəstəklədiyi YENİ İDDİAÇinin Uhan şəhərindən qısa müddətdə bütün dünyaya yayılan koronavirusla bağlı bir çox iddialar səslənir.

Əksər məşhurların da dəstəklədiyi yeni iddiaya əsasən, dünyada 1,2 milyondan çox insana yoluxan və 69 mindən çox insanın ölümünə səbəb olan koronavirusun səbəbkarı və bu xəstəliyi yayan ən vacib amil 5G xətləridir.

Sonxeber.az-ın BiG.AZ-a istinadən verdiyi xəbərə görə, bu iddia sui-qəsd nəzəriyyəçiləri tərəfindən ortaya atılıb və Hollivud ulduzu Vudi Harrelson daxil, bir çoxları tərəfindən "məntiqli" hesab olunur.

İngiltərədə Birminghem, Liverpul və Belfastdakı 5G baza stansiyaları iddianın yayılmasından sonra ötən həftə hücumlara məruz qalıb.

"Bu iddialar təhlükəli və absurddur, telefon xətləri və baza stansiyalarına ziyan vurmaq virusla mübarizəyə ciddi şəkildə mane olur", - deyə Britaniya Nazirlər Kabinetinin üzvü Maykl Qov bildirib.

Koronavirusa 5G xətləri səbəb olub - Məşhurların da dəstəklədiyi YENİ İDDİABir çox məşhurlar, o cümlədən Hollivud ulduzu Vudi Harrelson 2 milyondan çox izləyicisi olan "İnstagram" səhifəsində "5G-nin mənfi təsirləri" haqqında hesabat paylaşıb:

Koronavirusa 5G xətləri səbəb olub - Məşhurların da dəstəklədiyi YENİ İDDİA"Mən hələ hamısını oxumamışam, amma çox maraqlı gəldi".

Onun bu paylaşımı 25 mindən çox "ürək" toplayıb.

Məruzədə bildirildiyinə əsasən, 5G-nin yaydığı radiasiya epidemiyanın sürətini artırır.

Digər tərəfdən, "Paper Planes" mahnısı ilə şöhrət qazanan M.I.A. da məsələ ilə bağlı "Twitter"-də paylaşım edib.

Koronavirusa 5G xətləri səbəb olub - Məşhurların da dəstəklədiyi YENİ İDDİA"5G-nin koronavirusa səbəb olduğunu düşünmürəm, amma bunun insan orqanizminə zərər verəcəyini və sağalma prosesini yavaşlatacağını düşünürəm. Çünki insanların bu yeni dalğalara uyğunlaşa bilməyəcəyini hesab edirəm. Epidemiya bitənə qədər bu baza stansiyalarını bağlasalar, daha yaxşı olardı", deyə müğənni çağırış edib.

Qeyd edək ki, koronavirusun ən çox təsir etdiyi İtaliya, Çin və İran 5G xətlərindən istifadə edən ölkələrdəndir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3738   Tarix: 06 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Gələn ay şuşalılar yurdlarına qayıdırlar - Video

"May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəye

20 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

Maşınlarını tıxacda saxlayıb yolun ortasında dalaşdılar - Video

Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində 2 sürücünün dava etməsi ilə bağlı görüntülər yayılıb. DİN-in Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və sürücülərin şəxsiyyət

20 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel