"Ağcabədidə 140-dan çox market imkansızlara pulsuz çörək paylayır"- Deputat

"Ağcabədidə 140-dan çox market imkansızlara pulsuz çörək paylayır"- DeputatXəbər verdiyimiz kimi "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı" təsdiq edilib. Planda nəzərdə tutulan istiqamətlərdən biri, iş yerlərinin ixtisar edilməməsi üçün sahibkarlara dəstək, eləcə də işsizlərə ödənişlərin verilməsidir. Amma planda əmək haqqı gündəlik ödənilən şəxslər - ofisiantlar, tikintidə ustalar, fəhlələr, turizm sahəsində işləyənlərə heç bir güzəşt nəzərdə tutulmayıb. Karantin müddəti bitənə kimi həmin şəxslərin gündəlik qida ilə təmin edilməsi üçün tolonlar verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Tahir Rzayev bildirib ki, ehtiyacı olan insanlara kömək olunmalıdır: "Təkcə İcra orqanları deyil, imkanlı şəxslər və sahibkarlar mütləq elə insanlara diqqət yetirməlidir. Çətinl günlərdə insanlar birləşməli, bir-birinə əl tutmalıdırlar. Cənab prezidentimizin təsdiq olunmuş sərəncamı ilə 600 minə yaxın insana kömək ediləcək. Koronavirus elə bir bəladır ki, bütün insanlara kömək etmək mümkün deyil. Çünki qeydiyyat və sui-stifadə halları var. Əlbəttə bu ilk mərhələdir. Təbii ki, bu vəziyyət uzanarsa gələcəkdə də onlara yardımlar ediləcək. Yerli İcra orqanları, bələdiyyələr bu məsələdə fəal iştirak etməlidir. Çünki bələdiyyələr insanları yaxşı tanıyırlar. Bələdiyyələr ehtiyacı olan ailələrlə daim əlaqədə olmalıdır. Ehtiyacı olan ailələr yerində araşdırılmalı, onlara müəyyən yardımlar edilməlidir. Bu sahədə dövlətin də tədbirləri var. Təki karantin müddəti bitsin. Biz az itkilərlə bu bəladan qurtulaq. Düşünürəm ki, ehtiyacı olan insanlar diqqətdən kənar qalmamalıdır. İmkansız ailələrə marketlər tərəfindən talonların verilməsi onların təşəbbüsündən asılıdır. Təkcə bütün yükü dövlətin üzərinə atmaq olmaz. Əgər mən bilirəmsə qonşum evdə acdır, həmin şəxsə kömək etməliyəm. Demək olar ki, 10-15 imkansız ailələrlə danışıb, yardım edirəm. Bu işdə hər birimiz təşəbbüskar olmalıyıq. Ağcabədidə 15 gündən çoxdu 140-dan çox market pulsuz çörək aksiyasına qoşulub. Bütün marketlərdə imkansız ailələrə çörək pulsuz verilir. Nəinki çörək, hətta zənbil bağlayıb imkansız ailələrin evlərində gedirlər. Ağcabədililər artıq bu üsula keçib. Düşünürəm ki, Bakıda bu cür humanist addımlar atılmalıdır. Hər birimiz bu məsələdə duyarlı olmalıyıq. Dövlət haradan bilsin ki, haarda imkansız, çörək almaya pulu olmayan qadın var. O qadınla eyni küçədə yaşayan qonşu, imklanlı şəxs də əl uzatmalıdır. Burada çətin nə var. Bu günlər də hər birimiz ehtiyacı olanlara əl tutmalıyıq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1662   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel
.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel