Nəqliyyat eksperti: "Karantin qaydalarının sərtləşdirilməsi sərnişin sıxlığına da təsir göstərir"

Nəqliyyat eksperti: "Karantin qaydalarının sərtləşdirilməsi sərnişin sıxlığına da təsir göstərir"Aprelin 5-dən Azərbaycanda vətəndaşların evdən çıxması icazə əsasında həyata keçirilir. Artıq insanlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidirlər.

Bəs görəsən xüsusi karantin rejimində qadağaların daha da sərtləşdirilməsi ictimai nəqliyatda sərnişin sıxlığını azaldıbmı?

Nəqliyyat üzrə ekspert Azər Allahverənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, vətəndaşların evdən çıxmaları ilə bağlı məhdudiyyətlərin artırılması ictimai nəqliyyatda sərnişin sıxlığına təsirsiz olmayıb:

"Hazırda vətəndaşlar SMS göndərərək evdən çıxmaq üçün icazə alırlar. Bu xidmətin tətbiqi ümumi nəzarət baxımından vacib məqamdır. Lakin birmənalı şəkildə ictimai nəqliyyatda sərnişinlər arasında sıxlığın yaşanmadığını demək düz olmaz. SMS göndərərək icazə alıb küçəyə çıxan şəxs iki saat ərzində geri qayıtmalıdır. Günün digər saatlarında isə həmin şəxs evində oturur və ictimai nəqliyyatdan istifadə etmir. Amma sırf birbaşa olaraq buna görə ictimai nəqliyyatda sıxlıq yaşanmadığını demək də yanlışdır. Bilirik ki, ictimai nəqliyyatdan istifadə edən insanların əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olanlardır. Bu gün bir çox müəssisələr öz fəaliyyətini dayandırıb. Nəticədə insanların işə getmək üçün ictimai nəqliyyatdan istifadə etmək ehtiyacı yaranmır. Bundan əlavə təhsil müəssisələri də bağlanıb. Əlavə olaraq küçəyə çıxmağa icazənin yalnız məhdud şərtlərlə verilməsi də ictimai nəqliyyatda sərnişin sıxlığına təsir göstərən amillərdən biridir. SMS vasitəsilə evdən çıxmağa icazə almaq istəyən şəxs konkret səbəb göstərməli və mütləq iki saat ərzində evə qayıtmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 941   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel